Ay: Mart 2019

İğdırda bələdiyyə başqanlığını azərbaycanlı qazandı

Onunla tanışlığımızın 27 illik tarixi var. 1992-ci ildə ali təhsil almaq üçün Ankaraya gedəndə bizdən əvvəl oxumaq üçün Türkiyəyə gəlmiş azərbaycanlı tələbələrin dilində ancaq bir ad vardı: “Yaşar bəy”. Çox keçmədən adı tələbələrimizin dilindən düşməyən İsa Yaşar Tezəllə tanış olduq. İndi Azərbaycanın tanınmış iqtisadçılarından biri olan Nəsimi Hüseynov onu bizə belə […]

İlham Əliyev Ərdoğanı təbrik etdi

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Turkustan.info xəbər verir ki, dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qurucusu olduğu və başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə keçirilən bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə təbrik […]

“Ölkənin durumu müharibə dönəmindən daha ağırdır” – Təbriz millət vəkili

Təbriz millət vəkili və İran Parlamenti sədrinin birinci müavini Məsud Pezeşkiyan İranda iqtisadi durumun İran-İraq mühaharibəsi dönəmindəki vəziyyətdən daha ağır olduğunu ifadə edib. Pezeşkiyanın sözləri “Fars” xəbər agentliyində dərc edilib. Yaralar aldığımızda bir qrup deyir ki, Həsən Ruhani höküməti yaramazdır. Amma, İran-İraq müharibəsi dönəmində belə deyildi. Hərbçilərimiz şəhid olanda kimsə […]

Şok: Ərdoğan Ankaranı CHP-yə uduzur, İstanbulda isə… – Seçki

Bələdiyyə seçkilərində AKP ilə CHP-nin ən ciddi mübarizə məkanlarından biri də İstanbuldur. Turkustan.info xəbər verir ki, bu vaxta qədər seçki bülletenlərinin 60%-ə qədəri sayılıb. Bu nəticə ilə AKP (Binəli Yıldırım) İstanbulda 49,95% səslə öndədir. Onu CHP-çi Əkrəm İmamoğlu 47,50 faizlə təqib edir. Digər böyük şəhərlərdən – Ankarada AKP 47,69%, CHP 49,83%, […]

“Bu video ilə bağlı rəsmi qurumlara müraciət edəcəm” – Qənirə Paşayeva

Qənirə Paşayeva millət vəkili Bu nə dəhşətdi İlahi?Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi? Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm. Bu […]

Bakıda qardaş qardaşı güllələdi

Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib. Turkustan.info-nun ONA-ya istinadən məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb. Zağrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb. Hüseynbala hadisə yerindən […]

Yanan ticarət mərkəzinin işçilərinə 7 obyekt verilir – SİYAHI

Sahibkarlar düz 5 ay ərzində heç bir icarə haqqı ödəməyəcəklər  İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha ikisi […]

“Avropa Azərbaycanlıları Konqresi”nin vətənpərvər prezidenti

Yoldaşlıqda etibarlı, dostluqda sədaqətlidir. Mərd, necə deyərlər, vətəni qibləsi bilən soydaşlarımızdandır. Dünyanın çox ölkələrində olub, səyahəti xoşlayır. Harada səfərdə oldusa həmin yerin muzeylərini ziyarət etməkdən yorulmur. Milli musiqimizin vurğunudur, xüsusən də Alim Qasımovun ifasında muğam dinləməkdən zövq alır. Qərb klassik musigisini sevir, Bethovenin bəstələdiyi əsərlərin pərəstişkarıdır. Evində zəngin kitabxanası var. […]

Binəqədi və Nərimanov rayonlarına içməli suyun verilməsində fasilə yaranıb

Paytaxtın Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb. Bu barədə Turkustan.info-ya Azərsu ASC-dən bildirilib. Qeyd edilir ki, fasiləyə səbəb magistral su kəmərində (Ə.Rəcəbli küçəsində) baş vermiş qəzadır. Hazırda qəza briqadaları əraziyə cəlb olunub. 156 Baxılıb

Türkiyədə səslər sayılmağa başladı: Hakim partiya öndədir – YENİLƏNİR

Türkiyədə başa çatan bələdiyyə seçkilərində verilən səslərin sayımına başlanılıb. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, indiyədək 194 min 678 sandıqdan 43 min 906-sı, yəni 22,55 faizi sayılıb. Səsvermənin ilkin nəticəsinə görə,  hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 48,02 faizinə sahib olub. Sonrakı yerdə isə Cümhuriyyət Xalq Partiyası (CHP) qərarlaşıb. […]

“Diqlas”da çalışmış sahibkarlara veriləcək kreditin məbləği açıqlandı – Rəsmi

Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamın icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu davam edir. Turkustan.info bildirir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, martın 29-dan […]

Türkiyədəki seçkilərdə növbəti dəfə qan töküldü – 18 yaralı var – Foto

Türkiyənin Diyarbəkir şəhərinin Qayapınar qəsəbəsində muxtarlıq seçkilərinin səsverməsi zamanı dava baş verib. Turkustan.info DHA-ya istinadən xəbər verir ki, dava Səid və Nevzat adlı iki namizəd və onların yaxınlar arasında buklet paylanılması üstündə çıxıb. Tərəflər bir-birilərinə odlu silah, bıçaq və dəyənəklərlə hücum ediblər. Dava nəticəsində ikisi ağır olmaqla 14 nəfər yaralanıb. […]

Bakıda villada çılpaq qızlar, eyş-işrət məclisi – Şok görüntülər – VİDEO (18+)

Sosial şəbəkələrdə Bakıda vilalardan birində çılpaq qızları əks etdirən video yayılıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, vatsapda yayılan videoda kişi ilə eyni masada yeyib içən, spirtli içki qəbul edən 3 gənc qızın tamamilə çılpaq vəziyyətdə mahnı oxuduğu əks etdirilib. Görüntülərdən videonu çəkən kişinin çılpaq qızlardan birinə stəkan verməsi və […]

Dünyanın Arktika problemi: Buzlar sürətlə əriyir

Arktikada buzların əriməsi gözlənildiyindən sürətlə baş verir. Turkustan.info xəbər verir ki, bu barədə Almaniya jurnalı “Focus Online” yazıb. Jurnalın məlumatına görə, Arktikada orta temperatur dünyanın digər bölgələrinə nisbətdə daha sürətlə artır. Nəticədə daimi donmuş olan sahələr əriməyə başlayıb, soyuq hava kütləsi isə cənub qütblərinə doğru hərəkət edir. Ekspertlərin proqnozlarına görə, […]

Ərdoğan bələdiyyə seçkilərində səs verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində səs verib.  Anadolu xəbər verir ki, Ərdoğan İstanbuldakı seçki məntəqələrinin birinə gələrək səsvermə hüququndan istifadə edib. Bildirilir ki, Ərdoğan yaxın saatlarda seçicilərlə görüşəcək . Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. 186 Baxılıb

Son dəqiqə: Türkiyədə seçki zamanı atışma – 2 nəfər öldürüldü

Türkiyənin Malatya əyalətinin Poturge rayonunda seçkilər zamanı atışma baş verib. Turkustan.info xəbər verir ki, atışma nəticəsində 2 nəfər həlak olub. İnsidentin səbəbi barədə məlumat verilmir. Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 13 partiya iştirak edir. Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat […]

Deputat “KAZBEK” mahnısına görə nazirə və baş prokurora müraciət etdi – VİDEO

Millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Turkustan.info xəbər verir ki, deputat özünün Facebook səhifəsində mahnıya video çəkənlərin, narkomaniyanı təbliğ edən meyxananı səsləndirənlərin və mahnıya rəqs edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırış edib: “Bu […]

Sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır. Modern.az-nın məlumatına görə, sərəncam ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, eləcə də həmin təqaüdlərin əhatə […]

Saatlar niyə qarışdı? – SƏBƏB

Bu gün səhər insanların bir çoxu səhəri saatların dəyişməsi xəbəri ilə açıb. Çünki smartfon telefonlarda olan saatlarla adi mexaniki saatlar arasında vaxt fərqi meydana gəlib. Turkustan.info Modern.az-a istinadla xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə ildir ki,  Azərbaycan yay vaxtına keçid ləğv olunub.  Bu gün səhər isə bir […]

QARABAĞIN GÖZÜ YOLDA” ADLI QISAMETRAJLI FILMIN TƏQDIMATI VƏ “31 MART SOYQIRIMI” GÜNÜNƏ HƏSR EDILMIŞ TƏDBIR KEÇIRILİB

Bugün Beynəlxalq Mətbuat Mərkəzində Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının (BDAT) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Qarabağın gözü yolda” adlı qısametrajlı filmin təqdimatı və “31 mart soyqırımı” gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə millət vəkilləri, QHT rəhbərləri, ictimai xadimlər, mətbuat nümayəndələri, Qarabağ qaziləri, idmançılar, tələbələr və müxtəlif sahələrdə çalışan qonaqlar iştirak etmişdir. Tədbiri […]

Abuzəri erməni zorla anasının əlindən alıb əvvəlcə nizəyə taxmış sonra isə… (FOTO)

Nargilə Nənəmin yaşadığı Şərur-Dərələyəz qəzasının Amağu kəndi SOYQIRIM cinayətinin ən ağır formada həyata keçirildiyi yaşayış məntəqələrindən biridir.  Anam Zeynəb Vəkilova: “Elə bir gün olmazdı ki, anam Nargilə   gözləri önündə nizəyə taxılan qardaşları Yusif və Abuzər dayılarımı yada salıb ağlamasın, anamın gözlərinin  güldüyünü heç vaxt görmədim, anamın göz yaşları kədər çeşməsi […]

“2018 Hərəkatı”nın bir illik yubileyi qeyd edildi – FOTOLAR

Bu gün “2018 Hərəkatı”nın bir illik yubileyi münasibətiylə tədbir keçirilib. Təbirdə hərəkatın üzvüləri, ictimayyət nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Hərəkat sədri Xəyal Rza ötən bir il ərzində rəhbəri olduğu hərəkatın gördüyü işlərdən, qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi və əldə etdikləri uğurlar barəsində dinləyicilərə məlumat verib. […]

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 101 il ötür

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin […]

Tarixdə bu gün – İstanbul fatehinin günü

30 mart 1842-ci il tarixində həkim Kroyford Lonq (Crwford Long) bir tələbənin boynundakı şişi (kist) götürmək üçün apardığı əməliyyatda xəstəsini efir yağı ilə yatırdaraq tibb tarixində ilk dəfə olaraq narkoz (anesteziya) tətbiq etdi. ***   1856-cı ilin 30 martında Romanovlar (Rusiya) imperiyası, Osmanlı imperiyası, Birləşmiş Krallıq (İngiltərə) və Fransa arasında Paris Müqaviləsi imzalandı. Bu anlaşma ilə Krım müharibəsi sona […]

