Gün: Fevral 28, 2019

Bakıdan Kəlbəcər girovuna məktub aparılıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevral ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə […]

Nazir: Ödənilən pullar geri qaytarılacaq, problemli kreditlərə görə 5 il vaxt veriləcək – VİDEO

Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına […]

Xameneyi Paşinyana: “İrəvanla əlaqələrin daha da möhkəmlənməsini istəyirik”

Tehranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İranın ali rəhbəri Əli Xameneyi ilə görüşüb. Turkustan.info-nun Teleqraf.com-a istinadən məlumatına görə, görüş zamanı Ə.Xamneyi iki ölkəni “dost və tarixi əlaqələri olan ölkələr” adlandırıb. O, həmçinin rəsmi Tehranla İrəvan arasındakı mövcud dostluq, siyasi və iqtisadi əlaqələrin hər keçən gün daha […]

100 professor və dosent Xocalı ilə bağlı bəyanata imza atdı – SİYAHI

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) ictimai birliyinin təşəbbüsü ilə Türkiyə akademik ictimaiyyətində Xocalı Faciəsinə münasibəttə ictimai rəyin artırılması üçün başladılan Xocalı Faciəsini Qınama Bəyanatı təşəbbüsün irəli sürüldüyü gündən keçən 2 həftə ərzində toplamda 100 elm adamı tərəfindən imzalanıb. AGAH-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə kampaniyanın aparılması məqsədi ilə birliyin tərkibində xüsusi […]

Qənirə Paşayeva Quzey Kıbrıs parlament sədrinin müavini ilə görüşdə Xocalı Soyqırımından danışıb

Millət vəkili Q.Paşayeva ŞKTC parlament sədrinin müavini ilə görüşdə Xocalı Soyqırımından danışıb Millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Məclis başqanının müavini Zorlu Töre və fəal vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri ilə görüşüb və dost, qardaş azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan […]

Sumqayıtda “Ritm bir dünyadır”

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Ritm bir dünyadır” adlı ritm müsabiqəsinin II turu keçirilib. Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş müsabiqədə Q.Qarayev və F.Əmirov adına Uşaq Musiqi Məktəbləri, Bülbül və S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbləri, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, “28 May” Diyarşünaslıq […]

ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat konqresmen Stiv Koen Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib. Turkustan.info xəbər verir ki, o, bəyanatında Dağlıq Qarabağ münaqişəsi […]

Türk Dünyası üçün önəmli qərar: ORTAQ TARİX, ORTAQ COĞRAFİYA, ORTAQ ƏDƏBİYYAT

Türk dövlətlərinin ortaq tarix, coğrafiya və ədbiyyat dərsliyi hazırlanır. Turkustan.info xəbər veirr ki, bunu “Ölkə.Az”a açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq Baş katibi Ramil Həsənov deyib.  Onun sözlərinə görə, orta məktəblər üçün ortaq Türk tarixi kitabı hazırlanıb və onun üzv ölkələrin orta məktbələrində tədris olunacaq.  “Artıq pilot layihə kimi Qazaxstan […]

Bu gün yaşamaq neçəyədir? – Hamımızın yol verdiyi 4 maliyyə səhvi

Uğurlu milyonçu və “Shark Tank” teleşousunun qəhrəmanı Kevin O`Liri pullarla bağlı geniş yayılmış səhvlər haqqında danışıb və gələcəkdə onlardan uzaq durmağın yollarını açıqlayıb. Bu gün həyat (yaşamaq) neçəyədir? Əgər sizin bu suala cavabınız yoxdursa, demək siz maliyyə fəlakətinin astanasındasınız. Kevin O`Liri hesab edir ki, fəlakət bu an baş verməsə də, […]

Azərbaycan bizim qəlbimizdədir – İranlı deputat

Ermənistanın baş nazirinin İrana səfəri rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə bilməz. Turkustan.info bildirir ki, bu sözləri Azərtac-a müsahibəsində İran İslam Şurası Məclisinin (parlamentin) deputatı, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Salman Xodadadi deyib. O bildirib ki, İran ilə Azərbaycan prezidentlərinin görüşlərinin və dövlətlər arasında imzalanan […]

