Gün: Fevral 25, 2019

Ögey analarının uşaq dünyaya gətirməsinə etiraz edən bacı-qardaş özünə qəsd edib – TƏFƏRRÜAT

Bakıda qardaş və bacının özlərinə qəsd etmələrinin təfərrüatları məlum olub. Turkustan.İnfo ONA-ya istinadən xəbər verir ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə atalarının ögey analarından uşaq dünyaya gətirmək istəməsi səbəb […]

Türk Dünyası Parlamentarilər Birliyindən Xocalı anımı – FOTOLAR

Xocalı qətliamına bir qınama da Türk Dünyası Parlamentarilər Birliyindən gəldi. Birliyin Ankaradakı Mərkəzində təşkil olunan mətbuat konfransında ermənilər tərəfindən törədilən Xocalı qətliamı lənətlənərək: “Qardaş Azərbaycanın böyük ağrı-acısını bölüşür və bu acını bütün qəlbimizlə hiss edirik” deyildi. Türk Dünyasının Parlamentarilər Birliyinin rəhbəri Nail Çələbi Xocalı qatillərinin bu qətliamına göz yumanların Srerbrenitsada […]

Sabah Azərbaycan bir dəqiqəlik susacaq

Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər  Sabah – fevralın 26-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.Xocalı soyqırımı ilə bağlı birgə bəyanat verildi Turkustan.info xəbər verir ki, Bakı vaxtilə saat 17:00-da ölkə […]

Qənirə Paşayeva Aydın Universitetində gənclərə səslənərək çağırış edib – VİDEO

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Aydın Universitetində İstanbul Aydın Universiteti, Siyaset Bilimi və Beynəlxalq əlaqələr təşkilatı tərəfindən təşkil olunmuş Xocalı Soyqırımı ilə bağlı konfransda çıxış edib, yüzlərlə gənc və müəllimlərin iştirak etdiyi tədbirdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Tədbir Azərbaycan və […]

Bu şəxslər ayda 400 manat alacaqlar – Nazirdən AÇIQLAMA

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək. Turkustan.info-nun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq. Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 […]

Hikmət Hacıyev həmsədrlərin Bakı səfərinə aydınlıq gətirdi – VİDEO

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb. Real Tv-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, münaqişənin həlli prosesinə nəzər yetirsək, hazırda Ermənistan tərəfindən müəyyən iddialar səsləndirilir: “Bu danışıqlar […]

Türkiyə XİN başçısı: “Uyğur türklərinə qarşı qanun pozuntularının aradan qaldırılmasını gözləyirik”

“Uyğur türklərinin azadlıq və dini haqlarına qarşı tətbiq edilən qanun pozuntularının aradan qaldırılmasını gözləyirik”. Turkustan.info “Yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu on minlərlə uyğur türkünü kütləvi düşərgələrdə saxlayan Çin hakimiyyətinə müraciətində bildirib. O, rəsmi Pekindən Çindəki uyğurlar və başqa müsəlmanların mədəni kimliklərinin təhlükəsizliyinin tamamilə […]

ABŞ Qırğızıstanın eks-prezidentinin ailəsinin mənimsədiyi pulları qaytarır

ABŞ Qırğız Respublikasının eks-prezidenti Kurmanbek Bakiyevin ailəsinin mənimsədiyi 4,6 milyon dolları geri qaytaracaq. Məlumatı “Economist.kg” yayıb. Bildirilib ki, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə iş üzrə köməkçisinin birinci müavini Alisa Uellsin fevralın 25-28-də Bişkekə səfəri zamanı həmin məbləğin Qırğız Respublikasına qaytarılması üçün maliyyə naziri Baktıkul Jeenbayeva ilə müqvilənin […]

Latviyada Xocalı soyqırımı qurbanları anıldı

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Turkustan.info bildirir ki, səfirlikdən Modern.az-a verilən məlumata görə, Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Latviya ictimaiyyətinin üzvləri – elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun üzvləri, yerli KİV […]

