Ç. İyl 24th, 2019

“Əgər Prezident 16 ildə bir rayona 27 dəfə gedibsə…” Məlahət İbrahimqızı

????????????????????????????????????

«Son illər Azərbaycanda hansı işlər görülürsə, indi də həmin işlər davam etdirilir».

Turkustan.info Strateq.az-a istinadla xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Məlahət İbrahimqızı “Azadlıq” radiosuna açıqlamasında deyib.

«Mənim belə düşüncəyə yazığım gəlir. Belə fikrə nə deyəsən? Bunlar ilk dəfə baş vermir. 7-8 il qabaq parlamentdə şəhid ailələrinə təqaüdün artırılması müzakirə edilirdi. Maliyyə Nazirliyi hesablama aparmalı idi və s. Amma dövlət başçısı buna imkan vermədi, iclas qurtarmamış prezident tapşırıq verdi ki, məsələ həll olunsun», – o, sözlərinə əlavə edir.

Deputat prezident İ.Əliyevin həmişə xalq arasında olduğunu qeyd edir: «2003-cü ildən, elə parlamentə seçilən gündən camaatın içindədir. Təzə seçilmişdi, Lənkəranda bina uçmuşdu, elə gecəylə ora getdi. Bu yaxınlarda Biləsuvarda olanda dedi ki, bu bölgəyə 27 dəfə gəlib. Cənab prezident 16 ildir dövlət başçısıdır, bir rayona 27 dəfə gedirsə, bir rayona ildə iki dəfə getmiş sayılır. Prezidentin işi-gücü təkcə bütün günü rayonlarda gəzmək deyil ki. Onun xarici səfərləri var, işləri var, müharibə gedən ölkədir, ordu quruculuğu var».

Deputat ölkədə islahatlar aparıldığını vurğulayır: «İslahat da inqilab deyil, axı. İnqilabla islahat ayrı-ayrı şeylərdir. İslahat təkamül yolu ilə getməkdir. Azərbaycanda birdən-birə inqilabi islahatlar ciddi fəsadlar yarada bilər. Bunun nəticəsini başqa ölkələrdə də görmüşük. Ona görə də möhtərəm prezidentimiz islahatları ardıcıl, zamanında aparır. Bəzən Azərbaycanı elə ölkələrlə müqayisə edirlər ki, düşünürsən nə qədər ədalətsiz yanaşmadır. Hətta bizi qardaş Qazaxıstanla müqayisə etmək düzgün olmaz, onun qaçqın dərdimi var? Ona görə ölkəmiz gücləndikcə əhalinin rifahı da yaxşılaşır, əmək haqları da artırılır, sosial problemləri də həll olunur».

Amma deputat razılaşır ki, Azərbaycanda vəzifəsini icra etməyən məmurlar var və problemlər də burdan qaynaqlanır:

«Aşağı, orta səviyyədə məmur problemi var, bunu prezident də deyir. Amma bu o demək deyil ki, bu, prezidentin siyasətinin tərkib hissəsidir. Gərək insanın vicdanı olsun. Vəzifəsini yerinə yetirə bilməyənlərin axırını da görürük. Bunu ictimaiyyət də bilir. Ona görə qoyulan sualla razı deyiləm ki, son vaxtlar… Gülməli gəlir».