Gün: Fevral 23, 2019

Gələn həftədən qar geri qayıdır

Yağıntı bəzi yerlərdə intensivləşəcək Gələn həftənin ilk günündən hava şəraiti yenidən dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava ilə bağlı xəbərdarlıq edib. Departamentdən verilən məlumata görə, fevralın 24-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Fevralın 25-də […]

Bankda pulu olanlar üçün şad xəbər

Prezident İlham Əliyev əmanətlərin tam sığortalanması müddətinin daha 1 il artırılmasını nəzərdə tutan dəyişikliyi təsdiqləyib Azərbaycan Prezidenti İlham Əliyev“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Turkustan.İnfo xəbər verir ki, sənədə əsasən qanunun 3-cü maddəsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilib. Bununla da Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha […]

Fazil Mustafa: “23 fevralı məktəblərdə hansısa qüvvə yenidən canlandırıb”

Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donanması barədə təsəvvürləri yoxdur. Sadəcə bu tarixi 8 Martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar. Turkustan.info Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili […]

Xocalı soyqırımının ildönümü İstanbulda qeyd edilib

İstanbulda Mehmet Fatih Sultan Vakıf Universiteti və Azərbaycan İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Turkustan.info xəbər verir ki, anım mərasimində əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İyirmi yeddi il əvvəl Xocalıda insanlıq dramının yaşandığını bildirən Azərbaycan […]

Brüsseldə izdihamlı Qarabağ mitinqi – Video

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı ümumavropa Qarabağ mitinqi keçirilib. Turkustan.info xəbər verir ki, aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər. […]

Hansı rayonumuzda Leninin heykəli uçurulmayıb? – FOTO

“Sovetlər birliyinin dağılması ilə bütün SSRİ məkanında olduğu kimi, Azərbaycanda da Leninin heykəlləri öz funksionallığını itirib. Amma müəyyən istisnalar da var”. Məsələn, Azərbaycanın Qəbələ rayonundakı Qəmərvan kəndində kommunist rəhbərin heykəli hələ də qalmaqdadır. Bu barədə məlumatı araşdırmaçı Zaur Əliyev verib. Məlumatda qeyd olunub ki, “dahi rəhbər”in heykəlinin ətrafını ot-alax bassa da, […]

Şəhər sakini: 23 fevral sevgililər günüdür – VİDEO

23 fevral SSRİ dönəmində sovet ordusu və Hərbi-Dəniz Donanması günü kimi qeyd olunurdu.  Həmin dövrdə bu günün kişilər bayramı kimi qeyd edilməsi ənənəvi şəkil almışdı. Fevralın bu günündə bayram ab-havası yaşanırdı. Xüsusən sovet ordusu sıralarında xidmət edən əsgərlər bu bayramı təmtəraqlı qeyd edirdi. İndi artıq sovet dönəmi deyil. Görəsən, tarixin tozlu […]

Qardaş ölkədən Xocalı harayı – Qazax gənclərdən təsirli təqdimat (VİDEO)

Astanada Xocalı soyqırımı ilə bağlı klip təqdim olunub. Turkustan.info xəbər verir ki, Qazaxıstanda xalq layihəsi əsasında “Fevral ildırımı” mahnısının bəstələnməsi və layihənin həyata keçirilməsinin məqsədi dünya ictimaiyyətinə Xocalıya ədalət çağırışı etməkdir. Mahnının ifaçısı Azərbaycan əsilli qazaxıstanlı müğənni Neyla Quliyeva, mahnının bəstəkarı Azat Ospanov, klipin prodüseri Dana Rıskeldinovadır. “Fevral ildırımı” adlı […]

Toyuqların 70 faizinin tərkibində bu ZƏHƏRLİ MADDƏ VAR – ABŞ alimlərindən ŞOK XƏBƏRDARLIQ

Amerikanın Qida və Dərman İdarəsinin alimləri belə qənaətə gəlib ki, toyuqların 70 faizindən çoxunda arsen maddəsi var. İdarə toyuqlara vurulan kimyəvi maddələrin sağlamlığımıza ciddi təsir etdiyini açıqlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırma nəticəsində toyuq ətlərində arsen maddəsi tapılıb. ABŞ-da kök toyuqların 70 faizindən çoxunda, əsasən hinduşkalara və […]

Xocalı faciəsi İran mətbuatında

Təbrizdə nəşr olunan və bütün İran ərazisində yayılan “Məhde Təməddon” (“Mədəniyyəti beşiyi”) qəzetində 1992-ci ildə ermənilərin törətdikləri Xocalı soyqırımı haqqında geniş məqalə dərc edilib. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, məqalədə Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayəti olduğu bildirilib. İki yüz ildən […]