“Lotu Quli”nin yaxın silahdaşı olan idmançı məhv edildi – DİN-dən ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib. Turkustan.info-nun ONA-ya istinadən məlumatına görə, əvvəllər Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Müseyib Cəfərovun gizləndiyi yer müəyyən edilib. Onun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı […]

10 min dollardan artıq götürülən kreditlərə də baxılacaq

“Devalvasiya dövründə fiziki şəxs əlavə nə qədər vəsait ödəyibsə, həmin vəsait əhaliyə qaytarılacaq. Bunlar restrukturuzasiya dövründə məlum olacaq”. Bunu deputat Vahid Əhmədov Real TV-nin canlı yayımında çıxış edərkən deyib. O, qeyd edib ki, bir neçə müddətdir bu problem müzakirə olunurdu: “Bizim də dövlət başçısından xahişimiz faizlərin silinməsi ilə bağlıdır. Bank sistemi […]

Qəzaya uğramış yadplanetli gəmisi aşkar edildi – VİDEO

Rusiyalı tədqiqatçı Valentin Deqterev Antarktidadakı fotoları incələyərkən yeni bir kəşfə imza atıb. Turkustan.info xəbər verir ki, tədqiqatçı Antarktidada bir müddət əvvəl də qədim piramidalar, sirli bunkerlər də tapmışdı. Bu dəfə isə o, buzun altında gizlədilmiş yadplanetli gəmisi kəşf edib. Tədqiqatçı “Google Earth” fotolarında sirli obyekt kəşf edib və bu obyekt “uçan […]

Mart ayında hava necə olacaq? – Aylıq proqnoz

Mart ayı qışla yaz arasında keçid dövrü olduğundan hava şəraitində tez-tez dəyişmə müşahidə olunur. Mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox […]

Erməni jurnalist yenə Mariya Zaxarovanı qəzəbləndirib

“Sizə xatırlatmaq istəyirəm ki, demokratik cəmiyyətlərə qanuniverici orqanlara xalq fərqli siyasi baxşılara malik insanları seçir. Bəyəm, bu, sizə məlum deyil? Bizdə həm də hakimiyyət bölügüsü var. Qanunverici və icra hakimiyyəti mövcuddur. Mən, rəsmi mövqeyimizi bildirdim. Ayrı-ayrı siyasətçilərin öz fikir və mövqeləri var. Bu normaldır. Mənə çox qəribə gəlir ki, siz […]

Problemli kreditlərlə bağlı Fərman 800 mindən çox insanı əhatə edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə Fərman imzalayıb. Fərmana əsasən kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə […]

Sumqayıtda nə baş vermişdi?

Əvvəlcə hadisələrin xronikasını sadalayaq: 1945-ci ilin payızı – Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı ilk müraciəti. Ermənistan Kommunist Partiyasının rəhbəri Q.Arutyunov 1945-ci ilin noyabrında Stalinə məktubla müraciət edərək DQMV-nin Qarabağ vilayəti kimi Ermənistanın tərkibinə daxil edilməsi məsələsini qaldırdı. Stalinin tapşırığı ilə ÜİK(b)P MK katibi Malenkov Azərbaycan Kommunist Partiyasının rəhbəri M.C.Bağırova […]

Qənirə Paşayeva Türkiyənin tanınmış televiziya kanallarının canlı yayımında Xocalı həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra televiziya kanalları CNN Türk, NTV, Kanal 24, TVNET və bir sıra digər kanalların canlı yayımında qonağı olub və onlara Xocalı Soyqırımı ilə bağlı geniş müsahibə verib. Türkiyənin KİV-ləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə daha fəal olmalıdırlar deyən […]

Bayramla bağlı yarmarkaların sayı artırılıb, vaxt uzadılıb – Açıqlama

Bakıda Novruz bayramı ərəfəsində keçiriləcək “Kənddən şəhərə” kənd təsərrüfatı yarmarkasının vaxtı dəyişdirilib. Turkustan.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətindən bizimyol.info-ya bildirilib. Verilən verilən məlumata görə, martın 15-dən etibarən başlanılacağı planlaşdırılan yarmarka martın 2-dən başlayacaq: “Fermerlərin müraciətləri artdığı üçün yarmarkanın sayı artdı və vaxtı isə […]

