Gün: Fevral 21, 2019

Bakıda inşa olunan “Laçın” tankeri suya salındı

Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır  Bu gün “Bakı Gəmiqayırma Zavodu”nda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün inşa olunan “Laçın” neftdaşıyan tankerinin suya salınma mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, “Laçın” neft tankeri Zavodun tikinti quraşdırma sahəsindən üzən dok üzərindən hidrovlik arabacıqlar vasitəsi ilə suya salınıb. Bildirilib ki, tankerin […]

Avropa ölkələri ABŞ-ın “türk ordusuna qarşı” təklifindən imtina etdilər

Vaşinqtonun NATO üzrə Avropadakı ən yaxın müttəfiqləri kürdlərin qorunması üçün Suriyanın Türkiyə ilə şimal sərhəddində öz qoşunlarını yerləşdirmələri ilə bağlı ABŞ prezidenti Donald Trampın xahişini yekdilliklə rədd ediblər. Bu barədə “The Washington Post” qəzeti amerikalı və avropalı rəsmilərə istinadən yazıb. Qeyd olunur ki, Tramp administrasiyası ABŞ qoşunlarının Suriyadan çıxmasından sonra […]

Bakıda gənc qız sərxoş atasını bıçaqladı

Bakıda yaşayan gənc qız atasını bıçaqlayıb. Turkustan.info xəbər verir ki, hadisə fevralın 20-də gecə saatlarında Bakının Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib. 49 yaşlı Hüseynov İlham Şəhaddin oğlu ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Şübhəli şəxs rayonun 12-ci polis bölməsi tərəfindən saxlanılıb.  “Sputnik Azərbaycan”ın Səbail rayon […]

Gəncə şəhər prokuroru Fazil Həsənəliyev ADAU-nun tələbələri ilə görüşüb

Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər. Tədbiri ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Bildirib ki, […]

Gürcü siyasətçidən parlamentə çağırış – “Xocalı soyqırımını tanıyın”

Gürcüstan parlamenti Xocalıda törədilmiş qətliamı soyqırımı kimi tanımalıdır. Turkustan.info xəbər verir ki, bunu Gürcüstanın Yeni Xristian Demokratlar Partiyasının sədri Levan Çxeidze jurnalistlərə bildirib. Onun sözlərinə görə, Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: “Bu cinayətin müddəti köhnəlmir. Xocalıda günahsız qadın, qoca və uşaqları qətlə yetirənlər layiqli cəzalarına çatmalıdırlar. Növbəti parlament seçkilərində […]

Sumqayıtda avtobus binaya çırpıldı, onlarla yaralı var

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Turkustan.info bildirir ki. bu barədə Oxu.Az-a hadisə şahidi məlumat verib. Onun sözlərinə görə, 30 nömrəli sərnişin avtobusunun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yaşayış binasına çırpıb. Hadisə nəticəsində 30-dan çox sərnişinin yaralandığı, onlardan 10-nun vəziyyətinin ağır olduğu qeyd edilir. Faktla bağlı araşdırma aparılır. 155 Baxılıb

Nazarbayev hökuməti istefaya göndərdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev fevralın 21-də ölkə hökumətinin istefaya göndərilməsi ilə bağlı fərman imzalayıb. Bu barədə “Akorda” saytı məlumat yayıb. Sənədə əsasən, baş nazirin birinci müavini Mamin Əsgər Uzakpayeviç müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək. N.Nazarbaeyvin sözlərinə görə, bu çox vacib qərar idi. Prezident qeyd edib ki, ötən illərdə ölkədə sosial-iqtisadi […]

“Əgər Prezident 16 ildə bir rayona 27 dəfə gedibsə…” Məlahət İbrahimqızı

«Son illər Azərbaycanda hansı işlər görülürsə, indi də həmin işlər davam etdirilir». Turkustan.info Strateq.az-a istinadla xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Məlahət İbrahimqızı “Azadlıq” radiosuna açıqlamasında deyib. «Mənim belə düşüncəyə yazığım gəlir. Belə fikrə nə deyəsən? Bunlar ilk dəfə baş vermir. 7-8 il qabaq parlamentdə şəhid ailələrinə təqaüdün artırılması […]

