Gün: Fevral 27, 2019

“WhatsApp”da yeni funksiya istifadəyə verildi

“WhatsApp” messencerində istifadəçinin razılığı olmadan onun qruplara əlavə olunmasını qadağan etməyə imkan verən yeni funksiya tətbiq edilib. Turkustan.info-nun xarici mediaya istinadən məlumatına görə, yenilikdən əvvəlcə messencerin “Android”, daha sonra “iOS” versiyasının istifadəçiləri yararlana biləcəklər.   Məlumata görə, funksiyanı əlavə etmək üçün istifadəçi quraşdırmalara daxil olaraq onu qruplara kimin əlavə edə biləcəyini […]

Xameneidən Nikola: Qarabağın həlli bundan asılıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan rəsmilərinin arasında daimi dialoqdan asılıdır. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. Xamenei həmçinin İranın Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik göstərməyə hazır olduğu barədə əvvəlki mövqeyini xatırladıb. 620 Baxılıb

Milli Oftalmologiya Mərkəzi Səyyar Klinikasının növbəti aksiyası Şəkidə olacaq

28 fevral – 1 mart 2019-cu il tarixindəAkademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Şəki şəhərində keçirəcək. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar KlinikasıŞəki şəhəri sakinlərinə tibbi xidmət göstərəcək. 2 gün davam edəcək aksiyada məqsədŞəki şəhərisakinlərini operativ şəkildə erkən müayinə-müalicə etmək, onların […]

Novruz bayramında “Kənddən şəhərə” yarmarkası keçiriləcək

Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək “Kənddən şəhərə” kənd təsərrüfatı yarmarkasının vaxtı məlum olub. Turkustan.info bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən Yenicaag.az-a verilən məlumata görə, paytaxtın Nizami küçəsi, 154 (Landmark Biznes Mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək: “Martın 15-dən etibarən 1 həftə […]

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 441 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2007-ci […]

Moskvada həbs olunan 26 azərbaycanlı ilə bağlı SON XƏBƏR

Bu gün mətbuatda gedən məlumata görə Moskvada 26 nəfər azərbaycanlı polis tərəfindən saxlanılıb. Onların saxlanmasına səbəb çərşənbə axşamı günü Xocalı soyqırımı ilə bağlı yürüş keçirmələri göstərilir. Bəs görəsən onların aqibəti nə yerdədi? Modern.az-ın Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, aksiya zamanı Moskva polisi tərəfindən saxlanılan 26 nəfərdən 21-i […]

İran Prezidenti: “Ermənistana təbii qazın həcmini artırmağa hazırıq”

“İran tərəfi Ermənistana təbii qazın həcmini artırmağa hazırdır”. “Report” Ermənistan KİV-inə istinadən xəbr verir ki, bunu İran Prezidenti Həsən Ruhani fevralın 27-də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib. “Biz Gürcüstana qazın ixracı üzrə üçtərəfli, Rusiyanın da iştirakı ilə dördtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Bizim müzakirə etdiyimiz […]

NATO Gürcüstanda möhkəmlənir: Hazırlıq…

NATO-Gürcüstan hərbi əməkdaşlığını əhatə edən “Substantiv NATO-Gürcüstan paketi” çərçivəsində Tiflisdə növbəti tədbir keçirilib. Turkustan.info xəbər verir ki, bu paket çərçivəsində fevralın 26-27-də Gürcüstanın Müdafiə Qüvvələrinin Logistika Departamentinin hərbi qulluqçuları üçün “Logistika-informatik sistemlərinin məruzəsi” adlı kurs təşkil olunub. Kursda Macarıstandan gəlmiş mütəxəssislər gürcü həmkarları ilə öz təcrübələrini bölüşüblər. Macar təlimçilər logistika-informasiya sistemlərinin […]