İtkin düşən keçmiş ANS-çinin asılmış meyiti tapıldı

Bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb. Turkustan.info-nun məlumatına görə, meyitin fevral ayının 22-dən itkin düşən 1990-cı il təvəllüdlü Pərviz Quliyevə məxsus olduğu deyilir. SumqayIt şəhərində, dəniz kənarında asılmış aşkarlanan meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır. P. Quliyev sonuncu dəfə metronun “Azadlıq […]

“Aprel döyüşləri təkrarlana bilər” – Paşinyan müharibəyə təhrik edir – ŞƏRH

“Ermənistan Baş naziri Nikol Paşinyan işğal edilmiş Dağlıq Qarabağdakı qondarma rejimin də daxil olduğu yeni formatın qurulmasına çalışır”. Turkustan.info bildirir ki, bunu Teleqraf.com-a politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Nikol Paşinyan Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakında maraqlı olduğunu bir neçə dəfə açıqlayıb: “20 il əvvəl bu məsələ gündəmdə […]

DİQQƏT: Banklar bu məbləği əhaliyə geri qaytaracaq – RƏSMİ

Fərman kifayət qədər pozitivdir. Çünki uzun müddətdir gözlənilən problemin həllinə hədəflənib. Turkustan.info bildirir ki. bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, son həftələrə qədər problemli kreditlərlə bağlı bu fərmanının imzalanması gözlənilmirdi: “Ona görə də belə bir fərmanın təsdiqlənməsi bank sektoru və fiziki şəxslərin maliyyə yükünün […]

İran səfirliyi: Tehranda “Qarabağ Ermənistandır” plakatı… – Video

İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün baş tutduğu məkan erməni klubudur. Bu səbəbdən həmin klubda qadınlar başıaçıq otura bilərlər. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Əli Musəvi İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni […]

Azay Quliyev Prezidentin fərmanını dəyərləndirdi: “Tarixi və humanist qərardır”

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezident İlham Əliyevə təşəkkür edib. Turkustan.info xəbər verir ki, deputat bu barədə tvitter hesabında yazıb: “Problemli #kreditlərlə bağlı dövlət başçısı qərar verdi. #Vətəndaşların banklara 10 min ABŞ dollarınadək olan kredit borclarının devalvasiya ilə əlaqədar manatla artmış hissəsini müvafiq qaydada dövlət […]

Paşinyanı sevən azərbaycanlılar – Onlar kimdir?

İran, nəhayət ki, Qarabağla bağlı mövqeyini “daha səmimi” şəkildə ortaya qoydu. Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” yazılı plakat açılmasını deyirəm. Yəqin ki, bundan sonra ölkəmizdəki İran sevdalıları da öz mövqeyini ortaya qoyacaq. Dinin təsirinə düşüb İranı “müqəddəs məbəd” hesab edən azərbaycanlıların çox faciəli […]

“Qarabağ danışıqlarının formatı dəyişdirilə bilməz” – PA rəsmisindən Paşinyana CAVAB

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz”. Turkustan.info xəbər veirr ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar prosesinin formatı ilə bağlı açıqlamasını şərh edərək bildirib.  Onun sözlərinə görə, […]

ADAU-da təlimçilər üçün təlimlər davam edir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə  Azərbaycan Dövlət Aqrar Univeristetində (ADAU) müəyyən edilmiş qruplar üzrə təlimçilər üçün təlimlər (ToT) davam edir. Növbəti təlim Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu,  Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun,  Gəncə və  Kürdəmir  Regional Aqrar […]

ƏHALİNİN NƏZƏRİNƏ: Kredit borclarınızı belə ödəyəcəksiniz – SİLİNƏN BORC VƏ DETALLAR

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün əhalinin problemli kreditlərinin həll edilməsi ilə bağlı fərman verib. Hüquqi dildə yazılan fərmanda əhali üçün qaranlıq qalan bəzi məqamlar var.  Turkustan.info bildirir ki, BakuPost ReAl Partiyasının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərliyə prezidentin fərmanını şərh etdirib. N.Cəfərli bildirib ki, prezidentin imzaladığı fərman […]

Səhiyyə nazirindən qızılca xəstəliyi ilə bağlı – ƏMR

Səhiyyə naziri Oqtay Şirəliyev ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.  Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı […]