Akademik Akif Əlizadənin 85 yaşına…

Akademik dərəcəsi alimliyin ən yüksək pilləsidir. Ağıllı adamlar bu səviyyəni fəth edən insanlara ehtiram göstərməkdən çəkinməzlər… …Əlizadə soyadı ölkəmizdə kifayət qədər tanınan bir şəcərəyə məxsusdur. Azərbaycan xalqının bu gün də ehtiramla yad etdiyi seyidlərdən Seyidəli ağa Mirmövsümzadə, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın şeyxülislamı kimi yüksək […]

Daha bir körpə həkim səhvinin qurbanına çevrildi

KÖRPƏ FİDANA DÖVLƏT DƏSTƏK OLMALIDIR, AMMA … !!! ƏKİM SƏHVİNİN QURBANINA ÇEVRİLMİŞ QIZCIĞAZA BİZ  KÖMƏK EDƏK !!! Həkim səriştəsizliyi Azərbaycanda daha bir körpənin həyatını təhlküyə atıb. Bu faciəni Məmmədovlar ailəsinə ginekoloq Aygün Mahmudova yaşadıb…  Ağdam rayonundan məcburi köçkün olan Məmmədovlar ailəsi uzun illərdir Bakının Fatmayı kəndindəki “Muğan” istirahət mərkəzində məskunlaşıb. […]

“Open Science : Azərbaycan” adlı konfrans keçirildi – FOTO

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində “Open Science: Azərbaycan” adlı konfrans keçirilib. Turkustan.info xəbər verir ki, konfransda “Open Science”, “Open Access”, “Open Research date, “Open innovation”, “Open research […]

“YAZARLARIN YAZMADIQLARI”

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Bu, “Vektor” Nəşrlər Evi ilə əməkdaşlıq ortamında hazırlanmış “Yazarların yazmadıqları” kitabıdır (Bakı, “VEKTOR” – 2019; 132 səhifə). Kitab DGTYB Məclisinin üzvü, “Gənclər mükafatı” laureatı Şəfa Vəli və ADAU-nun doktorantı İlham Ələkbərlinin tərtibçiliyi, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və […]

Əlilliklə bağlı səlahiyyətlər dəyişdi – FƏRMAN

Azərbaycan prezidenti İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına dəyişiklik edib. Turkustan.info xəbər verir ki, nazirliyin əsasnaməsindəki dəyişikliyə əsasən, reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək funksiyası Əmək və Əhalinin Sosial […]

Qarabağda müharibə başlayarsa… – Paşinyanın adamından SENSASİON ETİRAF

Azərbaycan Ordusunun gücü qarşısında aciz vəziyyətdə olan, yeni bir müharibə ilə bağlı qorxularını dəfələrlə dilə gətirən Ermənistan tərəfi növbəti dəfə bunu etiraf edib. Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, etiraf Ermənistan prezidentinin müşaviri Tevan Poqosyandan gəlib. “2018-ci ilin yay çağırışından altı aydan çox keçib. Altı ay əvvəl yeni xidmətə başlayan […]

2970 manat maaş alan Hadi Rəcəblinin vətəndaşa 180 manatlıq TƏKLİFİNƏ CAVAB

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli deyib ki, ailədə 2 nəfər işləyəndə və üstəlik də adam iki yerdə çalışanda 180 manatla dolanmaq olar. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, iqtisadçı-ekspert Qadir İbrahimli millət vəkilinin bu açıqlamasına münasibət bildirib. Ekspertin fikrincə, seçiciləri qarşısında hesabat verməyən və […]

İnnovasiyalar Agentliyinin strukturu təsdiq edildi: Hansı səlahiyyətlərə malikdir?

Prezident İlham Əliyev İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturunu təsdiq edib. Turkustan.info xəbər verir ki, Agentliyin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır. Sənəddə göstərilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir. Agentlik hansı […]

Nyu Yorkda yaşayan vətənpərvər xanım

Onun haqqında ilk dəfə Nyu Yorkda yaşayan əməkdar artist Telman Cəlilovdan eşitmişdim. Azərbaycan naminə gördüyü işləri çox yüksək qiymətləndirirdi. Nəhayət ki, bu vətənpərvər xanımla görüşümüz baş tutdu… Deyir ki,- “Amerikaya gəlmək istəyən hər kəsə bir tövsiyyəm var- gələndə Vətən sevgisini də ürəklərində gətirsinlər. Yalnız bu sevgi onlara və özlərindən sonra […]

Xocalı haqqında film Kaliforniya televiziyalarında

Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziya kanallarında nümayiş etdirilir. Turkustan.info bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Azvision.az -a verilən məlumata görə, ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda […]

Bakı bulvarı ilə bağlı mühüm qərar verildi

Dövlət başçısı Dənizkənarı Milli Parkla bağlı fərman imzalayıb Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Turkustan.info-nun məlumatına görə, fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim […]

Rəşid Mahmudov vicdan, rüşvət haqqında… – Həkimdən sərt sözlər (VİDEO 18+)