Avstraliyadan Qarabağla bağlı rəsmi cavab – Bakıya dəstək

Avstraliya Xarici İşlər Nazirliyi Avstraliya-Azərbaycan Assosiasiyasının Xocalı soyqırımı ilə bağlı müraciətinə rəsmi cavab verib. Turkustan.info xəbər verir ki, bu barədə assosiasiyanın sədri Mikayıl Oyta agentliyin Avstraliya bürosuna məlumat verib. Bildirib ki, məsələ ilə bağlı hələ ötən ilin fevralında Avstraliyanın Baş nazirinə məktub ünvanlanıb. Lakin ölkədə baş verən hakimiyyət dəyişikliyi səbəbindən cavab […]

Yardımlıda it boğuşduranlar özləri kütləvi dava etdilər – Ölən var – VİDEO

Yardımlıda gənclərin it boğuşdurması kütləvi davaya çevrilib. Hadisədə 1 nəfər ölüb. Xəzər TV-nin məlumatına görə, gənclər arasında düşən kütləvi dava Yardımlı rayonunun Lərzan kəndi ərazində baş verib. Bir qurup gənc itləri boğuşdurmaqdan ötrü kəndin ərazsində toplaşıblar. İt boğuşdurma yarışı sahiblərinin mübahisəsinə çevrilib və daha sonra kütləvi dava olub. Dava zamanı tərəflərdən biri […]

ADAU-da əlavə təqaüd alan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dövlət sifarişi ilə təhsil alan, əlavə təqaüdlərlə təmin olunan tələbələrin sayının artması dövlətimizin aqrar sahənin, aqrar təhsilin inkişafına diqqətinin təzahür formalarından biri kimi qiymətləndirilir. Qeyd edək ki, 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq universitetə qəbul olan tələbələrin hər […]

ADAU-nun alimləri Tərtərdə pambıqçılara təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin bir qrup alimin iştirakı ilə Tərtər rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzində ( DAİM) “Pambığın mütərəqqi becərilmə texnologiyası” mövzusuda təlim keçirilib. Təlim barədə Tərtər rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru  Mehman Babayev məlumat verib. Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professor əvəzi Nizami Seyidəliyev “Pambığın […]

ADAU-nun Yerquruluşu fakültəsində təlimlər davam etdirilir

Azərbaycan Dövlət Aqrar Universitetinin Yerquruluşu kafedrasında CİS təlimləri davam etdirilir. Təlimdəmüxtəlifşirkətlərin “AqroDeiry”,”Akkord”,”GöygölKəndtəsərrüfatı” idarəsi, “Şəmkirkadastridarəsi” ninəməkdaşlarımuxtəlifsahələrdətətbiqedilən CİS haqqindaətraflıməlumatverirlər. Təlimdə “Yerquruluşu, torpaq və şəhər kadastrı” ixisası uzrə təhsil alan alan tələbələr və kafedranın əməkdaşları istirak edirlər.   156 Baxılıb

Erkin Emet: Bir milyon uyğur Çində “tərbiyə düşərgələri”-nə salınıb

BMT-yə görə, Çin höküməti azı bir milyon uyğuru “yenidən tərbiyə düşərgələri” adını verdiyi nəzarət mərkəzlərində əsir saxlayır. Ankara Universitetində çalışan uyğur müəllim Erkin Emet Amerikanın Səsi ilə söhbətdə deyir ki, “bütün problem bizim hər cəhətdən çinlilərdən fərqli olmağımızdır. Bu, Çini qorxudur. Çin deyir ki, mən səni mənim kimi edəcəyəm.” Erkin […]

Prezidentdən veteranlarla bağlı sərəncam

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılır. Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamında qeyd olunub. Məlumata görə, aşağıdakı şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manata çatdırılacaq. – 1941-1945-ci illər Böyük Vətən […]

Azərbaycanda “kəfən pulu” da artır

Azərbaycanda dəfn üçün ödənilən sosial müavinətin məbləği artırılır. Turkustan.info xəbər verir ki, bu barədə məlumat prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamında öz əksini tapıb. Sərəncama əsasən, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, bu məbləğ hazırda 146 […]

