Gün: Fevral 19, 2019

Gəncədə qadını qul kimi işlətdilər, təcavüz etdilər – İntihara səbəb olan şok cinayət

Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Turkustan.info xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Yaxın günlərdə bu […]

Türk torpaqlarında YƏHUDİ DÖVLƏTİ – “Ağ kəklik” ƏMƏLİYYATI VƏ…

Hazırda Rusiya və Ukrayna, dolayısı ilə Rusiya-Qərb arasında problemə çevrilən Krım münaqişəsinin tarixi ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Krımda yəhudi dövlətinin yaradılması planı olub. Sirlər açılır Rusiya 2014-cü ildə Krımı ilhaq etdi. Moskva elan etdi ki, bura rus torpaqlarıdır, Xruşşov 1954-cü ildə yarımadanı Ukraynaya […]

Astarada “Yanar bulaq” püskürdü – Video

Astara rayonundakı məşhur “Yanar bulaq” iki gün öncə yüksək təzyiqlə püskürüb. Hadisə insanlarda bir qədər təlaş yaradıb. Hətta burada vulkan yatağı ola biləcəyini deyənlər də olub. Mütəxəssislər isə narahatlığa əsas olmadığıni deyirlər. Bulağın qəfil püskürməsi sakinlərdə təlaş yaradıb. Astaranın Ərçivan qəsəbəsindəki bulaqdan çıxan suyun yanmasına səbəb tərkibində kükürdün çox olmasıdır. […]

Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”

Bu gün bəzi saytlar Milli Məclisin deputatı Cavanşir Feyziyevin sürücüsünün qəza törətdiyi barədə məlumat dərc ediblər. Turkustan.info bildirir ki, məsələ ilə bağlı Modern.az saytı deputatın özü ilə əlaqə yaradıb. Bu ayın 12-dən Avropada rəsmi səfərdə olduğunu deyən deputat bildirib ki, hazırda Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı Belçikada və Böyük Britaniyada keçirilən […]

ATƏT PA-da Dağlıq Qarabağ məsələsi qaldırılacaq

“ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti barədə fikirlər səsləndirəcək”. Turkustan.info-nun məlumatına görə, bunu “Trend”ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.  O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 20-23-də Avstriyanın Vyana şəhərində […]

Piştaxtasında siçovullar gəzən şirniyyat evi bağlandı – VİDEO

“Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib Bir müddət əvvəl “Gəncə Cake House” şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılıb. Məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib. Turkustan.info bildirir ki, Qida […]

Quş əti də qəhətə çıxır: İdxaldan asılı ölkəyə çevrilirik

2018-ci ildə Azərbaycan Ukraynadan 20 069 ton quş əti idxal edib.  Ukraynanın “Aqrar İqtisadiyyat İnstitutu” Milli Elmi Mərkəzinin direktor müavini Nikolay Puqaçyov bildirib: “Bu, Ukraynanın ümumi quş əti ixracının 6,1 faizinə bərabərdir”. 2018-ci ildə Ukrayna rekord həcmdə – 646 milyon ABŞ dolları dəyərində 329 min ton quş əti ixrac edib. […]

Ermənistanda ikinci inqilab: Levon Ter-Petrosyan prezident gətirilir?

Ermənistanın eks-prezidenti, Erməni Milli Konqres Partiyasının sədri Levon Ter-Petrosyan siyasi rezonansa səbəb olacaq təkliflər paketi ilə çıxış edib. Əgər həmin təkliflər hökumət tərəfindən qəbul olunarsa, Ermənistanda fikrincə, Ermənistanın idarəetmə sistemi yenidən dəyişdirilməli və növbədənkənar prezident seçkiləri keçirilməlidir.Sabiq dövlət başçısı bunu Qarabağ klanına qarşı mübarizənin gücləndirilməsi baxımından vacib hesab edir. “Bu həftə […]

Ramil Usubovdan daha bir təyinat

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə yeni rəis təyin olunub. Turkustan.info-nun məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə polis mayoru Şamxal Əliyev Sumqayıt  Dövlət Yol polisinin rəisi təyin olunub. Qeyd edək ki, Ş. Əliyev bu təyinata qədər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsində baş inzibatçı işləyib. […]

Zabit azərbaycanlı-çeçen görüşündən danışdı

Çeçenlərlə azərbaycanlılar arasında münasibətlər həmişə yaxşı olub və yaxşı da olacaq. Hər şey qaydasındadır. Moskva şəhərindəki “Prezident hotel”də Azərbaycan və çeçen nümayəndə heyətlərinin görüşü bir daha sübut etdi ki, biz dostuq. Bir-birimizə qardaş millətik. Kimlərsə iki qardaş xalqın arasını vurmağa çalışmasın. Turkustan.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında K-1 qaydasız döyüş […]

Kimlərə güzəşt edilir? – Özəl və dövlət sektoru ilə bağlı qərar

Nazirlər Kabineti “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nı təsdiq edib. Nəticədə dövlət sektoru və qeyri-dövlət sektoruna kimlər aiddir və onların əmək haqqından gəlir vergisi necə tutulacaq, bu məsələyə hökumət aydınlıq gətirdi.  Turkustan.info xəbər verir ki, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər […]

Bu şəxslərə siqaret və spirtli içki satışı qadağan edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılıb.   Dəyişikliklər gənclərlə bağlı bır sıra yenilikləri nəzərdə tutur. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. […]

Yeni binalardan ev alanlara şad xəbər – Prezidentin fərmanı nəyi nəzərdə tutur

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin […]

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanasında Azərbaycanın Milli Qəhrəmani Qorxmaz Abış oğlu Eyvazovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanasında Azərbaycanın Milli Qəhrəmani Qorxmaz Abış oğlu Eyvazovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan uşaq şöbəsinin müdiri Yeganə Hüseynova vətənpərvərlik ruhunda keçirilən tədbirlərin bundan sonra da ardıcıl olaraq davam edəcəyini vurğulayıb. Bildirib ki, belə tədbirləri təşkil etməkdə […]

Azərbaycan və Çeçenistan ağsaqqalları bir arada – FOTOLAR

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Çeçenistan ağsaqqallarının görüşü keçirilir. Turkustan.info bildirir ki, Yenicag.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, “Prezident otel”də keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçenistan Respublikasının başçısı Ramzan Kadıronun köməkçisi Adam Delimxanov, Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Taymazxanov Bekxan iştirak edirlər. /yenicag.az/ 374 Baxılıb

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi

Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimli Böyük Britaniyanın Azərbaycandakı səfirliyində medianın durumu haqqında müzakirə aparıb. Turkustan.info xəbər verir ki, bu barədə Pərviz Həşimli özünün sosial şəbəkədəki hesabında yazıb:  “Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyində oldum. Səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi və vitse-konsulu Ceyms Holderlə medianın mövcud durumu, […]

Məktəblərdə psixoloq ştatı ləğv edilə bilər? – Milli Məclisdə müzakirə

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilə bilər. Turkustan.info xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəsi zamanı məlumat verib.  Komitə sədri bildirib ki, bəzi məktəblərdə […]

Bir neçə ədəd düyü ud, köklükdən xilas ol – İNANILMAZ METOD

Artıq çəkidən qurtulmaq üçün ən qəribə metodlardan biri hər gün bir neçə ədəd düyü udmaqdır. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu metod nə qədər qəribə olsa da, bir o qədər effektivdir. Çiy düyü dənələri iştahı azaldır. Buna görə də tez-tez aclıq hiss edən insanların imdadına çatır. Anidən gələn şirniyyat yemək […]

Xərçəngi yox edən azərbaycanlı qadın İNANILMAZ FAKTLARI AÇDI: Stress və cadu…

Çox tez yorulub haldan düşürsünüz? Səhərlər oyanmağa taqətiniz qalmır? Heç bir əsas olmadığı halda hər şeydən bezdiyinizi hiss edirsiniz? Güclü baş ağrılarınız sinirlərinizi tarıma çəkir? Əzələləriniz, çiyinləriniz sızıldayır? Hətta bəziləri sanki üzərimdən tank keçib deyir. Ürək döyüntülərinizi beyninizdə hiss edirsiniz, təzyiqiniz sözünüzə baxmır. Aqressiv, əsəbisiniz, yuxuya möhtac qalmısınız? Bu hələ […]

“ABŞ yeni dövlət qurmaq istəyir” – Lavrovdan sensasion açıqlama

“ABŞ Suriyanı parçalamaq və Fərat çayının şərq sahillərində yeni dövlət qurmaq istəyir”. Turkustan.info xəbər verir ki, bu iddia ilə Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. Suriyadakı son gəlişmələr barədə danışan Lavrov rəsmi Vaşinqton və müttəfiqlərinə bölgədə atacaqları dağıdıcı addımlar barədə xəbərdarlıq edib. ABŞ-ın Suriyadakı hərbi qüvvələrinin çıxarılmasının bölgədəki böhranın […]

Anar Kərimov nazir müavini oldu – TƏYİNAT

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunub. Turkustan.info-nun məlumatına görə, A.Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində […]

Prezident səfiri geri çağırdı və vəzifə verdi – 2 sərəncam

İlham Əliyev F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə […]

Kadırov niyə yox idi və başına nə iş gəlmişdi? – Video

Çeçenistan lideri Ramzan Kadırov bir neçə günlük işdə olmamasına aydınlıq gətirib. Turkustan.info xəbər verir ki, Kadırov 11 fevraldan Baş nazir Müslüm Xuçiyevi öz yerinə əvəzedici təyin edib. “Dağ zirvəsinə ikigünlük səyahət etdim. Qar və güclü külək səbəbindən azca xəstələndim – temperatur və qrip”, – Kadırov Teleqram kanalında yazıb. Kadırovun sözlərinə görə, […]

Hər tanışlıq şagirdlərdə böyük təəssürat yaradır

ADAU ilə  hər tanışlıq orta məktəbin buraxılş sinif şagirdlərində böyük təəssürat yaradır. Təhsil müəssisəsinin  bu dəfəki qonaqları Gəncənin 2 və 41 nömrəli tam orta məktəbinin buraxılış sinif şagirdləri olub.  Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllülərinin  “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində olan tanışlıq əslində orta məktəblə ali təhsil […]

“M-346” təyyarələri Ermənistan üçün böyük TƏHLÜKƏDİR

Azərbaycan Ordusu öz arsenalını yeni silahlarla zənginləşdirməyə davam edir. Bu yaxınlarda Azərbaycan Hərbi Hava Qüvvələri üçün “Stealth” texnologiyası ilə hazırlanmış “SOM-B1” müasir qanadlı raketlər də əldə edib. Bu raketlər hava hücumundan müdafiə, o cümlədən raket hücumundan müdafiə obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. Bu haqda “NEWS.am”a hərbi ekspert Van Hambarsumyan […]

Çikaqoda yaşayan vətənpərvər azərbaycanlı…

Fərid Məmmədov əslən Lənkəran rayonundandır, 1983-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib… Deyir ki,- “Amerikaya gəlmək istəyən gənclər heç nədən çəkinməsinlər. Amma gəlməmişdən, qarşılarına məqsəd qoyub, götür-qoy etsinlər. Yaxşı-yaxşı düşünsünlər ki, burada hər-hansı bir ixtisasa yiyələnməsələr çox çətin olacaq”… …2000-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 2004-cü ildə bakalavr, 2008-ci ildə […]

Minimum pensiya artımı təsdiqləndi – 160 manat oldu

Milli Məclisin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb.  Turkustan.info xəbər verir ki, iclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsinə təklif olunan dəyişiklik barədə məlumat verib. H.Rəcəli vurğulayıb ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub. “Bu qanun layihəsi cəmiyyət tərəfindən yüksək […]

“Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır” – Deputatdan ÇAĞIRIŞ

“Ölkə başçısının minimum əmək haqqını artırması barədə səeəncamı, eləcə digər sosial yönümlü addımları cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır, müsbət qarşılanır. Bu işləri təbliğ etməliyik”.  Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasında çıxış edərkən deyib. Ölkə başçısının ötən gün Sumqayıta səfərini xatırladan deputat söyəyib ki, Prezident İlham Əliyevin […]

“Sosial müavinətlər və təqaüdlər artırılacaq” – Sahil Babayev

“Bu il əlil və şəhid ailələrinə 800-dən artıq mənzilin verilməsi nəzərdə tutulur”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə deyib. Onun sözlərinə görə, bu il həm də müharibə əlillərinə 170-180 avtomobil veriləcək. Nazir qeyd […]

Dövlət himni bundan sonra farağat vəziyyətdə oxunub dinləniləcək

“Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsində dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib. Turkustan.info-nun məlumatına görə, layihəyə əsasən, Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar […]

Maşın bazarından reportaj: Seçim çox, alıcı yox – VİDEO

Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq müşahidə olunur. Bazarda hər qiymətə, hər zövqə uyğun maşın tapmaq olsa da, əvvəlki aylarla müqayisədə alıcı sayı azalıb. Satıcılar deyir ki, bazarda müştərilərin sayı, demək olar ki, barmaqla sayılacaq qədərdir. Onlar bazara gələn tək-tük alıcıların buradan üz döndərmələrinin səbəbini isə əvvəlki aylara nisbətən qiymətlərin […]

Soyuq hava neçə gün davam edəcək? – Umayra Tağıyeva açıqladı

Mərkəzi Rusiyadan hərəkət edən siklonun təsiri nəticəsində axşama doğru Bakıda və Abşeron yarımadasında havanın temperaturu 0 dərəcəyə yaxınlaşacaq. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, dünənlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu kəskin, yəni 8-10 dərəcə enib: “Axşama doğru […]

Eldar Əzizov töhmət verdiyi baş direktoru İŞDƏN ÇIXARDI

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktoru işdən çıxarıb. Turkustan.info bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib. Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Unikal.org-a təsdiqləyiblər. Qeyd edək ki, bir neçə ay […]

İsrail Bakı ilə hərbi müqavilə imzaladığını elan etdi

İsrailin “Aeronautics” şirkəti Azərbaycanla müqavilə imzaladığını elan edib. Turkustan.info “Yerusəlim Post” qəzetinə istinadən xəbər verir ki, şirkətin Bakıyla imzaladığı müqavilə 13 milyon dollar təşkil edib. İki illik razılaşmaya əsasən, “Auronautics” Orbiter-1K dronlarının texniki təchizatı və təmiri ilə məşğul olmalıdır. Qeyd edək ki, Təl-Əviv bundan öncə “Auronautics” şirkətinə Azərbaycana pilotsuz uçan […]

Şok: Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı – VİDEO

Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub. Turkustan.info xəbər verir ki, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov apardığı jurnalist araşdırmasından sonra bu cür sensasion bəyanatla çıxış edib. Abbasov özünün Rusiya hüquq-mühafizə orqanlarına ünvanlanan video-müraciətində münaqişənin ilk günündə çeçenlərin hansısa azərbaycanlını axtardığını bildirib: “Onlar […]

Gəncənin yeni salınan qəsəbələrində internet dərdi

Bu gün internet həyatın ən vacib elementlərindən birinə çevrilib. Yəni, zamanın tələbindən həyatımıza daxil olan internet ağıllı istifadəçi üçün də çox məna daşıyır. Yazışmalar, hər hansı məlumatı əldə etmək, gündəlik xəbərləri izləmək üçün daha köşklərdən kağız mətbuat almağa, kitabxanalara gedib arxiv axtarmağa, poçt vasitəsilə məktub göndərməyə ehtiyac qalmır. Evində və […]

Bakıda polisə cinayət işi açıldı – Vətəndaşa işgəncə verib

Bakıda polis əməkdaşı Əliqulu Ağaliyev barəsində cinayət işi başlanılıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya […]

Sumqayıtın məşhur fahişəxanasına polis basqını – 51 qadın saxlanıldı

Bakı-Sumqayıt yolu üzərində yerləşən məşhur “Pəhləvan”  kafesinə polis basqını olub.  Turkustan.info-nun əldə etdiyi məlumata görə, ötən həftə sonu həyata keçirilən əməliyyat zamanı xeyli şəxs saxlanılıb.  Bildirilir ki, uzun illərdir, əsasən fahişəxana kimi fəaliyyət göstərən bu məkanda qadınlar heç bir tibbi müayinədən keçirilmədən cinsi istismara məruz qoyulur.  Əməliyyat zamanı kafedə işləyən […]

Azərbaycanlı samboçu Rusiyada bir zərbəylə adam öldürdü

Rusiyanın Volqoqrad vilayətində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev saxlanılıb.  Rambler.ru-nun yaydığı məlumata görə, o, Aleksandr Babareviçin ölümündə şübhəli bilinir.  Məlumata görə, hadisə fevralın 16-da “Loft” klubunun qarşısında baş verib. Belə ki, 19 yaşlı Aleksandr söyüş söydüyü Ruslanla danışmaq qərarına gəlib. Fiziki cəhətdən güclü olan İsayev Aleksandrın başına bir zərbə vurub. […]

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin müşayiəti ilə çıxış ediblər

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, professor, “Şöhrət” ordenli Ağaverdi Paşayevin rəhbərliyi altında, Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Respublika və Beynəlxalq müsabiqələr laureatlarının konserti keçirilib. Konsertdə seçilmiş iştirakçıların sırasında yer alan Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər […]

İsraildən bütün müsəlmanları ŞOKA SALACAQ QƏRAR

İsrail polisi Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin bütün qapılarını bağlayıb. Turkustan.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qüds İslam Vəqflər İdarəsinin sözçüsü Firas Dibs yazılı açıqlamasında bildirib. İsrail polisi açıqlama ilə bağlı hələ şərh verməyib. Qeyd edək ki, Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi hesab edilir.  /Müstəqil.az/ 523 Baxılıb

30 ildə 90 qadın öldürən 78 yaşlı qatil: FTB-dən açıqlama

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qatil Samuel Littlenin öldürdüyü qadınların şəxsiyyətini təyin etmək üçün fotoları ictimaiyyətlə paylaşıb. Turkustan.info xəbər verir ki, 78 yaşlı qatil 30 il müddətinə 90 nəfəri öldürdüyünü etiraf edib. Little törətdiyi cinayətlərə görə, ömürlük həbs cəzası alıb. Qatil bu cinayətlərini 1970-2005-ci illər arasında ABŞ-da həyata keçirib. FTB […]

GÖY TANRI DİNİ VƏ ONUN MAHİYYƏTİ

Aydın Qasımlı filologiya elmləri namizədi Türklərin ilk dini Göy Tanrı dinidir. Qədim Türklərdə “Tanrı“ sözü “Tenqri” şəklində söylənmişdir. Qədim Türkcədə “Göy” (“Səma) sözü “Ulu, Uca, Böyük, Müqəddəs” deməkdir. Buna bağlı olaraq da “Göy Tanrı” deyimi “Ulu Tanrı,Uca Tanrı” anlamına gəlir. Ən azı 4 min illik tarixi olan “Tanrı“sözü,demək olar ki,bütün […]