“Lotu Quli” rus polisini ayağa qaldırdı – Xüsusi rejimə keçdilər

Azərbaycanlı qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları Rusiyada arzuolunmaz şəxslərə çevrilir.
Uralda azərbaycanlı avtoritetin dəstəsi “vəziyyət”i nəzarətə götürmək üzrədir.
Həmçinin Uralda, konkret olaraq Sverdlovsk əyalətində “Lotu Quli”nin adamları xüsusi biznes məkanlarında və bazarların böyük qismində çirkli pulların toplanmasına nəzarət edirlər.
Rusiya hüquq mühafizə orqanları güman edirlər ki, yaxın gələcəkdə Uralda kriminal qruplaşmalar arasında yeni müharibə olacaq. Bu səbəbdən hazırda Sverdlovskda polis xüsusi rejimdə çalışacaq. Həmin əyalətə yeni polis rəisi təyin edilir. 
Regionun hüquq- mühafizə orqanları açıq bildiriblər ki, onlar üçün ən böyük təhlükə Azərbaycandan olan kriminal qüvvələrdir.
Qeyd edək ki, Rusiyada “Lotu Quli” ilə bağlı axtarış elan edilib.    (Lent.az)
754 Baxılıb