İğdır “Xəzər” Kollecində Xocalı Soyqırımı anılıb

Xocalı Soyqırımının 27-ci ildönümü münasibətilə İqdırda yerləşən “Xəzər” Kollecində anım tədbiri keçirilib. Konfransda çıxış edən Kollecin kampüs müdiri Abdullah Kukilli bildirib ki, Xocalı bizim qanayan ürəyimizdir: “Bu vəhşiliyi, soyqırımı heç bir zaman unuda bilmərik. Dünya tarixinin ən böyük insanlıq utancının müəllifi ermənilərdir.  Xocalı da həyata keçirdikləri soyqırım buna bariz sübutdur”. […]

Mehman Hüseynovun həbs müddəti başa çatır – Bu tarixdə azadlığa buraxıla bilər

Bloqer Mehman Hüseynovun həbs müddəti başa çatır. M.Hüseynov martın 2-də azadlığa buraxıla bilər. Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə […]

Əmək pensiyalarının minimum məbləği artdı – SƏRƏNCAM

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.  Müvafiq sənədi AZƏRTAC dərc edib. “Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”, […]

Bakı aeroportuna ancaq bu taksilər BURAXILACAQ

Bundan sonra hava limanında ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsus Bakı Taksi MMC-nin “London taksiləri” xidmət göstərəcək. Turkustan.info xəbər verir ki, bu gündən etibarən “1848” çağrı mərkəzi sərnişinlərin ixtiyarına verilib. Bundan sonra “London taksiləri” sürücüləri xüsusi uniformada hava limanının qarşısında sərnişinləri gözləyəcəklər. /BakuPost/ 204 Baxılıb

Yara izi

Güven Kemerkaya Eğri büğrü mektup yazısı gibi öyle karmaşık bakma bana. Gülkurusu, can ağrısı gülüşünden yer bırak sevinçlerime. Konuşurken dudağında tebessümdür mürdüm gül. Sen okunan ve bitmeyen bir mektupsun aykırı anlamlar yüklediğim. Pencere önünde beklediğim ve güneş içirdiğim fesleğenimsin kokusuyla derinlere daldığım… Hep bekleyenim ben, gelmeyecek seni… Vakit daraldıkça kış […]

Bakıda toyda biabırçı ifa: “Durun,gedək…” – VİDEO

Bakıda şənlik keçirilən məclislərdən birində çox bayağı musiqi səsləndirilib. Bu hadisənin görüntüləri çəkilib və sosial şəbəkələrdə yayılıb. Həmin görüntülər böyük müzakirələrə səbəb olub. Videoda göründüyü kimi müğənni bayağı mahnı oxuyur. Mahnıda “Durun gedək bazlığa”, ifadəsi səslənir. Bu bayağı musiqi sədaları altında qadınlar şıdırığı rəqs edirlər. Həmin görüntüləri təqdim edirik. /oxu24.com/ […]

Ata 14 yaşlı qızına təcavüz etdi, sonra… – Azərbaycanda AĞLASIĞMAZ RÜSVAYÇILIQ

Bakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən paytaxt sakini, 1970-ci il təvəllüdlü Fərman Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, paytaxtda öz qızına təcavüz edən Fərman Bağırov ailəlidir. Onun 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan övladı var. 2-ci qrup əlil olan Fərman Bağırov […]

Ermənilər Fransada Xocalı tədbirində BELƏ BASQIN ETDİ – VİDEO

Xocalı müsibətlərinin dünyaya tanıdılmasında xaricdə yaşayan soydaşlarımızın habelə səfirlik və rəsmi qurumlarımızın rolu böyükdür. Yüz minlərlə erməni yaşayan Fransada bu nə qədər çətin olsa da, vətənpərvər azərbaycanlılar sayəsində fəryadımız dünyaya ucaldılır. Artıq bir neçə ildir ki, Fransanın paytaxtında və bir sıra digər şəhərlərində 26 fevral Xocalı soyqırımının anım tədbirləri təşkil […]

Erməni ekspert: “Ermənistan Azərbaycanın yeni hücumuna hazırlaşmalıdır”

“ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana Qarabağ münaqişəsinin nizamlanması yönündə təzyiqlər göstərirlər”. Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözlər “Azərbaycan erməniləri assambleyası” deyilən təşkilatn rəhbəri Qriqori Ayvazyan tərəfindən jurnalistlərlə görüşdə səslənib. Onun bildirdiyinə görə, Ermənistanın daxili problemlərinə başının qarışdığı bir vaxtda ATƏT-in Minsk qrupunun həmsədrlərində reallaşmayan gözləntilər peyda olub. […]

356 milyon dollardan çox pul ölkədən necə çıxarıldı? – Yeni faktlar

Külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Vidadi Əliyev ifadə verib. Məhkəmədə […]

İspaniyada erməni təxribatı ifşa olundu

Fərid Mustafayev: “Erməni lobbisi imza toplayaraq qondarma Qarabağ Respublikasının tanınmasına çalışır” “İspanyada yaşayan Diaspor fəallarının nəzərinə! Bizim fəallardan olan Vahid İmanovun Azərbaycan mətbuatında da çıxan məqaləsindən sonra, mən şəxsən bu məsələni araşdırdım. Hal-hazırda erməni lobbisi İspanyada və ən əsas da muxtar regionlarda güclü anti Azərbaycan kampaniyasına başlayıb. Kampaniya ondan ibarətdir […]

“Standard Insurance”nin “standartı” – pulu müştəriyə “kreditlə” ödəyirlər?

Jurnalist insanlara seçim edərkən diqqətli olmağı tövsiyyə edib Avtosfer.az saytının redaktoru, jurnalist Orxan Əlinin “Standard Insurance” sığorta şirkəti ilə olan problemi hələ də həllini tapmayıb. Bu barədə açıqlama verən Orxan Əli deyir ki, ötən həftənin cümə günü məsələ mətbuatda işıqlandırılandan sonra şirkətdən ona zəng edilib. Bildirib ki, 2305 manat məbləğdən 305 […]

Heç bir ödəniş etmədən İstanbulda oxçuluq sənətini öyrənmək istəyirsiniz? – Əla təklif

Sizləri Türk oxçuluq sənətini öyrənməyə və öyrətməyə dəvət edirik Tarix boyunca boy göstərən tayfaların rəğbət etdiyi, ovçuluqla yanaşı hərbi idman növü kimi xüsusi diqqət yetirdiyi oxçuluq, tarix boyunca türklərin ayrılmaz bir parçası və ən müstəsna özəlliklərindən biri olmuşdur. Türk mədəniyyət tarixinin əsas özəlliklərindən biri hesab olunan ənənəvi oxçuluğu tanıtmaq və […]

Vəzirov ortaya çıxdı və DANIŞDI: “Azərbaycana bir neçə dəfə gəlib-getmişəm…”

Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov  Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına geniş müsahibə verib. “Soyadımızı Mirzə Fətəli Axundov bizə verib” Turkustan.info Strateq.az-a istinadən bildirir ki, Ə. Vəzirov müsahibədə uşaqlığından, valideynlərindən söhbət açıb:  “Mən Bakıda anadan olmuşam. Valideynlərim isə Qarabağda […]

Emin Həsənli: “Bu siyasətin davamlı olacağına inanırıq”

“Dövlət başçısı tərəfindən veteranlara prezident təqaüdünün verilməsi gözəl bir addım oldu”. Turkustan.info bildirir ki, bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. Emil Həsənli qeyd edib ki, Prezidentin sərəncamı ilə artıq veteranlar da […]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində yubiley tədbirləri keçirilib

Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klubda görkəmli yazıçı, böyük dramaturq C.Cabbarlının 120 illiyi ilə əlaqədar “Cəfər Cabbarlı və maarifçilik” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da kitabxanaçı Dilarə Ağakişiyeva ədibin həyatı və yaradıcılığı haqqında məlumat verib, oxucular Araz Muradov və  Gülafət İsmayılova C.Cabbarlının maarifçilik demokratik fikirləri, həyatla dərindən bağlı olan […]

Avtomobil bazarında “alver ölüb” – CƏDVƏL

“Gürcüstandan 12 avtomobil gətirmişəm, hamısı əlimdə qalıb, sata bilmirəm”, – deyən Azərbaycanda maşın alveri ilə məşğul İlqar Məmmədov bazarda durğunluq yarandığından şikayətlənir. Onun sözlərinə görə, artıq bir neçə ildir ki, ard-arda avtomobillərin aksiz vergisi bahalaşır və nəticədə, ölkəyə avtomobil idxalı azalır. Turkustan.info xəbər verir ki, avtomobil bazarında yaranan durğunluğu elə Dövlət […]