“İrəli” İctimai Birliyi “Aprel Zəfəri”nə həsr olunan layihənin icrasına başlayıb

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsinin açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.  Aprel şəhidlərinin xatirəsinə həsr olunan bu layihənin açılış mərasimində dövlət rəsmiləri, […]

Ərdoğan seçkidən sonrakı hədəfini açıqladı

Rəcəb Tayyib Ərdoğan “Seçkilərdən sonra ilk iş Suriya məsələsinin həll etmək olacaq ”. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu ölkə başçısı prezidenti Rəcəb Tayyib Ərdoğan  Bayrampaşa mitinqində öz seçicilərinə bildirib. Ərdoğan PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat tədbiri nəticəsində qruplaşmanın başçılarının hazırda koma vəziyyətində olduğunu da sözlərinə əlavə edib. […]

Dünya Türkləri İttifaqı İrandakı təbii fəlakətlə bağlı bəyanat verib

DÜNYA TÜRKLƏRİ İTTİFAQININ (DTİ) İRANDA BAŞ VERƏN TƏBİİ FƏLAKƏTLƏ BAĞLI BƏYANATI Artıq bir həftədən çoxdur ki, İran adlanan yerin (Azərbaycanın Güneyi) fərqli zonalarında arası kəsilməyən yağış və sel fəlakəti davam edir. İranın rəsmi qurumlarının verdiyi məlumata görə fəlakət nəticəsində bəndlər və körpülər uçub, iki yüzdən artıq avtomobil, yüzlərlə ev su […]

Türkiyədəki seçki ilə bağlı bizim bir marağımız var”- Çingiz Bayramov

Çingiz Bayramov Türkiyə Məzunları İctimai Birliyinin sədri 31 martda qardaş Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Türkiyə’də keçirilən bütün seçkilər Türkiyə insanı qədər Azərbaycan insanınında marağında və diqqətindədir. Təbii ki, başqa cür də ola bilməz, törəmizdə qardaşın evindən xəbəri olmayan qardaş sayılmır. Azərbaycan insanının qardaş ölkədə keçiriləcək seçkilərdə hansısa bir siyasi partiyanı, […]

Notariuslar üçün yeni öhdəlik müəyyənləşdi

Azərbaycanda notariuslar üçün yeni öhdəlik müəyyənləşib.  Ədliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Notariusun etik davranış Kodeksi”ndə dəyişiklikdə əksini tapıb.  Dəyişikliyə əsasən, ntarius Azərbaycan Notariat Palatasının Ümumi yığıncağında, iclaslarında, təşkil etdiyi təcrübə mübadiləsi, təlim-tədris və digər tədbirlərdə iştirak etməli, qərarları icra etməli, üzvlük haqqını və qanunla müəyyən edilən digər məcburi ödənişləri verməlidir. […]

Əliyevlə Paşinyanın görüşü ilə bağlı – BƏYANAT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər. Turkustan.info xəbər verir ki, bu barədə ATƏT-in yaydığı bəyanatda qeyd edilir. Bildirilir ki, görüşdə həmçinin iki ölkənin xarici işlər nazirləri – Elmar Məmmədyarov, Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin […]

İspaniyadakı soydaşlarımız ermənilərə qarşı HƏRƏKƏTƏ KEÇDİ – Böyük TƏXRİBAT

Erməni diasporunun mart ayının 31-də qondarma “Artsax” adı altında Barselona şəhərində təşkil edəcəyi konsertə İspaniyada yaşayan azərbaycanlılar etiraz edəcəklər. Tədbirə qarşı soydaşlarımızın ciddi hazırlığı gedir. Bu barədə Turkustan.info-ya diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib. “Valensiya Azərbaycanlıları” Cəmiyyəti sədri Mübariz İbrahim aksiyada fəal iştirak edəcəklərini bildirib: “Valensiyada yaşayan bir […]

BDU-nun yeni rektorundan tələbəyə qarşı şok addım – VİDEO

Bakı Dövlət Universitetinun yeni rektoru Elçin Babayev ali təhsil müəssisəsində tələbəyə qarşı atdığı addımla gündəm yaradıb. Turkustan.info xəbər verir ki, BDU-nun bufetində olan rektor burada ad gününü qeyd edən tələbə olduğunu sezərək, onun masasına yaxınlaşıb. Tələbələrdən birinin verdiyi məlumata görə, rektor gənclərə ad günü tortu dadmaq istədiyini deyib. Tələbələr isə hələlik […]

İnsan ölməzdən öncə bu yuxuları görür – 11 min xəstə üzərində eksperiment

10 ildir ki, Buffalo institutunun həkimləri xəstəxanada ölən insanların yuxuları barədə məlumat toplayırdılar. 11.000 nəfər xəstədən sorğu aparan həkimlər bütün bu yuxuları bir yerə toplayıblar. Turkustan.info xəbəb verir ki, xəstələrin ölümündən 10 həftə əvvəl təkrarlanan, eyni epizodlu yuxular görməsi aşkar olunub. Belə ki, 88 % xəstə bildirib ki, onların yuxularına ölmüş […]

Millət vəkili: Bakıda Soyqırımı Muzeyi yaradılsın

Millət vəkili Qənirə Paşayeva ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər və soyqırımlarla bağlı Bakıda muzey yaradılmasını təklif edib.  Turkustan.info xəbər verir ki, deputat parlamentin martın 29-da keçirilən plenar iclasında çıxış edərək deyib ki, Bakıya xarici qonaqlar gələndə ermənilərin törətdiyi vəhşiliklərlə tanış olmaq istəyirlər: “Bunun üçün bizdən soruşurlar ki, Bakıda bununla […]

