NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır

NASA yenidən insanaları Aya göndərməyi planlayır.

Lakin bu dəfə planların uzunmüddətli olacağı bildirilir. Bundan əlavə Aya yalnızca kosmonavtlar deyil, sıradan insanlar da səyahət edə biləcəklər.

Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, kosmik agentliyin direktoru, eləcə də ABŞ Konqresinin respublikaçı üzvü Jim Bridenstine bu məsələ ilə bağlı birbaşa Donald Trampdan təlimat aldıqlarını deyib.

O, insanların Aya gedə bilməsi və orada uzun müddət yaşaması üçün lazım olan sistemlərin ərsəyə gətirilməsində Amerika şirkətlərindən dəstək gözlədiyini də vurğulayıb. Bridenstine Ayın səthində baza quracaqlarını və artıq bunun üçün müəyyən işlərin görüldüyünü də deyib.

99 Baxılıb