Fizioloq, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Murad Arifin “Popumuz var” verilişinin qonağı olub. Turkustan.info xəbər verir ki, Rəşid Mahmudov veriliş zamanı çox maraqlı məsələlərə toxunub. Açıq danışması, sərt sözləri ilə sevilən həkim bu dəfə də maraqlı çıxış edib. Ətraflı videoda: Minval.info 345 Baxılıb

Hadi Rəcəbli: “Mənim uşaqlarım, nəvələrim bir-birinin paltarını geyinir” – Müsahibə

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Oxu.Az-ın müxbirinin suallarını cavablandırıb: – Hadi müəllim, demoqrafik durum, təbii artım məsələsi bu gün dünyanı narahat edən məsələlərdəndir. Daha çox da Avropa, Qərb ölkələri bu məsələdə ciddi problemlər yaşamaqdadırlar. Elə bu günlərdə qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak […]

NASA yadplanetli ovuna başlayır

NASA yadplanetliləri və ya yerdənkənar sivilizasiya nümayəndələrini axtarmaq üçün hərəkətə keçib. Turkustan.info xəbər verir ki, XVIII əsrdən bu yana UNO barədə məlumatlar dolaşır və günümüzdə də Yer planetindən kənarda sivilizasiyanın mövcudluğunun izləri axtarılır. Bir çox insan Misir və Maya piramidalarının yadplanetlilərin köməyi ilə inşa edildiyini iddia edir. XX əsrdə isə […]

Bu gün Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevral tarixində yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək.  Turkustan.info-nun məlumatına görə, mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, […]

İranda Azərbaycan dilində qəzet nəşr olunacaq

İran parlamentinin Urmiyadan olan millət vəkili Nadir Qazipur təxminən 40 milyon vətəndaşı türk dilində danışan ölkədə bu dildə bir qəzetin nəşr olunacağını bildirib. Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı millət vəkili Qazipur Mədəniyyət və İrşad naziri Abbas Salehinin ölkədə Azərbaycan türkcəsində bir qəzetin nəşrinə razılıq verdiyini deyib. O, 24 […]

Paşinyan kartını açdı: Tiflis üçün dəhşətli məqam

Politoloq Zaur Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik: – Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan fərqli olaraq, Rusiya ilə yaxınlaşma siyasətinə üstünlük verdiyini daha qabarıq şəkildə göstərir. ABŞ-ın buna reaksiyası necə olacaq? – Ermənistan Rusiya ilə hər zaman yaxın olub. Bu gün də Ermənistan dövlətinin atdığı bir çox addımlar Rusiya tərəfindən diktə olunur. […]

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?

“Prezident İlham Əliyevin çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı təxminən 400 binanı və ya 50-60 min mənzili əhatə edəcək”. Turkustan.info xəbər verir ki, bunu Trend-ə müsahibəsində Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov deyib. O vurğulayıb ki, bu fərman cəmiyyətin sosial-iqtisadi inkişafında vacib rol oynayacaq: “Bu istiqamətdə reallaşdırılacaq tədbirlər […]

Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi – VİDEO

Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarovanın brifinqi zamanı “Report” agentliyinin jurnalisti İqbal Rüstəmov Moskvada Konstantin Zatulinin təşəbbüskarı olduğu “Lazarev klubu” ikinci rus-erməni forumunun keçiriləcəyi və bu forumda Dağlıq Qarabağdakı separatçı rejiminin nümayəndələrinin iştirak edib-etməyəcəyi ilə bağlı sual verib. Turkustan.info xəbər verir ki, jurnalist məsələ ilə bağlı Mariya Zaxarovaya sual ünvanlayan zaman, Rusiyanın Dağlıq Qarabağ […]

ABŞ-ın Qarabağa baxışı: “Bolton planı”nın mahiyyəti nədir?

ABŞ “sülh qarşılığında torpaq” formulunu özündə əks etdirən “Bolton planı” ilə əslində İranın Ermənistan və Azərbaycanın Qarabağ bölgəsi ilə olan sərhədini öz nəzarəti altına götürmək istəyir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq ümumiyyətlə “Bolton planı” adlı bir həll variantının olmadığını və Cənubi Qafqazda Qarabağ […]

Bu da İranda bayrağımız üçün mübarizə aparan 11 yaşlı Zəhra – VİDEO

Bir müddət əvvəl İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda iştirak edən 11 yaşlı həmyerlimiz Zəhra Salmanova vətənpərvər bir addım atıb. O, yarışın keçirildiyi zalda bayrağımızın erməni bayrağından aşağıda asılmasına etiraz edib və bayrağın yerinin dəyişdirilməsinə nail olub. Hətta o, erməni rəqibini də məğlub edərək qızıl medal qazanıb. Turkustan.info Xəzər TV-yə […]