ADAU-nun alimləri daha bir təlimi Şəmkirdə keçib

ADAU-nun Aqronomluq fakültəsinin bir qrup professor-müəllim heyəti Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində “Payızlıq əkinlərə qulluq və yazlıq bitkilərinin səpinini optimal müddətdə başa çatdırmaq məqsədi ilə təlim keçiblər.  Təlimdə rayonun müxtəlif kəndlərində əkinçiliklə məşğul olan 20-dən artıq təsərrüfat sahibi iştirak edib. Əvvəlcə iştirakçılara təlimin məqsədi barədə məlumat verilib. Bildirilib ki, Universitetin […]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı silsilə tədbirlər keçirilib

Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, muzeyin “Şəhidlər qalereyasında” muzeyin fondunda mühafizə olunan materiallar əsasında tərtib olunmuş sərgi nümayiş olunub. Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində rəsm sərgisi keçirilib. Sərgidə məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət rəsmlər nümayiş etdirilib.  Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi […]

Əliyev və Paşinyan 1,5 saatdan çox təkbətək görüş keçirib

Bu hər iki ölkə liderinin ilk rəsmi görüşüdür Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Avstriya paytaxtı Vyanada təkbətək görüşü başa çatıb. Turkustan.info  xəbər verir ki, hazırda liderlərə hər iki ölkənin xarici işləri və ATƏT-in Minsk qrupunun həmsədrləri qoşulub. Qeyd edək ki, öncə hər iki ölkənin lideri geniştərkibli […]

Bakıda dilənçi özünü yandırmaq istədi, İKİ POLİS YANDI

Bakı ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən mütəmadi profilaktiki tədbirlər həyata keçirilir. Aparılan təhlil və ümumləşdirmələr göstərir ki, əsasən Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakı […]

Evlərin güzəştli satış tarixi açıqlandı – MİDA

Apreldə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılacaq. Qurumdan bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı 29 aprel […]

Nur-Sultan şəhərində “Nəsimi ili”nin açılışı keçiriləcək

Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası (TWESCO) ümumtürk ədəbi dilinin zənginləşməsi və formalaşmasında əvəzsiz rol oynayan şairin ədəbi irsini türk dünyasında və beynəlxalq miqyasda təbliğ etmək məqsədilə bir sıra layihələrin […]

Beynəlxalq Türk Akademiyasında Novruz bayramı qeyd edilib

Nur-Sultan şəhərində beynəlxalq Türk Akademiyasında (TWESCO) türkdilli ölkələrin Novruz bayramı qeyd edilib. Turkustan.info xəbər verir ki, bayram tədbirində akademiyanın prezidenti, Türkiyə, Azərbaycan, Macarıstan, Monqolustan, Qırğızıstan, İran və Özbəkistanın Qazaxıstandakı səfirləri, hökumət nümayəndələri iştirak ediblər. Akademiyanın prezidenti Darxan Kıdıralı Novruz bayramının xüsusiyyətlərindən söz açıb. Bildirib ki, Qazaxlarda “yeni ildə, köhnə ildə” sözləri […]

İş adamı Azay Möhnətov: “Deputat Azay Quliyevlə məni səhv salırlar, məqsədli şəkildə mənim biznes və əmlakımı ona aid edirlər” – VİDEOMÜSAHİBƏ

İş adamı Azay Möhnətov: “Mənim şirkətlərimin, əmlakımın deputat Azay Quliyevə aidiyyatı yoxdur”. Müxtəlif vaxtlarda mediada Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin adından sui-istifadələrə yol verilməsi, sahibkarlıq məqsədilə kimlərinsə onun adından istifadə etməsi haqqında məlumatlar dərc olunub. QHT TV […]

Xərçəngin yaranmasının 6 GİZLİ SƏBƏBİ – İnanılmaz MƏQAMLAR

Hamı bilir ki, irsiyyət, siqaret, alkoqol və sair amillər xərçəngin inkişaf etməsinə təsir göstərir. Amma onkoloji xəstəliklərin inkişafının gözlənilməz səbəbləri də az deyil. Turkustan.info Publika.az-a istinadən oxucuları xərçəng xəstəliyinin yaranmasının gizli səbəbləri ilə tanış edib. Səbəb – № 1: İsti çay Bəli, biz azərbaycanlılar çayı isti-isti içməyə adət etmişik. Amma çox […]

Görüş 2 saat davam edəcək – Vyanadan son məlumat

Xarici media İlham Əliyev-Nikol Paşinyan görüşünə diqqət ayırıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu görüşün iki ölkə liderinin ilk rəsmi görüşü olduğu bildirilir. Görüş Vyanadakı “Bristol” hotelində keçirilir. Görüşdə iki ölkənin XİN başçıları və ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak edirlər. Görüşün 2 saat davam edəcəyi gözlənilir. Qeyd edək ki, buna […]

Putin azərbaycanlılarda belə maraq oyatdı – VİDEO

Dünən Qırğızıstana rəsmi səfər edən Rusiya Prezidenti Vladimir Putinin fəxri qarovul dəstəsini qırğız dilində salamlaması sosial mediada azərbaycanlı və türkiyəli izləyicilər tərəfindən maraqla qarşılanıb. Turkustan.info xəbər verir ki, Vladimir Putinin şərəfinə Ala Arça iqamətgahında hərbi mərasim təşkil olunub. Rusiya və Qırğızıstan himnləri səslənəndən sonra Rusiya prezidenti əsgərləri salamlayıb. Onun “Salam, əsgər” […]

Əflatun Amaşov: “Mediasiya haqqında” Qanunun qəbul olunması son dərəcə vacibdir”