Dövlət Komitəsinin əməkdaşları uşaq sığınacağını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən, zorakılığa məruz qalan müxtəlif yaşlı uşaqlardan ibarət, Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzini ziyarət edib.  Komitənin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Mərkəzdə olan ziyarətçilər burada yerləşdirilmiş uşaqların vəziyyəti və problemləri ilə yaxından tanış olublar. […]

Prezident problemli kreditlərlə bağlı FƏRMAN verdi – DETALLAR

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Turkustan.info xəbər verir ki, Fərmanda deyilir: Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional […]

Dünyanın intizarla gözlədiyi anlaşma əldə olunmadı – Nüvə təhdidi davam edir

Tramp: “Şimali Koreya bütün sanksiyaların ləğv olunmasını istəyir, lakin Birləşmiş Ştatlar buna gedə bilməz” Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında razılıq əldə olunmayıb. Nəticədə liderlər sammitin keçirildiyi yeri – Vyetamın paytaxtı Hanoyda yerləşən ən qədim hoteli – “Sofitel Legend Metropole”-u vaxtından əvvəl tərk […]

Layihə davam etdirilir

Sağlam Gəncliyə Doğru Ictimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdən düzgün istifadə və gənclərin internet mediyaya marağınnın artırılması” adlı layihə həyata keçirib.  Turkustan.info xəbər verir ki, layihə çərçivəsində Bakı, Quba, Qusar şəhərlərində sosial şəbəkələr və internet mediya mövzularında təlimlər keçirilmişdir.Təlimlərə 160 dan artıq gənc cəlb olunmuşdur.Layihənin məqsədi […]

Borcları silinəcək müəssisələrin sayı məlum oldu

Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinəcək. Turkustan.info-nun Modern.az-a istinadən əldə etdiyi məlumata görə, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən  […]

Pakistan Hindistanı bombaladı

Hindistan hərbçiləri hücumu dəf edə biliblər. Pakistan və Hindistan arasında gərginlik davam edir. Turkustan.info-nun xarici mətbuata istinadla verdiyi məlumata görə, Pakistan Hindistanaın şimalında yerləşən yaşayış məntəqələrini atəşə tutub. Hadisə Hindistanın Cammu və Kəşmir ştatında – Punç dairəsində baş verib. Hindistan hərbçiləri Punç dairəsində Pakistanın hücumunu dəf edə biliblər. Xatırladaq ki, […]

Faytonçu Nazim qəza törətdi: hadisə yerindən qaçdı – VİDEO

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib. Turkustan.info xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.   Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, […]

Güzəştlər təkcə dollar kreditlərinə şamil edilməyəcək – Manatla borcu olanlara şad xəbər

Ədalət Qəmbərov ile ilgili görsel sonucu“3 min dollarla 50 min dollar kredit olanlara eyni güzəşt tətbiq olunmayacaq” Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib. Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah […]

Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı – ŞOK ARAŞDIRMA

Antibiotiklərin bağırsaq bakteriyalarına mənfi təsir etməsi barədə fikirlər təsdiqini tapdıqdan sonra həkimlər antibiotik kursunun sona kimi qəbul olunmamasını məsləhət görür. Antibiotiklərin zərəri barədə hər il yeni araşdırmalar aparılsa da, həkimlər yenə eyni həvəslə çox xəstəliklərdə antibiotik yazmaqda davam edir və yazdığı preparatın əks göstərişləri barədə nə özləri araşdırma aparır, nə […]

Aİİ-də “Uğura gedən qısa yol” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) jurnalist, yazıçı Varis Yolçuyevin təqdimatında“Uğura gedən qısa yol” mövzusunda seminar təşkil olunub. Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tədbir iştirakçılarını salamlayaraq, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində Azərbacan İlahiyyat İnstitutunun müxtəlif mövzularda ardıcıl təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlərin […]

