Buraxılış sinif şagirdlərinin ADAU ilə tanışlığı davam edir

ADAU-nun bu dəfəki qonaqları Gəncənin 3 və 40 nömrəli tam orta məktəbinin buraxılış sinif şagirdləri olub.  Onlar təhsil müəssisəsini gəzib, şəraitlə yaxından tanış olublar

Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllülərinin  “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində baş tutan tanışlıq əslində orta məktəblə ali təhsil müəssisəsi arasında ünsiyyət və bilgiləndirmə vasitəsidir. Hər tanışlıq isə şagirdlərdə böyük təəssürat yaradır, gələcək ixtas seçimi üçün fikir formalaşdırır.  3 və 40 nömrəli məktəbin şagirdləri də ölkənin yeganə aqrar təhsil müəssisəsi barədə ətraflı məlumat əldə edib, suallarına dolğun cavablar alıblar. İlbəil təhsil şəraiti və maddi-texniki bazası güclənən universitet indi tək respublikada deyi, beynəlxalq aləmdə də tanınır. Yeni laboratoriyalar yaradılır, tədrisdə şəffaflıq daim uca ttulur,  tələbələrin sosial durumları yaxşılaşır. Təbii ki, bütün bunlar şagirdlərdə universitet barədə dolğun fikirlər yaradır. Onlar aqrar təhsilin inkişaf ömrünü yaxından izləyə biliblər.

Aqrar İnkişaf Könüllüləri onlara Universitetin tarixi, Tələbə evi, mövcud ixtisaslar, texniki təchizat, quşçuluq, balıqçılıq laboratoriyaları, bildirçin bəsləmə mərkəzi və digər sahələr barədə  ətraflı məlumatlar veriblər.