Milli Məclisin bu gün keçirilmiş plenar iclasında millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov «Mediasiya haqqında» Qanun layihəsi ilə bağlı çıxış edib. Turkustan.info Əflatun Amaşovun həmin çıxışının tam mətnini təqdim edir: «Mediasiya haqqında» Qanun layihəsini nəzərdən keçirdim. Ümumən belə bir qanunun olması son dərəcə vacibdir. Əvvəla qanunvericiliyimiz zənginləşir. Cəmiyyətdəki mübahisələrin […]

Qənirə Paşayevadan energetik içkilərlə bağlı mühüm təklif

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılması ilə bağlı narahatlığını bildirdi. Qeyd etdi ki, ona valideynlər də bununla bağlı müraciət edib. “Energetik içkilər uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza çox böyük zərər vurur. Bu, sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də […]

Aqrar Universitetdə soyqırım qurbanlarının xatirəsi yad edilib

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Hər il olduğu kimi yenə Azərbaycan Dövlət Aqrar Universitetinin bütün fakültələrində və tələbə evlərində  soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib. Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, daha bir anım mərasimi isə Aqrobiznes və idarəetmə, Aqrar iqtisadiyyat […]

ADAU-da baytar həkimlərə daha bir təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində fermerlərə təlimlərin davam edir və bu təlimlər daha da intensivləşdirilir. Növbəti təlim regionun baytar həkimləri üçün olub. Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə Baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyi ərəfəsində keçirilən təlimdə “Heyvandarlığın inkişaf prespektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr”  müzakirə edilib, […]

Şəhid ailələrinin güzəştləri artırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilib. Turkustan.info xəbər verir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklik səsverməyə çıxarılaraq, qəbul edilib. Qanun layihəsinə edilən dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid […]

Millət vəkili: “Sığorta şirkətləri süründürməçiliklə məşğuldur” – VİDEO

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Turkustan.info xəbər verir ki, iclasda söz alan millət vəkili Fəzail Ağamalı yanan “Diqlas” Ticarət Mərkəzindən danışarkən çıxışını sığorta şirkətlərinin fəaliyyəti üzərində qurub. O bildirib ki, insanların öz mallarını sığortlamamasının başlıca günahkarı yerli sığorta şirkətləridir. Millət vəkili qeyd edib ki, Azərbaycanın sığorta şirkətləri […]

Azərbaycanda “kupça” yeni qayda ilə veriləcək

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə […]

Sürücülərin nəzərinə – 50 manat cərimələnə bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığına start verib. Martın 28-dən aprelin 28-ə kimi davam edəcək aylıq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır və ekoloji nəzarətin gücləndirilməsinə xidmət edir. Turkustan.info xəbər evrir ki, aylıq çərçivəsində atılacaq addımlar avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının azaldılmasına yönəlib və ekologiyanın qorunması üçün zərüri […]

Prezident gözlənilən sərəncamı imzaladı

Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncam imzalayıb. Müvafiq sənədi AZƏRTAC dərc edib. Sərəncamla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində […]

Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni QAYDALAR…

Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Belə ki, qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət […]

Bu şəxslərin maaşı artırıldı

Milli Məclisin bu gün keçirilən piclasında “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Turkustan.info xəbər verir ki, dəyişikliyə əsasən, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq. Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. […]

Deputat icra başçılarını tənqid etdi

“Dövlətin həmişə yükün altına girməməsi üçün sığorta ilə bağlı inamlı sistem yaradılmalıdır.Azərbaycanda insan yüz minlərlə pul verib ticarət mərkəzində yer alır, ancaq adı ancaq sahibkarın dəftərində olur. İcarə müqaviləsi bağlananda niyə tələb qoyulmur ki, sığorta olunmalıdır?” Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. O […]

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının ilk ünvanı Gəncə olub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının bu il ilk ünvanı Gəncə şəhəri olub. Əsil mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında […]

ABŞ-ın məşhur universitetinin azərbaycanlı professoru

Səsinin ahəngində qəribə bir tilsim var, dinlədikcə rahatlıq tapırsan. Fikirlərini elə izah edir ki, əlavə sualara ehtiyac qalmır. Sıradan bir alim deyil, öz ixtisasını dərindən bilir. Haqqı dilə gətirməyi bacarır, əsl ziyalıdır. Əslində onun xüsusi təqdimata ehtiyacı yoxdur. Cəsarətli çıxışları ilə xalq arasında sevilir, ehtiramla qarşılanır… Deyir ki,- “Gənclərə üç […]

İtkin düşən Azərbaycan vətəndaşı terror təşkilatının əlindədir – FOTO

Türkiyədə fevralın 12-dən itkin düşən Azərbaycan vətəndaşı, lisey tələbəsi Abduləvvəl Orucovdan xəbər var.  Ötən gün o, anasına “Vatsap” üzərindən zəng edib. Anası Afət Bəşirova modern.az-a bildirib ki, oğlu Qırğızıstan nömrəsindən arasa da, yenə də danışmaq mümkün olmayıb.  “Oğlum “ana, ana!” dedi. Səsi çox uzaqdan gəlirdi. “Oğlum, hardasan” soruşdum, “yerini de” […]

Gəncənin keçmiş polis rəisinə yüksək vəzifə verildi

Daxili işlər orqanlarında yeni təyinat olub. Turkustan.info “Report”a istinadən xəbər verir ki, polis polkovniki Faiq Şabanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, F.Şabanov 2013-2018-ci illərdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 1. 044 Baxılıb

Ukrayna yeni xüsusi silah hazırladı

Ukraynanın “Ukroboronprom” dövlət şirkətinin tərkibinə daxil olan “Spetstexnoeksport” dövlət müəssisəsi yeni elektromaqnit silah hazırlayıb. Turkustan.info xəbər verir ki, yeni silah müxtəlif tipli hərbi radioelektron vasitələri, o cümlədən enerji təminatı və məlumat ötürülməsi sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Bu silahın elektromaqnit şüalanmanın enerjisindən istifadə etdiyi üçün insanlara heç bir ölümcül […]

NATO gəmiləri Qara dənizə daxil oldu – VİDEO

Niderlandın “Evertsen” esminesi, Kanadanın “Toronto” və İspaniyanın “Santa Mariya” freqatları İstanbul boğazından keçərək, Qara dənizə daxil olub. Turkustan.info DHA-ya istinadla xəbər verir ki, yol boyu onları Türkiyə gəmisi müşayiət edib. Fransanın “Var” tankeri də hərbi gəmilər qrupu ilə birgə İstanbula gəlib, amma hələ Qara dənizə daxil olmayıb. NATO dənizçiləri Ukrayna və […]

Şamaxıya qar yağır – VİDEO

Bu gün səhər saatlarından başlayaraq, Şamaxının bəzi yerlərinə qar yağıb. Turkustan.info-nun məlumatına görə, hazırda Pirqulu ərazisində qar yağıntısı davam edir. Qeyd edək ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıntısının gözlənilməsi barədə məlumat yayıb. /Oxu.az/ 473 Baxılıb

Azərbaycanda iri dövlət şirkətlərinə nəzarət gücləndirildi

Baş nazir Novruz Məmmədov “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərara dəyişiklik edib. Turkustan.info xəbər verir ki, qərarın 4-cü hissəsinə edilən dəyişikliyə görə, İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə komissiya yaradılır: Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiyanın üzvləri: İqtisadiyyat naziri  Maliyyə naziri  Vergilər […]

Ramil Usubov polis rəisini İŞDƏN ÇIXARDI

Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib. Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Onun yerinə hələlik təyinat olmayıb. Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu […]

“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı – Ali Məhkəmədən sensasion qərar

Ali Baş Komandan, prezident İlham Əliyevin verdiyi son sərəncamlardan biri də məhkəmə-hüquq sistemində islahatlar aparılması ilə bağlıdır. Hamı bilir ki, məhkəmələrimiz rüşvət yuvasıdır, hətta həbsxanadan əfvə düşən adamlardan da pul alıb, sonra adlarını siyahıya yazırlar. Bunu vicdanı olmayan bəzi hakimlər və vicdanını itirən bəzi ədliyyə məmurları edirlər. Bu gün də […]

Başqa ailələrin uşaqları qaçqın məktəblərinə qəbul edilməyəcək – AÇIQLAMA

Ramana qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün ailələrinin uşaqları üçün nəzərdə tutulan məktəblərə digər ailələrin uşaqları qəbul edilməyəcək. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Ramana qəsəbəsində yaşayan sakinlər məlumat verib. Valideynlər uşaqlarını yaxınlıqda yerləşən qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan məktəbə yazdırmaq istədiklərini, lakin rəhbərlikdən icazə verilmədiyini deyiblər.   Təhsil Nazirliyi Oxu.Az-ın […]

Türkiyədə dronlu əməliyyat: Azərbaycanlı fahişələr tutuldu

Türkiyənin Sakarya bölgəsində polis əməliyyat keçirib.  Yeniakit.com.tr xəbər verir ki, əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən dörd nəfər saxlanılıb. Onlardan ikisi barəsində həbs qərarı çıxarılıb.  Saxlanılan şəxslərdən birinin üzərindən odlu silah aşkar edilib. Əməliyyat zamanı şübhəlilərin qaçma ehtimalının qarşısını almaq üçün dronlardan istifadə edilib.  Bundan başqa, fahişəliklə məşğul olan altı qadın saxlanılıb. Onlardan […]

ADAU-nun tələbə evində 31 mart azərbaycanlıların soyqırımı günü anılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində 31 Mart Azərbaycanlıların Soyqrım günü anılıb.  Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə anım mərasimində təhsil müəssisəsinin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova çıxış edib və  bildirilib ki, martın 30-da səhər erməni-bolşevik dəstələri Bakını […]

Paşinyan müharibəyə hazırlaşır – Ekspertdən iddia

Bütün hallarda Ermənistanın Dağlıq Qarabağla bağlı son gedişləri, bəyanatları bu ölkənin atəşkəsi pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalının olduqca yüksək səviyyədə olduğunu göstərir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Paşinyan hakimiyyətə gələndən bu günə qədər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması […]

Prezident təminatı: Bundan yüksək sığorta varmı?

