Millət vəkili BNA-nı tənqid etdi: “səlahiyyəti götürüb, məsuliyyəti unudub”

“Bir müddət öncə Bakı şəhərində avtobus dayanacaqlarına və piyada zolaqlarına Bakı şəhəri İcra hakimiyyətinin müvafiq qurumları nəzarət edirdi. Günaşırı şüşə materialdan yüngül konstruksiya ilə quraşdırılmış dayanacaqları yuyub təmizləyirdilər. Piyada zolaqları görünməz durumda olduqda isə, yenidən ağardırdılar ki, qəza risqi minimuma ensin. Bir müddət öncə bu iki sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verildi. İndi neçə yerdə diqqət yetirirəm ki, piyada zolaqları tamamilə görünməz durumdadır, avtobus dayacaqları isə xeyli müddətdir yuyulub-təmizlənmir”.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib.

Deputat qeyd edib ki, “bu qurum da son vaxtlar yaranan bəzi qurumlar kimi səlahiyyəti götürüb, ancaq məsuliyyəti götürməyi unudub. Məsuliyyəti xatırlatmaq səlahiyyəti mənə aid olmasa da, düşündüm ki, dayanacaqlar çirkab içində qalmasına bir neçə ay da vətəndaşımız göz yuma bilər, lakin piyada zolaqlarının ağardılmaması insan həyatı üçün birbaşa təhlükə yaratdığına görə, sözgəlişi xatırladım.

1. 330 Baxılıb