Sonsuz amerikalı ailələrini sevindirən azərbaycanlı həkim

İslam peyğəmbəri həzrəti Məhəmmədin (s.a.a.s.) gözəl bir kəlamı var:- “Uşaq, cənnət nemətlərindən biridir. Uşaq qoxusu, cənnət qoxusudur…”  O, bu qoxunu həsrətində olan çox valideynlərə hiss etdirib, yüzlərlə ailənin övlad həsrətinə son qoyub. Neçə-neçə insan nəslinin yer üzündən silinməsinin qarşısını alıb, tükənib-bitməsinə imkan verməyib… Haqqında söhbət açdığım Samir Babayev 1984-cü ildə […]

Azərbaycanlılar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirdilər

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Turkustan.info AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada Vaşinqtonda və onun ətrafında yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilərin əllərində tutduqları plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı barədə faktlar əks olunub. Bannerlərdə dünya […]

Yəhudilərin 13 QIZIL QAYDASI – 400 illik MÜKƏMMƏLLİK

1620-ci ildə ravvin (iudaizmdə ustad, dahi) İçhak Ben Elyakın qızı üçün yazdığı “Xeyirxah qəlb” kitabında ideal qadın barədə 13 qızıl qayda yer alıb. Turkustan.info Publika.az-a istinadən oxucuları sözügedən kitabdan 400 illik tarixi olan 13 qızıl qayda ilə tanış edib. 1. Yatmış kişini oyatmayın. 2. Əriniz yeməyin hazır olmasını çox gözləməli deyil. […]

Paşinyan İlham Əliyevlə görüşəcəyini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün fevralın 27-də Tehranda erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib. Turkustan.info-nun virtualaz.org-a istinadən xəbərinə görə, Paşinyan əlavə edib ki, bu görüşdə “gündəm olmayacaq”. Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə mövqeyini növbəti dəfə təkrarlayıb. Amma bir qədər diplomatik üslubda. […]

Üzərində yadplanetli simvolları olan qəribə daş tapıldı – FOTO

Sosial şəbəkədə qəribə bir daşın fotoları yayılıb. Turkustan.info Milli.Az-a istinadən bildirir ki, fotoları paylaşan şəxs bu barədə məlumat da verib. O, bildirib ki, məzuniyyəti dövründə Yaponiyanın Okinava adasında olub və çimərlikdə belə bir daş tapıb. Daşın üzərində tünd qırmızı rəngli rəsmlər var və bu rəsmlər düz xətt, kvadrat və üçbucaqlardan […]

Jurnalistlər niyə tez ölür? – Açıqlama

Son vaxtlar jurnalistlər arasında insult, infarkt və bu kimi digər səbəblərdən ölüm hallarına tez-tez rast gəlinir. Bir neçə gün əvvəl tanınmış jurnalist, “Oxu məni” qəzetinin baş redaktoru Natiq Qocaman da insultdan vəfat edib. Mütəxəssislər hesab edirlər ki, Kütləvi İnformasiya Vasitələrində çalışan şəxslər arasında ürək xəstəlikləri onların iş fəaliyyəti ilə əlaqədar […]

Bakıda iki nəfər özünü bıçaqladı – VİDEO

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində özünəqəsd hadisəsi baş verib.  Turkustan.info xəbər verir ki, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Asəf oğlu özünə bıçaqla çoxsaylı xəsarət yetirib. Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona birinci və ikinci qabırğanın, qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda […]

Sumqayıt hadisələrindən 31 il ötür

Keçmiş SSRİ-nin ali hakimiyyət orqanları və erməni agenturasının Sumqayıt şəhərində törətdiyi qanlı hadisələrdən 31 il ötür. Turkustan.info-nun məlumatına görə, həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.  1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri […]

“Barselona” “Real”ı darmadağın etdi – VİDEO

İspaniya Kubokunun yarımfinalında “Barselona” səfərdə Madrid “Real”ını 3:0 hesabı ilə darmadağın edərək (iki oyununun nəticəsinə görə 4:1) turnirin finalına çıxıb. Turkustan.info-nun məlumatına görə, ilk hissə kral klubunun üstünlüyü ilə keçib.  Kərim Benzema və Vinisius Junior qol vəziyyətlərindən istifadə edə bilməyiblər. İkinci hissənin əvvəllərində “Barselona” hesabı açıb. Matçın 50-ci dəqiqəsində Usman […]

Cavid Qurbanov: Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin artırılması üçün böyük potensial var – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib. QSC-dən Turkustan.info-ya verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq […]