Gün: Mart 1, 2019

“Azərbaycanlılar bizə qardaşdır, bundan yaxşısı yoxdur” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko əmindir ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərə təsir edir. Turkustan.info xəbər verir  ki, bu barədə Lukaşenko KİV nümayəndələriylə “Böyük söhbət” zamanı, Belarus və Azərbaycan əlaqələrini şərh edərkən danışıb: “Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm, daha yaxşıları bizə lazım deyil. Onlar bizə qardaş kimi yanaşır, bu, müsəlman ölkəsinin xristian […]

Tbilisidə xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirilib. Turkustan.info report-a istinadən xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşının da olduğu bildirilir. Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyat barədə hələ rəsmi açıqlama yaymayıb. 149 Baxılıb

Lukaşenko: Nə üçün Rusiya Ermənistana krediti daha az faizlə verir?

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin KİV nümayəndələri ilə söhbət zamanı bildirib ki, “Minsk Rusiyanın çörəyini yeyən müftəxor deyil”. Onun sözlərinə görə, Rusiyanın Ermənistana və Vyetnama daha az faiz dərəcəsi ilə  verdiyi kreditlər də bunu sübut edir. “Bəsdir, bizi müftəxorluqda ittiham etdiniz. Biz heç vaxt parazit olmadıq, olmayacağıq. Mən qürurlu insanam, belə […]

“Prezident dedi ki, heç kim sizə qadağa qoya bilməz” – Tahir İmanov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Turkustan.info bildirir ki, Azərbaycanın əməkdar artisti, aktyor, “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, rejissor Tahir İmanov Minval.İnfo-ya görüşlə bağlı təəssüratlarını bölüşüb: […]

Siqaretin zərərlərindən xilas olmağın 3 sadə ÜSULU

Siqaret çəkən adamlar adətən bu pis vərdişlərindən xilas olmaq istədiklərini, lakin siqareti tərgidə bilmədiklərini deyirlər. Siqareti tərgitmək üçün müxtəlif üsullar yoxlasalar da, bir müddət sonra yenidən siqaretə başlayan onlarla şəxsi yəqin, siz də tanıyırsınız. Siqaretdən xilas olmaq istəyən şəxslərə sadə və rahat tətbiq olunan üsullar təqdim edir: 1. Bol su […]

Son 10 gündə bu doğum evində 4 körpə öldü – VİDEO

Son günlər Bərdə doğum evində doğuş zamanı bir neçə ölüm faktı baş verib. Təkcə son on gündə 4 körpə ölüb. Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda qeyd olunan faktların səbəbləri həm nazirlik, həm də Bərdə rayon prokurorluğu tərəfindən araşdırılır. Turkustan.info xəbər verir ki, Bərdə rayon mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva “Xəzər […]

Kreditə görə məhkəməyə verilənlərə şad xəbər – Video

Problemli kreditlərin həlli ilə bağlı imzalanan fərman Azərbaycanda məhkəmələrdən 311 min işin geri qayıtmasına səbəb olacaq. Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Ziyad Səmədzadə “Xəzər Xəbər”ə bildirib. Millət vəkili bu fərmanla dövlətin bütün yükü üzərinə götürdüyünü deyib və bankları daha ədalətli və məsuliyyətli olmağa çağırıb: ”Problemli kreditlərin həlli […]

Bu şəxslərə də diplomatik pasport veriləcək – Fərman

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur […]

Gürcüstan prezidenti Ermənistana gedir

Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistana rəsmi səfərə gedir. Turkustan.info-nun məlumatına görə, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Zurabişvilinin səfəri 13-14 mart tarixlərinə planlaşdırılıb.   Qeyd edək ki, Salome Zurabişvili Gürcüstan prezidenti kimi regiona ilk rəsmi səfərini 27 fevralda Azərbaycana gerçəkləşdirib. 180 Baxılıb

Qonaqlarına “qan udduran” Elçin Əlibəyli özü hədəfdə – VİDEO

Gənc şair Aqşin Yenisey  öz Facebook səhifəsində qonaqlarını “ağ yuyub qara sərən” teleaparıcı Elçin Əlibəylini tənqid edib. Belə ki, Elçin Əlibəyli həmişəki kimi, proqramına dəvət etdiyi qonağı kəskin tənqid etməklə qalmayıb, “qələt edirsən, başını daşa döyürsən ” kimi ifadələr işlədib. O şair Elşad Baratı xalq şairi Bəxtiyar Vahabzadəni tənqid etdiyinə görə […]

İlham Əliyev 6 sərəncam, 20 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol”un icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdin edir: 2018-ci il fevralın 12-də Aktau şəhərində imzalanmış “2010-cu il 18 noyabr tarixli […]

ADAU-da təlimçilər üçün təlimlər başa çatıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə2019-cu ilin 27 fevral-1 mart tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlərə 74 iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili […]

“Prezidentin bu problemi həll edəcəyinə inanırdım” – Qənirə Paşayeva

“Vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran bir millət vəkili olaraq cənab Prezidentin vətəndaşların problemli kreditləri problemini həll edəcəyinə inanırdım”. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə millət vəkili Qənirə Paşayeva çıxış edib.. Millət vəkili bildirib ki, hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alırmış: “Onlarla görüşlərdə bununla […]

Nazirlər, deputatlar, icra başçıları – kimin banklarda nə qədər krediti var? – Açıqlamalar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Azərbaycanda 10 000 min dollara qədər olan kreditlərin problemləri həll edildi. Banklara dollarla, eyni zamanda manatla krediti olanlar təkcə sadə insanlar deyil, onların arasında tanınmışlar da var. Onlar ayrı-ayrı vaxtlarda sosial şəbəkədəki səhifələrində, saytlara müsahibələrində, televiziyalara açıqlamalarında bunu dilə gətiriblər. […]

Bu ölkədə “Bozqurd” işarəsi qadağan edildi – Antitürk qərar

2018-ci ilin dekabrında parlamentdə qəbul edilən “Simvol qanunu” bu gündən etibarən qüvvəyə minib. Turkustan.info xəbər verir ki, Avstriyada radikalçılıq və siyasi islamla mübarizə tədbirləri çərçivəsində qəbul edilən qanuna görə bir çox simvolların göstərilməsi qadağan olunur. Qadağan olunmuş simvollar içərisində “Bozqurd” işarəsi də var. Qanunvericiliyə əsasən bu soimvolları nümayiş etdirən şəxslər […]

Atamın işığından hər kəsə pay düşərdi – ÖVLAD SEVGİSİ

Bizi dünyaya gətirən, bizə həyat bəxş edən valideynlərimiz haqqında danışmaq, xoş söz demək bizim üçün nə qədər asan olsa da, dünyalarını dəyişdikdən sonra onlar barədə xatirə söyləmək, yazmaq çox ağır və ağrılıdı. Təəssüf ki, bu gün mən də sevimli atam, hüquqşünas, ədalət hakmi olaraq həmişə haqqın yanında olan Yaqub Əsgərov […]

“Gürcüstan Azərbaycanı cəzalandırmaq üçün göstəriş yerinə yetirir”

Gürcüstanda erməni terrorçu Mixail Avaqyanın büstü qoyulduqdan sonra Azərbaycanla Gürcüstan arasında gərginlik yaranmışdı. Avaqyanın büstünün götürülməsi üçün Gürcüstanda yaşayan azərbaycanlılar Tiflisdə, parlamentin qarşısında etiraz aksiyaları da keçirmişdi. Bir neçə gün öncə Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanda rəsmi səfərdə idi. Onun prezident İlham Əliyevlə görüşündən sonra verilən bəyanatlar iki ölkə arasında […]

İlham Əliyevdən yeni ANONS: “2019 əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq”

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Turkustan.info xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib. Prezidentin çıxışından bəzi hissləri təqdim edirik: Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, […]

Bakıda xüsusi əməliyyat vaxtı öldürülən avtoritetlə bağlı MARAQLI FAKTLAR – FOTO

Dünən Bakı şəhərinin Binəqədi rayonu ərazisində xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat zamanı öldürülən kriminal avtoritet, cüdo üzrə Azərbaycan çempionu Cəfərov Müseyib Fərhad oğlu ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 35 yaşlı Müseyib 2007-ci ildən kriminal aləmlə sıx təmasda olub. O dəfələrlə, qumar borcunun […]

İranda “Qarabağ Ermənistandır”a etiraz – Onminlər…

Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılmasına görə Güney Azərbaycanda etirazlar davam edir. Turkustan.info bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz deyib. O bildirib ki, aksiyalar daha çox Tehran […]

Azərbaycanın fəal qadınları Şri-Lankada beynəlxalq qadın konfransında iştirak edib

Azərbaycanın fəal qadınları Şri-Lankada beynəlxalq qadın konfransında Turkustan.info xəbər verir ki, millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları -İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimləri – professor, tarix elmləri doktoru İradə Hüseynova, dosent, iqtisadiyyat üzrə fəlsəfə […]

Xamneyi “Qarabağ Azərbaycan torpağıdır” demədi: “…islam torpağıdır” – FOTO

İşğalçı Ermənistanın İrana səfəri zamanı baş verən təxribatlar Güney Azərbaycanda böyük narazılığa səbəb olub. Bu narazılıq İran rejimini qorxuya salıb.  Turkustan.info bildirir ki, güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvü Bulud Ələmdarın Cebhe.info-ya verdiyi məlumatlara görə, bu gün hakim rejim azərbaycanlıların könlünü almağa çalışır.  Beləki Təbrizin mərkəzindəki məscidlərin […]

Separatçı Fəxrəddin Abbasov Bakıya verildi – SON DƏQİQƏ

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi […]

I qrup əlilliyə görə 300 manat ödəniləcək

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, […]

10 min dollardan çox olan kreditlərin aqibəti necə olacaq? – Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov ölkə başçısının problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanı şərh edib. O Bizimyol.info-ya açıqlamasında 10 000 dollardan çox olan kreditlər barədə də danışıb. “Cənab Prezidentin imzaladığı sərəncam 10 000 dollara qədər olan kreditlərə şamil olunacaq. Bizim də bundan qabaq təkliflərimiz olmuşdu, həmin təkliflərin demək olar ki […]

Əhalinin maliyyə sıxıntısını azaldacaq daha bir addım atıla bilər

“Nağd pulun girov təminatı kimi saxlanılması zəruridir”  “”Daşınar əmlakın yüklülüyü haqqında” qanun qəbul edilərkən nağd pul girov təminatı kimi nəzərdən keçirilməyib. Bizim dəfələrlə müraciətimizdən sonra bu bənddə dəyişiklik edilib, amma indi nağd pul tələbinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizmi məsələsi açıq qalır”. Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir […]

Fəxrəddin Aboszadə təcridxanadan qaçırılıb? – Keçmiş polkovnikdən REAKSİYA

“Mənə belə gəlir ki, o adamın vəkili və yaxınları bu barədə məlumatlıdırlar”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sorğusu əsasında ötən ilin sentyabrında Moskvada həbs edilən separatçı Fəxrəddin Aboszadənin saxlanıldığı təcridxanadan iki gün əvvəl çıxarılmasına və hara aparıldığına dair hələ də məlumat verilməməsinə münasibət bildirən istefada olan polis […]

Təbriz küçələrində Qarabağ hayqırtısı – VİDEO

Bu gün futbol üzrə İran çempionatında növbəti turun oyunları keçiriləcək.  Turkustan.info xəbər verir ki, Təbrizin “Traktor” komandası “Sepahan İsfahan” klubu ilə qarşılaşacaq. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Bulud Ələmdarın Cebhe.info-ya verdiyi məlumata görə, milli fəallar oyun zamanı Qarabağla bağlı milli şüarlar səsləndirəcək, Ermənistanın işğalçı siyasətinə etiraz […]

Daha bir dəhşətli zəlzələ – Proqnoz yenə doğruldu?

