Paşinyan 5 rayonu 12 təyyarəyə dəyişir

Erməni ekspert dairələrində ciddi çaxnaşma yaranıb

Ermənistan müdafiə naziri David Tonoyan ölkəsinin Rusiyadan 12 ədəd Su-30SM qırıcısı almaq niyyətində olduğunu bildirib.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, nazir ilk 4 təyyarənin bu ilin sonlarında və ya gələn ilin əvvəllərində Ermənistana gətiriləcəyini vurğulaıb.

“Biz növbəti Su-30SM partiyasının gətirilməsi barədə danışıqlar aparırıq. Hər şey böu məhsulun nə qədər tez hazırlanmasından asılı olacaq”, — deyə “Sputnik” portalı erməni nazirin əminliklə bildirdiyi cümlələri dərc edib.

Əslində, Rusiyanın Ermənistana 12 ədəd Su-30SM təyyarəsini kreditlə verməyə razılaşması Moskvanın İrəvan üçün 600 milyon dollarlıq kredit xətti açması deməkdir, çünki bu təyyarənin Rusiya hərbi hissələrinə məhz 50 milyon dollara verilir. Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi (KTMT) üzvləri də bu qiymətdən ala bilir. Misalçün, Belarus da Rusiyadan 12 Su-30SM təyyarəsini 600 milyon dolara alıb.   

İstənilən halda, bu, Putin tərəfindən Paşinyana edilən böyük güzəşt sayılır. Erməni ekspert dairələrində gəzən söhbətlərə görə, Putin çox yaxın tərəfdaşı saydığı Serj Sarkisyan üçün belə, bu qədər güzəştə razı olmayıb. Yəni aprel döyüşləri nəticəsində Ermənistan ordusunun biabırçı səviyyədə geri olduğu aydın olduqdan sonra belə Rusiya Ermənistan üçün maksimu 200 milyon dollarlıq kredit xətti açmışdı. Sarkisyan ümid etdiyi növbəti 100 milyon dollarlıq kredit xəttini isə görə bilmədi.   

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Ermənistanda Sarkisyana yaxın ekspert dairələrində düşünürlər ki, Paşinyanın Moskva tərəfindən bu iltifata layiq görülməsinin arxasınrda onun Putinin Qarabağ şərtlərini qəbul etməsi dayanır. Bu şərtlərin nə oluğunu isə Belarus lideri Lukaşenko bir neçə həftə öncə açıqlayıb. “Batka”nın sözlərinə görə, aprel döyüşlərindən bir il sonra – 2017-ci ildə Serj Sarkisyana Dağlıq Qarabağ ətrafındakı 5 rayonu – Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını Azərbaycanın nəzarətinə verməyi təklif ediblər. Qarabağ münaqişəsinin Madrid prisnsilərinə uyğun bu addım Ermənistanın blokadadan çıxsmasına səbəb olmaqla yanaşı, Azərbaycanın da KTMT-yə üzvlüyünü təmin edərdi. Yəni Rusiya bir güllə ilə iki hədəf vuraraq Cənubi Qafqazda tam möhkəmlənərdi, Qarabağ münaqişəsini isə KTMT blokunun daxili məsələsi kimi öz maraqlarına uyğun şəkildə təkbaşına həll edirdi. Lakin Serj Sarkisyan bu təkliflə razılaşmayıb və nəticədə Moskva onu yola salmalı olub.

Keçmiş iqtidar düşərgəsində Paşinyanı hakimiyyətə Rusiyanın gətirdiyini, onun bu 5 rayonu qaytarmağa razılaşdığını və buna görə də Moskva tərəfindən ciddi dəstəkləndiyini  bildirirlər. Əslində, Paşiyan Ermənistanın gələcəyini, miqrasiyanı dayandırmağı və iqtisadiyyatı çiçəkləndirməyi düşünürsə Rusiyanın bu təklifi ilə razılşmalıdır. Hər halda, 5 rayonun qaytarılması Ermənistanı blokadadan çıxarmaqla yanaşı, beynəlxalq aləmdə Qarabağ münaqişəsinin həll edildiyi görünütüsünü də yaradacaq. Beləliklə, Azərbaycanın 7 rayonunun işğal altında olması faktı arxa plana keçirilcək. Üstəlik, Paşinyan Madrid prinsipləri üzrə irəli addım atdığına görə Azərbaycan müharibəyə beynəlxvlq hüquqi dəstəyini də itirmiş olacaq. Təbii ki, bu variant Azərbaycan üçün də real dividendlər gətirəcək, hər halda, 5 rayon müharibəsiz işğaldan azad ediləcək, qaçqın problemi nisbətən yüngülləşəcək.

Qabil Hüseynli

Qabil Hüseynli

Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, Paşinyan bu varinata razı olmaz. “Paşiyan Qarabağ məsələsində Sarkisyanla müqayisədə daha sərtdir. Çətin ki, bu variantla razılaşsın. Sadəcə, Moskva onun Rusiyanın tərəfinə keçməsi üçün güzəştlər gedir və Sarkisyandan da sadiq köləyə çevirir. Rusiya Ermənistana Su-30SM qırıcılarını verməklə, həm də Azərbaycana qarşı təzyiqini artırır, Ermənistanın ziyanına olan balansı dəyişməyə çalışır  Hər kəs bilir ki, Ermənistan krediti öədəmək qabiliyyətində deyil, amma təyyaraləriverir və borcu  hesaba yazır. Bu, həm də Ermənistanı əlində daha möhkəm cilovlamaq imkanı yaradır. Bütün bunların arxasında Rusiyanın neo-imperialist siyasəti dayanır”,- deyə Qabil Hüseyli İstiPress-ə vurğulayıb.

Lakin Rusiyanın bir çox müstəqil ekspertləri Ermənistanın hava məkanında Azərbaycana qarşı balansa nail olmayacağını bildirirlər. Məsələn, rusiyalı hərbi ekspert Pavel Felqenqauer bildirib ki, çətin ki, bu cür ikinci əl təyyarələrlə Ermənistan hava sahəsində balans yarada bilsin. Ermənistan işlənmiş, bəlkə də istismar müddəti bitmiş təyyarələr alır, Azərbaycan isə daha modern və yeni təyyarələr almaq imkanına sahibdir.

Rus ekspertin dediklərini Ermənistana verilən təyarələrin qiymətindən də görmək olur – David Tonoyan 4 qırıcıya görə 100 milyon dollar, yəni hər təyyarəyə görə 25 milyon dollar kredit hesablanacağını bildirib. Yəni bu təyyarələr təzələrdən iki dəfə ucuzdur. Bu, bir növ postsovet ölkələrinin maşın alverçilərinin Almaniya avtomobil qəbristanlıqlarından qəpik-quruşa köhnə maşın gətirməsinə bənzəyir. Yəni Rusiya həmin qırıcıları Ermənistana kredit əvəzi verməsə, müəyyən qədər xərc çəkib metal qırıntısına çevirməlidir. Paşiyanı da başa düşmək olur – bu addımı ilə həm Kremli özünə qarşı loyallaşdırır, həm də daxili bazarda bar-bar bağırır ki, hərbi aviasiya qururam, yəni Xaçaturun da xəncəri var.  

3. 816 Baxılıb