C. İyl 19th, 2019

Yevlaxda silahlı insident – Keçmiş məhkum qətlə yetirildi

Yevlax rayonunda silahlı insident nəticəsində 1 nəfər qətlə yetirilib. 
Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbbəsrə kəndində qeydə alınıb. 
Belə ki, kənd ərazisində yerləşən fermaların birində qarolçu işləyən, 1960-cı il təvəllüdlü Bəylər Tahir oğlu Qafarov işdə olan zamam naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.
Qətlə yetirilmiş şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.