Bz. İyl 21st, 2019

Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçildi

Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədr seçililib. 

542 deputatdan 336-sı öz səsini hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Mustafa Şentopa verib.

Bundan əlavə, 124 deputat Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Engin Altaya, 46-sı Xalqların Demokratik Partiyasının (HDP) nümayəndəsi Serpil Kemalbay Pekgözegüyə, 33-ü isə “İYİ Parti”nin nümayəndəsi İmam Hüseyn Filizə səs verib. 3 deputat səs verməyib (Modern.az).