Be. İyn 17th, 2019

Ermənilər Fransada Xocalı tədbirində BELƏ BASQIN ETDİ – VİDEO

Xocalı müsibətlərinin dünyaya tanıdılmasında xaricdə yaşayan soydaşlarımızın habelə səfirlik və rəsmi qurumlarımızın rolu böyükdür. Yüz minlərlə erməni yaşayan Fransada bu nə qədər çətin olsa da, vətənpərvər azərbaycanlılar sayəsində fəryadımız dünyaya ucaldılır. Artıq bir neçə ildir ki, Fransanın paytaxtında və bir sıra digər şəhərlərində 26 fevral Xocalı soyqırımının anım tədbirləri təşkil olunur. Növbəti tədbirlərdən biri də Fransadakı səfirliyimiz və YUNESKO yanında daimi nümayəndəliyimizin Parisin mərkəzində yerləşən ən böyük kilsəsi Sen-Östaş-da birgə təşkil etdiyi konsert proqramı idi. Amma yenə də erməni barbarlığı, erməni vəhşiliyi öz sözünü dedi.

Turkustan.info bildirir ki, konsertin əsas təşkilatçısı Aytən Muradova publika.az-a açıqlamasında bildirib ki, adətən belə tədbirlərdə fransız orkestrləri də iştirak edib. Bu dəfə isə vətənimizin iki istedadlı oğlu Fransada yaşayıb fəaliyyət göstərən pianoçu-cazmen Etibar Əsədi və kamançamızı dünyaya tanıdan İmamyar Həsənovun çıxışı ilə baş tutub. Kamança YUNESKO-da Azərbaycanın qeyri-maddi irsi siyahısına daxil edildiyi üçün bu alətin iştirakı vacib idi.

Aytən xanım qeyd edir ki, videodan da göründüyü kimi konsertin başlamasına bir neçə dəqiqə qalmış Fransada fəaliyyət göstərən “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları kilsəyə soxularaq anım mərasiminə dəvət edilən 300-dən çox fransız dövlət və mədəniyyət xadimlərinə də şiddət göstərib, təhqir ediblər.

27 il öncə törətdikləri yer üzünə sığmayan vəhşiliklərini bununla bir daha dünyaya hayqırıb erməni dığaları. Hadisənin Avropanın göbəyi ermənipərəst Fransada baş verməsi isə bir daha düşmən xalqın çirkin simasını, kirli əməllərinə görə peşman olmadıqlarını sübut edib. Tolerantlıqdan, dinə, dinc əhaliyə sayğıdan xəbərsiz dığalar elə öz məbədlərində, yəni xristian kilsəsində törətdikləri barbarlıq bir daha göstərdi ki, müqəddəs pak hisslər bu millətə çox yaddır.

Aytən xanım qeyd etdi ki, polis müdaxilə etsə də, gözü dönmüş erməni fəallarını kilsədən çıxartmaqda çətinlik çəkib. Fransa və türk mediası da baş verən vəhşiliyə biganə qalmayıb. İnformasiya vasitələri bu haqda məlumat yayıb.

İstənilən halda dəyərli musiçilərimizin iştirakı ilə baş tutan konsert proqramı uğurla başa çatıb. Bir qrup erməni kamança avazına, Azərbaycan harayına mane ola bilməyib.

Ümid edək, göylə yer arasında narahat dolaşan, gördükləri məşəqqətdən hələ də ruhları qanayan 613 cansız canımızın, ölüsündən-dirisindən xəbər almadığımız məsumların ahı bir gün dünyanın da yatmış vicdanını sızladacaq. Erməni murdarlığının bağıran səsi nəinki Parisin bir kilsəsinə toplaşanların, bütün dünya sakinlərinin ədaləti sayəsində bir dəfəlik susacaq.

Paylaşılıb
CrestaProject