“Vəkiloğluları İstiqlal yolunda” adlı tədbir keçirilib – FOTO+VİDEO

Azərbaycan Cümhuriyyəti-100 15 fevral 2019-cu il tarixdə Səməd Vurğunun ev muzeyində Azərbaycan Cümhuriyyətinin yuzillik yubileyi tədbirləri çərçivəsində ev muzeyinin təşkilatçılığı ilə “Vəkiloğluları İstiqlal yolunda” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə müzeyin direktoru Nüşabə Vəkilova açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himini səsləndirilmişdir.

Sonra isə mövzu ətrafında Cümhuriyyət irsinin araşdırıcıları tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, tarix elmlər doktoru Solmaz Tohidi, tarix elmləri üzrə fəlsəfə doktoru, Mahir Qəribov, fəlsəfə doktoru Nazir Əhmədli, filologiya elmlər doktoru Esmira Fuad çıxış ediblər. Azərbaycan Milli İstiqlalının əldə olunmasında mühüm rolu olmuş vəkiloğulları nəsli Cümhuriyyət parlamentində 4 deputatla təmsil olunmuşdur. Doktor Məmmədrza ağa Vəkilov , parlamentin ən gənc deputatı, istiqlal bəyannaməsinin mətinin və Azərbaycan Cümhuriyyətinin ilk yazılı tarixi olan “Azərbaycan Cümhuriyyətinin yaranma tarixi adlı” əsərin müəllifi Rəhim bəy Vəkilov, 23 yaşlı Daxili İşlər Naziri Mustafa ağa Vəkilov, Azərbaycanın yeganə topoqrafiya generalı İbrahim ağa Vəkilov Azərbaycanın dövlət quruculuğunda və parlamentin fəaliyyətində fəal iştirak etmişlər. Onu da qeyd etmək lazımdır ki dövlət quruculuğunda iştirak etməklə bərabər 1918-1920-ci illərdə Şərur-Dərələyəz qəzasında Balo bəy Vəkilovun başçılığı ilə könüllü batalyon Azərbaycan torpaqlarının qorunmasında qəhrəmanlıqlar göstərib.

Həmçinin ötən əsrin sonlarında Azərbaycan müstəqiliyinin bərpa edilməsi ilə nəticələnən Milli Azadlıq hərakatında Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun mühüm rolu olmuşdur.

Tədbirin sonunda İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Qan Turalının “Rəhim bəy Vəkilov” tamaşası göstərilmişdir.