Sənan Nəcəfov Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini bildirib. Qeyd olunub ki, dövlət sahibkarların yanındadır və […]

Prezident nöqtə qoydu: Yardım edəcəyik, ancaq… – Mühüm

Azərbaycan Prezidenti İlham Əliyev bu gün nazirlərlə keçirdiyi toplantıda “Diqlas” Ticarət Mərkəzindəki yanğınla bağlı olduqca dəqiq istiqamətlər göstərib. Turkustan.info xəbər verir ki, Prezident Maliyyə Nazirliyinə sahibkarlara operativ olaraq, ilkin maliyyə vəsaiti ayırması barədə göstəriş verib. “İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə […]

Gürcüstan yenə qarışa bilər: GƏRGİNLİK

”Kremlin qəti şəkildə əleyhinə olmasına baxmayaraq Gürcüstan son nəticədə NATO-ya qoşulacaq” Bunu Tiflisdə NATO-nun Baş katibi Yens Stoltenberq bir daha bəyan edib. Xatırladaq ki, martın 25-də Stoltenberq Gürcüstana gedib. Burada onun rəsmilərlə görüşləri, NATO-Gürcüstan hərbi təlimlərində iştirakı planlaşdırılır. Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə birgə keçirilən mətbiat konfransında Stoltenberq deyib […]

ADAU-nun alimləri Samuxda təlim keçiblər

Azərbaycan Dövlət Aqrar Universitetininin, Aqronomluq fakültəsinin alimləri Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində “Taxıl bitkiləri, onların sortları, becərilmə texnologiyası və toxumçuluğu” mövzusunda təlim keçiriblər. Təlimdə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti, ADAU-nun professoru Firuddin Qurbanov taxıl bitkilərinin növləri, sortları, onların toxumçuluğu, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov torpaqların gübrələnməsi, […]

ADAU-nun alimləri Tərtərdə pambıqçılıqla bağlı seminar keçirib

Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin daha bir səfəri Tərtər rayonuna olub.Alimlər rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində “Pambıqçılıqda innovativ texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi”-nə dair seminar-müşavirə keçiriblər. Professor Ziyad Abbasov,  professor Şahlar Babayev, professor Mirnaib Mirsalahov və dosent Siyavuş Vəliyev keçirilən seminar-müşavirədə pambıqçılıqda innovativ texnologiyalar, dəqiq səpinin texniki problemləri və iqtisadi […]

Maliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ: 3 gün qaldı

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Turkustan.info xəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda bildirilib. Məlumatda bildirilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu […]

Putin mühafizəçisini itələdi: Kənara çəkil! – VİDEO

Rusiya Prezidenti Vladimir Putinnin Qış Universiadasının iştirakçıları ilə görüş zamanı idmançılarla rahat ünsiyyətdə ola bilmək üçün mühafizəçini itələdiyi anın videosu yayılıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, Vladimir Putin “Kənara çəkil – necə sağlamdır. İdmançılardan sağlamdır”, – deyərək Rusiya Prezidentinin təhlükəsilik xidmətinin əməkdaşına toxunub. Bundan sonra mühafizəçi kənara çəkilib. Putin idamançıları […]

“Diqlas”ın aqibəti necə olacaq?

“Diqlas” ticarət mərkəzi sökülə bilər. Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Yəhya Babanlı deyib. Onun sözlərinə görə, yanğın zamanı binaya ciddi ziyan dəyib: “Müvafiq rəylərdən sonra binanın sökülməsi labüddür”. Yəhya Babanlı qeyd edib ki, “Diqlas” TM-də baş verən yanğınla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd […]

Kredit almaq istəyən tələbələr üçün müddət uzadıldı

Maarifçi Tələbə Kredit Fondunun cari ilin martın 1-də başlayan və aprelin 5-də başa çatmalı olan elan sessiyasının müddəti uzadılıb.  Nazirlikdən Modern.az-a bildirilib ki, mart ayında qeyri-iş günləri nəzərə alınaraq, elan sessiyasının müddəti cari ilin aprelin 20-dək davam edəcək.  Kredit almaq üçün tələbələrin fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan […]

Neçə şəhid vərəsəsinə vəsait ödənilib? – Nazir açıqladı

7800-dən artıq şəhid vərəsəsinə vəsaitlər ödənilib. Turkustan.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, Novruz bayramı ərəfəsində 1200 şəhidin 1900 vərəsəsinə ödənişlər həyata keçirilib. Bu ilin sonunadək ödənişlərin tam yekunlaşdırılacağını bildirən nazir onu da deyib ki, polis şəhidlərin vərəsələrinin […]

ŞAD XƏBƏR – Maaşlar yenə ARTIRILIR

Azərbaycanda əməkhaqlarının yenidən artırılması həyata keçiriləcək. Turkustan.info bildirir ki, bunu yap.org.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq. “2019-cu il həyatımıza sosial müdafiə və […]

Türkiyənin ABŞ-dan almaq istədiyi qırıcılar yararsız çıxdı

Bu tip təyyarələrin kiberhücumdan müdafiə səviyyəsi o qədər də yüksək deyil. Birləşmiş Ştatlar istehsalı olan “F-35” tipli qırıcılar hərbi əməliyyatların aparılması üçün uyğun deyil. Turkustan.info “Vif”-ə istinadən xəbər verir ki, bu nəticəyə Birləşmiş Ştatların qeyri-hökumət təşkilatı olan “Project On Government Oversight” (POGO) gəlib. Ekspertlər vurğulayıb ki, “F-35” tipli qırıcılar azömürlü konstruksiyaya, aşağı […]

Ticarət mərkəzində yarım milyard manatdan çox vəsait külə dönüb

“Mənə elə gəlir ki, bu yanğını söndürə bilərdilər, amma niyə belə oldu, bilmirəm” Xəbər verdiyimiz kimi, martın 26-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb. Ticarət mərkəzində yanğının hansı səbəbdən baş verməsi ilə bağlı isə müxtəlif versiyalar irəli sürülür. Turkustan.info bildirir ki, orada çalışanlardan adının çəkilməsini istəməyən satıcı […]

Ukraynadan vətəndaşlarına qadağa: “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməyin”

Azərbaycanın Ukraynadakı səfirliyinin səyləri nəticəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında Ukrayna vətəndaşları üçün Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə giriş qaydaları ilə bağlı məlumat yerləşdirilib. Turkustan.info xəbər verir ki, xəbərdarlıq məlumatında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonuna (Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli) qanunsuz səfərlərin qəti […]

