C. İyl 19th, 2019

“Lotu Quli”nin yaxın silahdaşı olan idmançı məhv edildi – DİN-dən ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib.
Turkustan.info-nun ONA-ya istinadən məlumatına görə, əvvəllər Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Müseyib Cəfərovun gizləndiyi yer müəyyən edilib. Onun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı M. Cəfərov polisin “təslim ol” xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib.