Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin müşayiəti ilə çıxış ediblər

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, professor, “Şöhrət” ordenli Ağaverdi Paşayevin rəhbərliyi altında, Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Respublika və Beynəlxalq müsabiqələr laureatlarının konserti keçirilib.

Konsertdə seçilmiş iştirakçıların sırasında yer alan Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin IX sinif şagirdləri – Atlas Mehdiyeva – xanəndə (müəllim Qasım Əliyeva) bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatasını, Baqir Babayev – tar (müəllim Mübariz Paşayev) bəstəkar Süleyman Ələsgərovun “Daimi hərəkət” əsərini ifa edilər.

Şagirdlərin ifaları alqışlarla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

117 Baxılıb