Problemli kreditlər hansı yollarla qaytarılacaq? – EKSPERT TƏKLİFLƏRİ AÇIQLADI

“Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır. Bu da ümumi kredit portfelinin 12 faizindən çoxunu təşkil edir. Problemli kreditlərin həlli  istiqamətində təbii ki, xüsusi bir mexanizm hazırlanması və tətbiq edilməsinə ehtiyac var idi. Bir müddət əvvəl bizim mərkəzin keçirdiyi sorğuda da vətəndaşları narahat edən məsələlərdən birinin problemli […]

Lent.az geri döndü

Lent.az İnformasiya Agentliyi fəaliyyətini bərpa edib.  Turkustan.info xəbər verir ki, 7 aya yaxın fəaliyyətini dayandıran sayt bugündən yayıma başlayıb.  Saytın bağlı olduğu APA Holding fəaliyyətini dayandırdığı üçün Lent.az İnformasiya Agentliyi də bu səbəbdən bağlanmışdı. Qeyd edək ki, saytın kollektivi əvvəlki işinə geri dönüb. Lent.az-ın baş redaktoru da dəyişməyib və Qabil […]

Professor Aygün Attar: “Xocalı soyqırımdır…”

Fevralın 23 də İstanbuldakı Türk Dünyası Araşdırmaları Vəqfi “Turan” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı və ermənı sorunu” adlı konfrans keçirildi. Konfransda çıxış edən tarix elmləri doktoru, professor Aygün Attar mövzuya erməni sorununu anlataraq başladı və XX əsrin əvvəllərində yaranan Ermənistanın əslində tarixi İrəvan torpaqları olduğunu […]

Türkiyədə PKK-dan Xocalı lövhəsinə xain hücum – FOTO

Türkiyədə Xocalı Şəhidlərinin xatirəsinə açılmış parkda xoşagəlməz hadisə yaşanıb. Turkustan.info xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan məlumata görə, 2015-ci ildə Xocalı Şəhidlərinin xatirəsinə açılmış parkın girişindəki poster dünən naməlum şəxslər tərəfindən cırılıb.  Yayılan məlumatlarda posterin kürdlərin təmsil olunduği Xalqların Demokratik Partiyasının (HDP) üzvləri tərəfindən yararsız hala salındığı bildirilir. Qeyd edək […]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Şəhər Mədəniyyət Evində “Şəhid olan şəhərim” adlı ədəbi-bədii gecə keçirilib. Aparıcılar Mədəniyyət Evinin metodisti Aytən Zeynalova, “Veteranlar” xalq xorunun drijoru Türkan Mahmudova Xocalı soyqırımı haqqında məlumat veriblər. Sonra Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Şahanə İsmayılova, Fidan Ağahüseynli “Xocalı”, Ərtöğrul Mahmudov, Mədinə Vəlizadə “Azərbaycan” şeirlərini söyləyiblər. Daha sonra Leyla […]

Prezident sosial müavinətləri artırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info-nun xəbərinə görə, Sərəncamda qeyd olunur ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini 15 […]

Ramil Usubov yeni rəis təyin etdi

Ağcabədi Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. Turkustan.info-nun Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb. Sənədə əsasən, Zəngilan Rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov vəzifəsindən azad olunub və Ağcabədi Rayon Polis Şöbəsinin rəis təyin edilib. 292 Baxılıb

“Bu il məcburi köçkünlərlə bağlı çox geniş inşaat proqramları icra ediləcək” – İlham Əliyev

“Bu il məcburi köçkünlərlə bağlı çox geniş inşaat proqramları icra ediləcək”. Turkustan.info xəbər verir ki, bunu Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib. Dövlət başçısı qeyd edib ki, əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni […]

Xocalı soyqırımını tanıyan dövlətlər – Siyahı

Fevralın 26-sı Xocalı soyqırımının törədilməsindən 27-ci il ötür. Turkustan.info Axar.az-a istinadən bütün dünyanın gözü qarşısında baş verən və foto-video dəlillərlə sübuta yetirilən Xocalı soyqırımını tanıyan ölkələrin siyahısını təqdim edir: Meksika 2012-ci il fevral ayının 2-də Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb. […]