Bank rəhbərləri təcili yığıncağa çağırıldı – Kreditlərlə bağlı qərar verilə bilər

Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb. Yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi olacağı ehtimal […]

Ramil Usubov Avropa çempionunu vəzifəsindən azad etdi

Baş Narkotiklərlə Mübarizə İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb. Turkustan.info ONA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Qalib Hümbətov tutduğu vəzifədən azad edilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlara yol verən bir neçə […]

İrəvan Bakını suçladı, Kremlə müttəfiq deməyi isə “unutdu”

İrəvan və Moskva münasibətlərini pozmaq qeyri-mümkündür. Turkustan.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının plenar iclasında çıxışı zamanı Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, iki ölkənin dövlət başçıları arasında dialoq intensiv şəkildə aparılır. Mirzoyan iki ölkənin media məkanlarında şübhəli manipulyasiyalardan istifadə edilərək guya üçüncü ölkələrin Ermənistandakı hadisələri təhrif […]

Qubada əxlaqsız YUVA – 7 nəfər saxlandı – FOTO

Qubada əxlaqsız yuva aşkarlandı. Turkustan.info bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” adlı kafedə əxlaqsız yuva təşkil etdikləri barədə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və […]

Azərbaycanın sərnişin təyyarəsinin zolaqdan çıxma anı – Video

Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğrama anının əks olunduğu görüntülər yayımlanıb. Bununla bağlı “Ren” TV məlumat yayıb. Görüntülərdə təyyarənin sürüşərək, eniş zolağından çıxması görünür. Hadisə zamanı təyyarədə olan şəxslər xəsarət almayıb. “Gulfstream G200” təyyarəsi Bakıdan Moskvaya uçub. Hadisədən sonra aeroport fəaliyyətini dayandırıb. Faktla bağlı hava nəqliyyatında hərəkət qaydalarının pozulması maddəsi ilə […]

3 ayın gəlininin müəmmalı ölümü: “Dedi ki, papa, məni evə apar”- FOTOLAR 18+

Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir. Turkustan.info xəbər verir ki, qafqazinfo-ya müraciət edən A.Şahverdiyevanın atası Valeh Şahverdiyev bildirib ki, fevralın 8-də qızının əri Ruvi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib: “Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı […]

İcra Hakimiyyəti Milli Şuranın 2 mart mitinqi ilə bağlı qərar verdi

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 2-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək müraciətinə cavab verib. Turkustan.info xəbər verir ki, Milli Şuranın nümayəndələri Vidadi Məhərrəmov və İlham Hüseyn BŞİH-ə dəvət edilib və onlara imtina məktubu təqdim edilib. Mitinqə “yox” cavabı verilməsinin səbəbi yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən […]

Türkiyənin keçmiş baş naziri yeni partiya qurur – Ərdoğandan SƏRT SÖZLƏR

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya qurur.  Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş baş nazir bununla bağlı martın sonunda bəyanat yayacaq. Partiya isə rəsmən senytyabr ayında elan ediləcək. Bildirilir ki, yeni qurulacaq partiyada Türkiyənin keçmiş prezidenti Abdullah Gülün də olacağı deyilsə də, bu məlumatlar təsdiqini tapmayıb. […]

Azərbaycanda terror törətmək istəyən erməniyə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror aktı törətməyə cəhd göstərməkdə təqsirləndirilən erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə keçirilən proses başa çatıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Kazaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il […]

Əhaliyə kredit güzəştinin detalları bilindi – 3 min dollardan yuxarı…

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib. Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, […]

Sinoptiklər yağışlı və qarlı hava vəd edirlər

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı  gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz […]

Seymur Verdizadə: Söyüş söyənlər və özlərini söydürənlər…

Seymur Verdizadə  Allah nəsib etsə, bu gün-sabah dördləri qoşalayacağam. Yekəxanalıq çıxmasın, bu 44 ildə hər millətdən adamla oturub-durmuşam, ağdərili Ceklə eyni fincanda çay içmişəm, qaradərili Tomla bir qabdan yemək yemişəm. Anasını satan, xalası ilə yatan adam da görmüşəm. Amma hətta onların da dilindən bu gün sosial şəbəkələrdə oxuduğum, eşitdiyim söyüşləri […]

Bakıda qadın özünü maşının altına atdı – VİDEO

Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir. Elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları “vuran” sürücülərdən pul tələb edirlər. Belə hadisələrdən biri də […]

“Lotu Quli” rus polisini ayağa qaldırdı – Xüsusi rejimə keçdilər

Azərbaycanlı qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları Rusiyada arzuolunmaz şəxslərə çevrilir. Uralda azərbaycanlı avtoritetin dəstəsi “vəziyyət”i nəzarətə götürmək üzrədir. Həmçinin Uralda, konkret olaraq Sverdlovsk əyalətində “Lotu Quli”nin adamları xüsusi biznes məkanlarında və bazarların böyük qismində çirkli pulların toplanmasına nəzarət edirlər. Rusiya hüquq mühafizə orqanları güman edirlər ki, yaxın […]

Kanadada yaşayan azərbaycanlı kollec müəllimi

Ontario vilayətinin Toronto şəhəri Kanadanın ən məşhur şəhərlərindən biridir. Burada on minə yaxın soydaşımız yaşayır. Onların arasında müxtəlif sahələrdə uğurlara imza atan azərbaycanlılar da az deyil. Bu gün sizə onlardan biri- Yeganə xanım Cəfərovadan söhbət açmaq istəyirəm. O, İmişli rayonunun Cəfərli kəndində dünyaya gəlib. 1983-cü ildə orta təhsilini başa vuraraq, […]

ADAU-da təlimçilər üçün təlimlərə başlanılıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Təlim və informasiya-məsləhət xidmətlərinin təşkili üzrə Fəaliyyət Planı”nın icrasına əsasən Nazirliyin Təhsil və təlim şöbəsi tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarının bilik və bacarıqlarını artıran, fermerləri elmin son nailiyyətləri ilə tanış edən və müvafiq tövsiyələr hazırlaya bilən, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərən tabeli […]

Nazir rəisi təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi işdən çıxarılıb. Turkustan.info-nun məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb. Əmrə əsasən, idarənin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib. İdarədən məlumatı Oxu.Az-a təsdiqləyiblər. 418 Baxılıb

“Viki”çilər Xocalı soyqırımı ilə bağlı Ukrayna, ispan, ərəb, fars, yunan, italyan dillərində məqalələr yaratdılar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində Xocalı faciəsi ilə bağlı “Vikipediya”da müxtəlif dillərdə məqalələr yaradılıb. MEK-dən bildirilib ki, “Vikipediya”da Xocalı soyqırımı ilə bağlı ispan və Ukrayna dillərində 8, yunan, italyan və ərəbcə 12, fars dilində isə 3 […]

Tarixə görüşə bir neçə saat qaldı

Tramp Vyetnamda Kim Çen Inla bir araya gələcək Bu gün Vyetnamda ABŞ və Şimali Koreya arasında tarixi görüş baş tutacaq. Turkustan.info-nun məlumatına görə, bir neçə saatdan sonra Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasındakı görüş paytaxt Hanoy şəhərində “Metropole” otelində keçiriləcək. İki lider arasındakı söhbət yerli vaxtla […]

Azərbaycanda ana və körpəsi ölüb

Ucar sakini qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.  Turkustan.info ONA-ya istinadən xəbər verir ki, Ucar rayon Lək kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Tərlan qızı Abbasova bir neçə gün əvvəl doğuşla əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qadının vəziyyəti ağır olduğundan o təcilli Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. A.Abbasovanın üzərində qeysəriyyə əməliyyatı […]

İnsan niyə aşiq olur – Sevmək hissimizin mistik tarixi…

Müasir insan ən yaxşı halda yeniyetməlik dönəmlərində eşqlə başını qatıb daha sonra öz dünyasında təklik inzivasına çəkilir Minillərdir insan eşqin hüzurunda acizdir. Sevgi haqqında əfsanələr, nağıllar dildən-dilə gəzdi. Şeirlər, hekayələr, romanlar yazıldı. Filmlər, seriallar çəkildi. Kimisi üçün dərd, bəla, kimisi üçün sevinc, xoşbəxtlik oldu eşq. Bəziləri bunu psixoloji xəstəlik, bəziləri […]

YENİ SİLAH: Terrorun, aksiyaların, iğtişaşın qənimi: DƏHŞƏTLİ AĞRI VERİR

Çin dəhşətli ağır verən, ancaq öldürücü olmayan yeni islah hazırlayıb. Turkustan.info xəbər verir ki, Çində hazırlanan yeni silah barədə “Global Times” yazıb. Məlumata görə, mikrodalğalı radar olan Microwave Active Denial System Pekinin Radioölçüləri İnstitutunda yaradılıb. Onun yaradılmasında Aerokosmik Elmlər və Sənaye Korporasiyası da iştirak edib. Yeni silah insanın dərisinə dəyərkən milliterlik […]

ABŞ-ın Qarabağ fəallığının hədəfi: İrəvana təzyiq, yoxsa?..

Vaşinqton danışıqların maksimum intensivləşməsini və prosesdə maksimal dinamizm yaratmaq və tərəfləri fakt qarşısında qoymaqla bu prosesdən özünün qalib çıxmasını şərtləndirən nəticə əldə etmək istəyir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri səfir Riçard Hoqlandın müsahibəsinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, […]

İrəvanı İran üçün vacib edən məqamlar – Şərh

İran və Ermənistan arasındakı münasibətlərdə iqtisadi artım, əslində, son zamanlar rəsmi Tehrana qoyulmuş iqtisadi qadağalarla bağlıdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a İran və Ermənistan arasında ticarət dövriyyəsinin ABŞ sanksiyalarından dərhal sonra kəskin artmasını şərh edən politoloq Zaur Məmmədov deyib. O bildirib ki, İran Ermənistan vasitəsilə çirkli pulların yuyulması prosesini […]

Moskvada Xocalı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər SAXLANILDI

Moskvada Xocalı soyqırımı ilə bağlı aksiya keçirən azərbaycanlı gənclər saxlanılıb. Turkustan.info ONA.az-a istinadən xəbər verir ki, fevralın 26-da bir qrup azərbaycanlı gənc Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə flaşmob etməyə cəhd edib. Lakin Moskva polisi buna imkan verməyib. Belə ki, Moskva ali məktəblərində təhsil alan bir qrup azərbaycanlı gənc paytaxtın […]

Yeni idxal gömrük rüsumları martdan qüvvəyə minir – QƏRAR

Sürücü də daxil olmaqla, tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları 2019-cu il martın 8-də qüvvəyə minəcək. Turkustan.info xəbər verir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə” […]

“WhatsApp” yeni qadağa tətbiq etdi

“WhatsApp”ın yaradıcıları messencerdə yalan informasiyaların yayılmasının qarşısını almaq üçün daha bir qadağa tətbiq edib. Bundan sonra istifadəçiləri öz razılıqları olmadan hansısa qruplara əlavə etmək mümkün olmayacaq. Yeni əlavə parametrlərdə görsənəcək. Parametrlərə daxil olarkən, “istifadəçini kim qruplara əlavə edə bilər” bölümündə  “telefon nömrələri siyahısındakı şəxslər və ya heç kim” deyə seçim imkanı yaranacaq. İstifadəçini […]

Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilər basqın ediblər – FOTO

Paris şəhərində ermənilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər. Report xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Parisin “San-Eustache” kilsəsində Xocalı soyqırımı ilə bağlı keçirməyi planlaşdırdığı tədbirin başlamasına 10 dəqiqə qalmış bir qrup erməni kilsəyə basqın edib. Təxribatçılar qışqıraraq, kilsədəki […]