Köçkünlərin yaşadığı bina qəzalı vəziyyətdə – FOTOLAR

Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən “Bakılı” sanatoriyasında məskunlaşmış məcburi köçkünlər dözülməz şəraitdə yaşayır.  Turkustan.info bildirir ki, bu barədə Cebhe.info-ya tanınmış alim, sosial şəbəkə fəalı Zaur Əliyev məlumat verib. Z.Əliyev sanatoriyanın binasından çəkilmiş fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərdən görünür ki, bina təhlükəli vəziyyətdədir:  “Fotoda görünən məcburi köçkünlərin yaşadığı binadır. Binaya […]

“Bozqurd”un komandirinə hökm oxundu

Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Turkustan.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Nurəddin İsmayılov son sözlə çıxış edərək günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb […]

Baş Prokurorluqdan “Diqlas” açıqlaması – Günahkarlar axtarılır

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Cinayət işinin icraatı Azərbaycan Respublikası baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq […]

Əlillik yeni meyarlarla təyin olunacaq – Qanun hazırlanır

Əlilliyin təyin olunması ilə bağlı Azərbaycan üzrə yeni meyarlar hazırlanıb. Turkustan.info-nun məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verib. Onun sözlərinə görə, bu meyarlar əsasında qanunvericilik tərtib olunub: “Yaxın vaxtlarda bu qanunvericilik Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç […]

“Gedib Rövnəq Abdullayevi güllələyək?” – Aqil Abbas

Xorvatiyaya məğlubiyyətdən, Litva ilə heç-heçədən sonra futbol üzrə Azərbaycan millisinin üzvlərinə pul mükafatının verilməsi birmənalı qarşılanmayıb. Turkustan.info bildirir ki, Yenicag.az-a açıqlama verən millət vəkili Aqil Abbas isə fərqli düşünür. Onun sözlərinə görə, bunu faciəyə çevirmək lazım deyil: “Məsələdən xəbərim var. Aydın məsələdir ki, məğlub olan komandaya heç kim pul vermir. […]

Çaldırandakı erməni kilsəsinə turist axını – İranın məkrli planı

Novruz bayramı günlərində 2 min nəfərdən çox turist Çaldıranda Qarakilsəyə baxış keçirib. Turkustan.info xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi Məhərrəm Abdullahi bildirib. “Qərbi Azərbaycanda yerləşən kilsə dünya üzrə ən gözəl tarixi abidələrdən biridir. Onun bənzərsiz memarlığı hər kəsin diqqətini çəkir”, – deyə […]

İlqar Məmmədovun cəzası ləğv edildi

Bu gün Ali Məhkəmədə ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəza dəyişdirilib, İ.Məmmədovun şərti cəzası ləğv edilib. Belə ki, İ.Məmmədovun cəzası […]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə yubiley tədbirləri keçirilib

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə 8 nömrəli orta məktəbdə “Sevilərək oxunan yazıçı” adlı oxucu konfransı keçiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına əsasən və İsmayıl Şıxlının zəngin ədəbi irsinin oxucular arasında geniş […]

ATİB sədrinə ağır itki

Turkustan.info xəbər verir ki, Azərbaycan sevdalısı dostumuz, ATİB İdarə heyəti sədri Cemal Yanqının anası Zennurə Yangın dünyasın dəyişib.  Zennurə xanımın vəfatı ilə əlaqədar “Türküstan” qəzeti və Turkustan.info saytı Cemal bəyə dərin hüznlə başsağlığı verir, səbr diləyir, mərhuməyə Uca Allahdan rəhmət diləyir. Allah rəhmət eləsin.  165 Baxılıb

Prezidentdən ticarət mərkəzləri ilə bağlı daha bir – Göstəriş

Bu gün Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirdiyi müşavirədə yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Turkustan.info xəbər verir ki, Prezident bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirlərinin gücləndirilməli olduğunu bildirib. Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır […]

İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Qeyd edək ki, Şəmsəddin Xanbabayev Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıdır. Aprelin 1-də Şəmsəddin Xanbabayevin 80 yaşı tamam olacaq.  /Modern.az/ […]

Prezident dəhşətli yanğınla bağlı müşavirə keçirdi

Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Turkustan.info-nun məlumatına görə, Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda […]

Doğum gününüz mübarək, Şəfiqə xanım!

Azərbaycan kinosunun tarixində, aktrisaların arasında sənətin zirvəsini fəth edən xanımlardan biri də odur. Onun oynadığı rolların hər biri örnək və nümunədir. “Bizim Cəbiş müəllim”, “Ad günü”, “Dədə Qorqud”, “İstentaq” və eləcə də digər bədii filmlərdə yaratdığı obrazlar hələ uzun illər insanların yaddaşından silinməyəcək. Bəli, bu xanım sıradan bir aktrisa deyil, […]

Üzümçü fermerlər yenidən ADAU-da bir araya toplandı

Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri artıq xeyli vaxtdır fermer və torpaq mülkiyyətçiləri ilə ardıcıl görüşür, kənd təsərrüfatının elmi əsaslara inkişafı üçün təklif və tövsiyyələrini bildirir, bu sahənin adamlarını maraqlandıran sualları cavablandırırlar. Yəni, ADAU-nun alimləri indi fermerlərlə daha intensiv əlaqə saxlayır, onlara gərəkən istiqaməti verirlər.   Təhsil müəssisəsinin mətbuat xidmətindən verilən […]