SON DƏQİQƏ: Bakıda çoxmərtəbəli bina yanır

Bakıda tikilməkdə olan çoxmərtəbəli binada yanğın başlayıb. Turkustan.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına […]

İlham Əliyevdən problemli krediti olanlara müjdə: “Yaxın gələcəkdə…”

Problemli kreditlərlə bağlı bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Turkustan.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır: “Bu məsələ artıq neçə […]

Başçının ölümü ilə bağlı İH-dən açıqlama

Bu gün gecə saatlarında qəfil dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Hüseyn oğlu İbrahimov Bakıda dəfn ediləcək. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. İcradan bildirilib ki, başçının hər hansısa xəstəliyi olmayıb: “Hansısa ciddi xəstəliklə bağlı şikayəti olmayıb. Ölümü də qəfil baş verib. […]

Yerevanda qanlı gecə: Avtomobillər gülləbaran edilib, yaralılar var

Faktla bağlı araşdırmalar aparılır, yaralıların şəxsiyyəti dəqiqləşdirilir Ermənistanın paytaxtı Yerevanda ötən gecə atışma baş verib. Sputnik Ermənistan xəbər verir ki, gecə saatlarında “Erebuni” və “Ermənistan” xəstəxanalarına üç nəfər güllə yaraları ilə gətirilib. Məlumata əsasən, Baqratunyats küçəsində yerləşən avtoyuma məntəqlərindən birində polislər və müstəntiqlər üzərində mərmi izləri olan “Range Rover” markalı […]

Pakistanın Azərbaycana Qarabağla bağlı verdiyi dəstək davam edəcək

Səfir dünyanın bir sıra dövlətlərinin artıq Xocalı Soyqırımını tanıdığını və bu prosesin davam etdiyini bildirib Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş seminar Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi və Pakistanın Milli Elmlər və Texnologiya Universiteti (NUST) ilə birgə İslamabad şəhərində təşkil edilib. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Pakistandakı səfirliyindən […]

Gürcüstanın yeni prezidenti Bakıya gəlir

Xanım liderin səfəri bu həftə baş tutacaq Gürcüstan Prezidenti Salome Zurabişvilifevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.  İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək. Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir. 463 Baxılıb

Yumurta, yoxsa plastik top? – Bakıda qeyri-adi hadisə – VİDEO

Mağazadan yumurta alıb evinə apardı, ancaq qaynadılandan sonra yerə atanda plastik top kimi havaya qalxdı. Bu qeyri-adi hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Görüntülər bu yumurtanın tərkibinin nədən ibarət olması və onun insan sağlamlığına nə dərəcədə zərərli olması məsələsini yenidən gündəmə gətirir. Həmin yumurtanın sarı hissəsi sanki plastik topu xatırladır. […]

Paşinyanın Qarabağla bağlı mövqeyi… – Ter- Petrosyan açıqladı

Ermənistan ilk prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanla münasibətlərindən bəhs edən məqalə yazıb. Axar.az xəbər verir ki, “İlur.am” saytında dərc olunan məqalədə o, indiyə qədər müxtəlif dairələrdə onlar haqqında yayımlanan məlumatlara aydınlıq gətirib. Petrosyan hazırladığı yazı ilə Paşinyanı saxta ittihamların hədəfinə salmaq istəmədiyini deyib. O, Paşinyanın onun siyasətdə mənəvi […]

Bakıda həbsxanada faciə: İki məhbus öldü

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında ölüm hadisəsi baş verib. Turkustan.info xəbər verir ki, müəssisədə saxlanılan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Xudaverdiyev Namiq Vəli oğlu qəfil vəfat edib. Onun səhhətində hər hansı problemin olmadığı, qəfil keçirdiyi infarkt nəticəsində dünyasını dəyişdiyi məlum olub. Qeyd edək ki, həbsxanada vəfat edən […]

Ölkədə ərzaq bahalaşmasının SƏBƏBİ açıqlandı

Ötən ayın ikinci yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov aparılan monitorinqlərə əsasən bildirib ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir: “Qiymət artımları idxal edilən məhsullarla yanaşı, yerli mallarda da qeydə […]

Aİİ-də Beynəlxalq Ana Dili Gününə həsr edilmiş konfrans keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov  dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirib. Ana dili insanın mənəvi […]

Fevral ayı niyə 28 gündən ibarətdir?