Trampı “dəli etmiş” 28 yaşlı konqresmenin UĞUR YOLU

Qənirə Ataşova/ABŞ, Vaşinqton Sizə, Amerika Prezidenti Donald Trampı dəli etmiş bir qızdan-iri gözlü, agıllı və Amerika Konqresində təmsil olunandək qarsonluq etmiş Alexdria Ocasio Cortezdən danışım. Ailəsi Porta Rikodan mühacir olan Cortez Nyu Yorkun 14-cü dairəsindən secilib. Cox kasıb ailənin qızı olan Cortezin anası evlərdə təmizlik işləri görərək ailəsini dolandırıb. Qızı […]

Erməni restoranlarında Azərbaycan manhıları… – Vaqif Mustafazə: “Düşüncə” – VİDEO

Turkustan.info xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin Ermənistana səfərində maraqlı hadisələr yaşanıb. Şahin Hacıyevin sözlərinə görə, ona ən çox təəccüblü gələn və təsir edən hadisə İrəvanda bir restoranda Azərbaycanın görkəmli bəstəkarı və musiqiçisi Vaqif Mustafazadənin “Düşüncə” kompozisiyasının səslənməsi olub. Bu an kameralara düşüb. Sözügedən videonu sizə təqdim […]

Çeçen-azərbaycanlı davasında qatil tutuldu – Kadırova sui-qəsd hazırlayan çeçendir

Qatil əvvəl Ramzan Kadırova qarşı sui-qəsd hazırladığına görə həbs edilib Moskvanın cənub-şərqindəki “Neolit” kafesində bir qrup çeçenlə azərbaycanlılar arasında baş vermiş münaqişə ilə bağlı işdə gözlənilməz dönüş baş verib. Kütləvi davadan az sonra avtoritet Qərib Orucovun qətlə yetirilməsində Ramzan Kadırova qarşı sui-qəsd hazırlamış terrorçu Lors Xamiyev ittiham olunub. Əlaltısı ilə […]

Osmanlı tarixinin tanınmış araşdırıcılarından olan akademik Kamal Karpat dünyasını dəyişib

Kamal  Haşim Karpat 15  fevral 1923-cü il tarixdə Ruminiyada anadan olub.   İstanbul Üniversiteti  hüquq fakultəsində bir müddət  təhsil aldıqdan sonra Vaşinqton Universitetində siyaysi elmlər üzrə ali təhsilini başa vuraraq   New York Üniversitetində   doktorluq müdafiə edib.   Sonra bir müddət Birləşmiş Millətlər Təşkilatının  İqtisadi və Sosial Şurasında da çalışmışdır.   Dünyanın ən aparıcı universitetlərində o […]

“ABŞ “qırmızı xətt”i keçən Ermənistanı bağışlamayacaq” – Politoloq

“Vaşinqton Ermənistanın İranla münasibətlərinə görə İrəvana artıq bir neçə dəfə xəbərdarlıq edib”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Vaşinqtona planlaşdırılmış səfərini ləğv etməsinə münasibət bildirən politoloq Vüqar Zifəroğlu deyib. Vüqar Zifəroğlunun sözlərinə görə, Amerika özünün müəyyənləşdirdiyi “qırmızı xətt”in keçilməsini heç kimə bağışlamır: “Ümumiyyətlə, […]

Mehman Əliyevə ağır itki

“Turan” agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyevin atası vəfat edib. Turkustan.info xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı Feysbuk hesabında yazıb. Ə.Zeynallı sabah saat 11.00-da Buzovnadakı “Əliağa” məscidində 3-7 mərasiminin keçiriləcəyini yazıb. Allah rəhmət eləsin!    /yenicag.az/ 317 Baxılıb

Ermənistanın kəşfiyyat dronu Azərbaycan səmasında VURULDU – Müdafiə Nazirliyindən AÇIQLAMA

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd […]

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin başçılıq etdiyi heyət Bakı Atatürk Liseyində

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində olub.  Qonaqlar öncə ayrı-ayrı siniflərə baş çəkib, Liseydə yaradılan şəraitlə maraqlanıblar. Sonra Liseyin rəhbərliyi ilə görüş […]

Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb

Fevralı 21-də Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru Mercy Tembonla görüşüb. Görüşdə Baş nazirin müavini keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən biri olduğunu bildirib. O, icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyi […]

