Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”

Bu gün bəzi saytlar Milli Məclisin deputatı Cavanşir Feyziyevin sürücüsünün qəza törətdiyi barədə məlumat dərc ediblər. Turkustan.info bildirir ki, məsələ ilə bağlı Modern.az saytı deputatın özü ilə əlaqə yaradıb.

Bu ayın 12-dən Avropada rəsmi səfərdə olduğunu deyən deputat bildirib ki, hazırda Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı Belçikada və Böyük Britaniyada keçirilən tədbirlərdə iştirak edir.

“Baş verən qəza barədə bu gün mətbuatdan məlumat almışam. Təəssüf edirəm ki, ölkəmizdə də avtomobil qəzaları demək olar ki, hər gün baş verir. Mən avtomobil qəzalarında həlak olan bütün vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verərərək, onlara Allahdan səbr diləyirəm.

Kimliyindən asılı olmayaraq hər bir şəxs baş vermiş hadisə ilə bağlı günahın dərəcəsinə və nəticələrinə müvafiq şəkildə qanun qarşısında cavabdehdir.

Yəqin ki, bu qəzanın da istintaqı aparılır və əminəm ki, hadisədə təqsiri olanlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar”.

 

276 Baxılıb