Romalılar miladdan 758 il əvvəl 10 aylıq təqvimin tətbiqinə başlayıb.  Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, aylar ilk orijinal təqvimdə, gecə və gündüzün bərabər olduğu, min illərdir həyatın başlanğıc nöqtəsi olaraq qəbul edilən mart ayından başlayıb — Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quintilis (İyul), Sextilis (Avqust), September (İyul), […]

Rusiya bu dövlətlə birləşə bilər? – Zülfüqarov

Lukaşenko həm Putin, həm də öz adından deyib ki, bu məsələdə xalq necə istəsə, elə də olacaq. Yəni təxminən referendum məsələsi ortadadır. Referendumun nəticələri barədə nəsə demək çətindir. Rus xalqını deyə bilmərəm, amma belaruslar müstəqil dövlətdə yaşamağa öyrəşib. Bu, mənim təəssüratımdır, amma hadisələr necə cərəyan edəcək, demək çətindir. Turkustan.info xəbər verir […]

Azərbaycanda icra başçısı VƏFAT ETDİ – FOTO

Azərbaycanda icra başçısı qəfildən ölüb. Turkustan.info xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib. Bu barədə Naftalan sakinləri sosial şəbəkələrdə məlumat yayıblar. Naftalan şəhər İcra Hakimiyyətindən “Report”a təsdiqləyiblər. Məlumata görə, o, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib. Modern.az-ın məlumatına görə, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda […]

Bahalaşma Novruzdan bir ay öncə başladı – Dükan-bazarda son qiymətlər

Ekspertlər saxlanması mümkün olan bayram ərzaqlarını indidən almağı tövsiyə edirlər… Xalqımızın qədim, milli bayramlarından olan Novruza bir aydan da az zaman qalır. Bir tərəfdən mövsümi amillərlə əlaqədar, digər tərəfdən də bayram yaxınlaşdığı üçün əhalinin ərzağa və mer-meyvəyə tələbatı artır. Bəs mövcud durum bazara, qiymətlərə necə təsir göstərir? İnsanlar bayram bazarlığını […]

Mərhum Vəli Məmmədovun Amerikada yaşayan yadigarı…

20 noyabr məlum vertolyot qəzasında həlak olan Vəli Məmmədov Azərbaycanın parlaq zəkalı aydınlarından biri idi. Uzun illər dövlət vəzifələrində çalışaraq, nüfuz qazanmışdı. O, həm də Nəriman Nərimanovun ilk tədqiqatçısı və yorulmaz təbliğatçısı olub. Bu gün sizə Vəli Məmmədovun sevimli qızı, Leyla Halimidən söhbət açmaq istəyirəm… Leyla xanım Bakıda dünyaya gəlib. […]

Dünya tibb elmi üçün YENİ NƏTİCƏ: Azərbaycanlı alimin də payı var

Azərbaycan alimləri Almaniyanın Bonn Universitetinin alimləri ilə birlikdə apardıqları tədqiqatlar zamanı dünya tibb elmi üçün yeni nəticə əldə ediblər. Turkustan.info xəbər verir ki, bunu Trend-ə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov deyib. M.Abbasovun sözlərinə görə, institutun doktorantı Aytac Hümbətovanın da iştirak […]

Hocalı katliamı – Ermeni teröristler ve Rus silahlılar, mankurt rehberler

Sevil İREVANLİ ARAŞTIRMACI YAZAR. MEDİAGRUP FİNLANDİYA…          Hocalı Katliamı 20.yy’da sivil halka karşı yapılan en büyük soykırımdır. Azerbaycan’da 1988 yılında Bakü’nün “Azadlıg meydanı”nı dolduran on binlerce Azerbaycan Türkünün en önemli isteklerinden biri de Milli Ordunun kurulmasıydı. Milli Ordu ve askerlik konuları son zamanlarda eski Sovyet basın-yayın organlarında tartışılan en önemli […]