Bayıl sürüşmə zonasında 98 ev söküləcək

Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 ev söküləcək. Yaxın müddətdə bununla bağlı müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Hazırda Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır. Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək […]

2019-cu ildə keçiriləcək imtahanların ən son və dəqiq tarixləri – RƏSMİ

Xəbər verdiyimiz kimi DİM 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahanların və tədbirlərin tarixlərində dəyişiklik edib. Dəyişiklik abituriyentlər arasında müəyyən qədər çaşqınlığa səbəb olub. Turkustan.info Dövlət İmtahan Mərkəzinin saytına istinadən, 2019-cu ildə keçiriləcək imtahanların ən son və dəqiq tarixlərini təqdim edir:  /Eurasia Diary/ Tədbir Tarix (2019-cu il) Ali təhsil müəssisələrinin […]

ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriya toplantısında mühüm qərarlar qəbul edilib – VİDEO

Avstriyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupundakı nümayəndə heyətinin təşkilatçılığı ilə fevralın 20-də Vyana şəhərində Qrupun tədbiri və 5-ci iclası keçirilib. Tədbirə ev sahibliyi edən Avstriya nümayəndə heyətinin üzvü, İpək Yoluna Dəstək Qrupunun sədr müavini Roman Hayder bildirib ki, Avstriya tərəfi İpək Yolunun bərpası istiqamətində atılan addımlara xüsusi önəm verir […]

Sosial şəbəkələr necə tənzimlənəcək?

Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır. Tuekustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. “Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir, cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların […]

Növbədənkənar parlament seçkiləri ilə bağlı ZİYAFƏT ƏSGƏROVDAN AÇIQLAMA

Ölkədə 2020-ci il parlament seçkilərinin vaxtının dəyişdirilməsinə, onun irəli çəkilməsinə ehtiyac görmürəm. Buna zərurət yoxdur. Turkustan.info xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib. Z.Əsgərovun sözlərinə görə, Azərbaycanda seçkilərin keçiriləcəyi tarixlər (2024-2025-ci illərdəki bələdiyyə, prezident […]

Avropada Qarabağ üçün birləşək! – Böyük mitinqə çağırış

Bu gün böyük fərəh hissi ilə deyə bilərik ki, dünyanın dörd bir yanında məskunlaşan azərbaycanlılar yaşadıqları ölkələrdə birlik və həmrəylik nümayiş etdirməyə çalışır, doğma Vətənə, azərbaycançılıq ideyasına, Azərbaycan dilinə sadiqlik nümayiş etdirirlər. Yarım əsrdən çox müddətdə SSRİ-nin tərkibində olan Azərbaycandan xarici ölkələrə üz tutan soydaşlarımız diaspor hərəkatı yaratmağa nail ola […]

Şəmistan Əlizamanlı yenidən “Diriliş Ertuğrul”da – Bu dəfə “Yürüyün alplar” (VİDEO)

Türk dünyasının sevilən sənətçisi, milli vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı TRT1-dən yayınlanan məşhur “Diriliş Ertuğrul” serialında yenidən rol alıb. Turkustan.info xəbər verir ki, milyonlarla izləyicisi olan filmin əvvəlki serialarında da iki dəfə Oğuz elinin Ozanı rolunda mahnılar ifa etmiş Şəmistan bəy fevralın 20-də yayınlanan bölümdə özünün “Yürüyün asker” mahnısını “Yürüyün […]

Metroda azyaşlı qıza hücum edən şəxs yaxalanıb

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Turkustan.info bildirir ki. DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa […]

Nazirlik minimum əməkhaqqı ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ etdi

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimum əməkhaqqının 180 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Turkustan.info bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar […]

Rəsmi Vaşinqton Ermənstanın XİN başçısının ABŞ-a səfərini təxirə saldı

Rəsmi Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a planlaşdırılan səfərini ləğv edib.  Turkustan.info xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti ölkə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Buna səbəb olaraq, Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir. Mənbə bildirib ki, Ermənistanın baş naziri […]

Fazil Mustafa: İşdə elə şərt qoyurlar ki, qadınlar başqa yollara üz tutur – MÜSAHİBƏ

Turkustan.info bildirir ki, Oxu.Az-ın müxbirinin suallarını millət vəkili Fazil Mustafa cavablandırır: – Fazil müəllim, “Gənclər siyasəti haqında” qanuna geniş dəyişiklikləri nəzərdə tutan və artıq iki oxunuşdan keçən qanun layihəsində “təhlükəsiz internet” ifadəsi öz əksini tapıb. Burada söhbət nədən gedir? – Burada, əsasən, hakerlik, internet üzərindən terrorçuluq fəaliyyətinin, bank oğurluğu və […]

Gəncə və Göy göl məktəbliləru ADAU ilə tanışlıqdan razı qalıb

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllülərinin “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində olan məktəblilərin təhsil müəssisəsi ilə tanışlığı davam edir.   ADAU ilə tanışlıq orta məktəbin buraxılş sinif şagirdlərində böyük təəssürat yaradır, onlar ali təhsil ocağı iıə bağlı daha çox məlumat əldə edirlər. Təhsil müəssisəsinin […]

Ozana vəfa borcumuz: Azərbaycan torpağı… – Video

Türk dünyasının tanınmış sənətçisi, Ozan Arif adı ilə tanınan Arif Şirinin məzarına Türkiyənin bir çox şəhərindən, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi türk dövlətlərindən gətirilən torpaq qoyulub. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, üzərində gətirildiyi şəhər və ölkənin adı yazılan torpaq və çiçəklər torbalarda məzarın […]

Paşinyan xalqı yenidən yürüşə çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan mart ayının 1-də 2008-ci ildə 10 nəfərin ölümünə səbəb olmuş hadisələrə həsr olunmuş yürüş elan edib. Turkustan.info xəbər verir ki, bu barədə Nikol Paşinyan Feysbuk səhifəsindəki canlı yayım zamanı bildirib. Paşinyanın sözlərinə görə, müzakirələr zamanı həmin gün Azadlıq meydanından Myasnikyan abidəsinə qədər böyük vətəndaş yürüşü keçirilməsi […]

Bir ailə yandı, 2 yaşlı körpə isə öldü – Bakıda evdə partlayış

Binədə, Hövsan südçülük sovxozunda evdə partlayış baş verib. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici məhlul (rastvoritel) töküb. Nəticədə odun sobası partlayıb və qadının özü, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il […]

Babəkin oğlu Buğdayın 60 illiyindən – Fotolar+Video

Məhəmməd Verdiyev: “Çox acı həqiqətdir” “Babək” filmində unudulmaz Burğday obrazının ifaçısı, aktyor Məhəmməd Verdiyevin 60 illik yubileyi baş tutub. Turkustan.info xəbər verir ki, paytaxt məkanlarından birində baş tutan məclisdə aktyorun ailəsi, yaxın dostları, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib. Onların arasında xalq artisti Firəngiz Mütəllimova, əməkdar artistlər Füzuli Hüseynov, Elxan Yunis, […]

Qarabağa görə yenə Bakıya gəldilər

Həmsədrlər münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətindən danışıblar ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Bu gün prezident İlham Əliyev Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli […]

Siqaret və isti çay içənlər üçün ÖLÜMCÜL TƏHLÜKƏ: Xərçəng…

Siqaret kimi yüksək nikotin tərkibli maddə ilə birlikdə isti çay içmək insan sağlamlığı üçün olduqca təhlükəlidir. Turkustan.info xəbər verir ki, siqaret və isti çay xərçəngin yaranma riskini dəfələrlə artırır. Çində 450 nəfərin qatıldığı bir sınaqda isti çayın insan sağlamlığına təsiri araşdırılıb. Xüsusilə, siqaret və spirtli içki qəbul edənlərlə aparılan sınaq […]

Birmərtəbəli evlərin tikintisinə icazə elektron və ödənişsiz olacaq

Dövlət Tikinti və Şəhərsalma Komitəsi və “ASAN xidmət” birlikdə “Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi” üçün elektron sistem yaradıb. Turkustan.info xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, tikintiyə icazə indikatoru üzrə Azərbaycan “Doing Business” sistemində 100 pillə irəliləyib. Təsdiq edilən yeni qayda […]

Qəbul imtahanlarının vaxtı niyə dəyişdirildi? – AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının vaxtının dəyişdirilməsinə münasibət bildirib. Turkustan.info bildirir ki, DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən, yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər […]

Rusiya Qarabağın sayəsində buna nail olur – Eks-prezident

Rusiya Prezidenti Vladimir Putin bundan sonra Ukraynanın NATO və Avropa Birliyinə üzvlüyünə maneə yaradacaq. Turkustan.info xəbər verir ki, bunu “Liga.net” saytına müsahibəsində Polşanın eks-prezidenti Aleksandr Kvasnevski deyib. “Mən 2005-ci ilə qədər Putinlə çox danışmışam. Onun iki strateji hədəfi var. Birincisi, o, Rusiyanı dünya arenasında böyük oyunçu etmək istəyir. Buna artıq nail […]

SOCAR Gürcüstana satdığı qazı niyə bahalaşdırıb?

Gürcü rəsmiləri Gürcüstanın Rusiyadan müəyyən həcmdə qaz alaraq Azərbaycan qazından asılılığı azaldacağına dair açıqlamalar verir. İki gün əvvəl  belə bəyanatla iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. O qeyd edib ki, “Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür: “Biz istəmirik ki, […]

Rusiya, yoxsa ABŞ? – Qarabağ cəbhəsində iki fərqli fəallıq – Şərh

“Hazırkı situasiyada Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesi ilə əlaqədar aktivləşmə yoxdur. ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilmiş görüş də aktivlik deyil. Bu, sadəcə olaraq, ATƏT sədrinin ənənəvi görüşlərindən biri və Rusiyanın bu məsələyə ənənəvi yanaşma tərzidir”. Turkustan.info bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq […]

Trampın müsəlman dövlətinə yönəlik planı dünyanı ayağa qaldıracaq

ABŞ Nümayəndələr Palatasında prezident Donald Trampın Səudiyyə Ərəbistanına son dərəcə həssas nüvə texnologiya transferi həyata keçirmək planı ilə bağlı məsələ qaldırılıb. Turkustan.info “Haber7″ə istinadla xəbər verir ki, bununla bağlı Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Elijah E.Cummings açıqlama verib. Texnologiya transferi ilə bağlı hesabat təqdim edən komitə üzvü Səudiyyə Ərəbistanına nüvə […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyində “Beynəlxalq Ana Dili Günu” münasibətilə tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyində H.Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və V.Əliyev adına rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günu” münasibətilə tədbir keçirilib. Tədbirdə Mahmudlu kənd tam orta məktəbinin,uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Tədbiri açıq elan edən MKS -nin direktoru Müşgünaz Muradova […]

“50 min mənzilə çıxarış veriləcək” – Deputat prezidentin sərəncamından DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxmənzilli binalardakı mənzillərə orderlərin verilməsinin asanlaşdırılması haqqında sərəncamı artıq fəaliyyətdədir”.  Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə məlumat verib.  Deputat bildirib ki, hesablamalara görə 400 yaşayış kompleksində 50 mindən çox mənzilə çıxarış veriləcək: “Bu […]

Məmmədyarov və Mnatsakanyan niyə görüşməlidir?

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təkrar-təkrar görüşməsinə ehtiyac yoxdur. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, görüş Ermənistanın mövqeyində hər hansı dəyişiklik olduğu zaman baş tuta bilər: “Ancaq Münhen konfransı öncəsi Ermənistan tərəfinin verdiyi açıqlamalar, bəyanatlar sübuta yetirdi ki, indiki şəraitdə təmasın davam etdirilməsi […]

Şəmkirdə ağır qəza – Polis öldü

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndi ərazisində baş verib. Hərəkətdə olan “Toyota Prado” ilə “VAZ-21010” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sərnişin, rayonun Qasımlılar kənd sakini, 1983-cü il təvəllüdlü Xaliq Ələsgərov isə hadisə yerində […]

Özü çətinlik çəkən Rusiya İrana 5 milyardı niyə verdi?

Moskvanın Tehrana 5 milyard kredit ayırması Rusiyada rəğbətlə qarşılanmayacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a İranın Rusiyadan 5 milyard dollar kredit alması qərarı ilə bağlı bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, ABŞ və Avropa Birliyinin sanksiyaları altında olan Rusiyanın İrana 5 milyard dollar kredit […]

Azərbaycan Avropa İttifaqına yaxınlaşır

Azərbaycan Aİ ilə siyasi bərabərlik əsasında saziş imzalamaq istəyir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Henrik Hololey İlham Əliyevi ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, bunu xalqın ölkədə sabitliyə və […]