Çörək bahalaşacaq? – Nazirdən AÇIQLAMA

Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur.

Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ölkədə çörəyin bahalaşıb-bahalaşmayacağı barədə danışan nazir vurğulayıb ki, çörəyin qiymətinin dəyişməsi gözlənilmir.

Ş.Mustafayev xatırladıb ki, Azərbaycanda çörək istehsalı üçün istifadə olunan taxılın bir hissəsi idxal olunur:

“Taxıl idxal etdiyimiz ölkələrdən bəzilərində bu məhsul bahalaşıb ki, bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın”.

Nazir həmçinin dərman qiymətlərinin nizamlanması məsələsinə də toxunub. O bildirib ki, əgər istehlakçılarda dövlət tərəfindən nizamlanan dərman preparatlarının qiyməti ilə bağlı şübhələr yaranarsa, onlar İqtisadiyyat Nazirliyinə və ya Tarif Şurasına müraciət edə bilər:

“Dövlət qiymətlərin süni artırılması faktlarının qarşısının alınması üçün zəruri tədbirlər görür. Bazarda payı 35 faiz təşkil edən idxalatçılar və istehsalçılar dövlətin nəzarətindədir və onlar icazəsiz qiymətləri dəyişə bilməzlər”.  /Modern.az/

310 Baxılıb