Bakıda ev qiymətinə qarajlar satılır – VİDEO

Bakıda yeni tikilən binalarda mənzil qiymətinə qarajlar satışa çıxarılır. MTK-lar qaraj üçün 10 kvadrat metrlik sahəni təxminən 60 min manata satırlar.

Bu barədə “Xəzər” TV-də yayımlanan süjetdə deyilir.

Ekspertlər hesab edirlər ki, qiymətlərin belə yüksək olması tələbatın çox olması ilə bağlıdır. Avtomobili olan sakinlər ya birdəfəlik ödənişlə qaraj almağa məcbur olurlar, ya da aylıq müəyyən məbləğ qarşılığında bu xidmətdən istifadə edirlər.

Üstəlik qarajlar üçün dövlət reyestr xidmətindən çıxarış nəzərdə tutulmadığından mülkiyyət hüququ daşımır. 

Əmlak üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, belə olan halda gələcəkdə vətəndaş problemlə üzləşə bilər.

Ekspertin sözlərinə görə, əksər xarici ölkələrdə mənzil alan sakin həm də qaraja sahib olur.