Perunun cənub-şərqində 7.1 bal gücündə zəlzələ baş verib. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb. 258 kilometr dərinlikdə baş verən zəlzələnini episentri Asanqaro şəhərindən 9 kilometr şimal-qərbdə qeydə alınıb. Dağıntılar və ya insan itkisi barədə məlumat verilməyib. Qeyd edək ki, bundan öncə zəlzələ proqnozları ilə məşhurlaşan Frank […]

Rusiyanın Qarabağa baxışı: Yeni situasiya… – Uorlik

Formalaşan yeni situasiyada Qarabağ konfliktinin həlli üçün yeni imkanlar açılır. Turkustan.info xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. “Məncə, Azərbaycan Prezidenti İlham Əliyev yeni imkanların yarandığını qəbul edir. Əminəm ki, bu şəraitdə həmsədrlər iki dövlət başçısının rəsmi sammitinin təşkili üzərində çalışırlar”, […]

Problemli kreditlər: Kim nə qədər, necə ödəyəcək, pulunu bankdan necə alacaq? – SADƏ İZAH

Tanınmış iqtisadçı Qalib Toğrul prezident İlham Əliyevin dünən problemli kreditlərlə bağlı imzaladığı fərmanını sadə dillə əhali üçün izah edib.  Turkustan.info-nun Bakupost.az-a istinadən xəbərinə görə, iqtisadçı nümunələrlə izah elədiyi fərmana görə kimin banklara nə qədər kredit ödəyəcəyini, kimin banklardan nə qədər pulu geri alacağını və s. açıqlayıb.  Q.Toğrulun sadə dillə və […]

Nərimanovda Novruz yarmarkası təşkil olunub

Paytaxtın Nərimanov rayonunda Novruz Yarmarkası təşkil olunacaq. Turkustan.info xəbər verir ki, yarmarkanın təşkilində məqsəd Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, müxtəlif çeşid seçimi və əlverişli qiymətə almaq imkanının yaradılmasıdır. Bildirilir ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı […]

Dövlət və bələdiyyə idarəçiliyinin mahiyyəti: Oxşar və fərqli cəhətləri

İdarəetmə nəzəriyyəsinə əsasən idarəçiliyin müxtəlif növləri və formaları vardır. Buraya özəl sektor, içtimai və digər təşkilatlarda müxtəlif idarə etmə formaları daxil olsada insan və cəmiyyətin idarəçilik mexanizmi dedikdə bir mənalı olaraq mərkəzi dövlət hakimiyyətini təmsil edən dövlət idarəçiliyi və yerli özünü idarəetmə orqanı olan bələdiyyə idarəçiliyi başa düşülür. Sual yarana […]

Market əməkdaşları kütləvi şəkildə zəhərləndi – AÇIQLAMA

Cəlilabad rayonunda “Green Store” marketinin əməkdaşları zəhərlənib. Məlumata görə, kütləvi zəhərlənmə kimyəvi məhluldan olu. Turkustan.info bildirir ki, Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, ötən gün saat 17:00 radələrində 15 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib:  “Onlardan üçünün vəziyyəti orta-ağır olub. Digərləri ilkin tibbi yardımdan sonra evə […]

“Xocalı üçün paylaş”: Kampaniya “Twitter”də rekord vurdu – 12 saat trend, 55 milyon baxış

“Palmali” Şirkətlər Qrupu, “Yeni Çağ” Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkil etdiyi Kampaniyanın yekun nəticələri qiymətləndirilib. “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası Təşkilat Komitəsinin açıqladığı məlumata əsasən, Kampaniyanın startından ötən 24 saat ərzində sosial şəbəkə istifadəçiləri tərəfindən ümumilikdə 51 min 322 tvit paylaşılıb. Həştəqlər toplam olaraq, 33 […]

Bu gündən Azərbaycanda minimum əməkhaqqı və pensiya artır

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə bu gündən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır. Hər iki artım respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə […]

Paşinyanın İrandan Türkiyə mesajı: “Ön şərt irəli sürmədən…”

Ermənistan baş naziri Nikol Paşinyan İrana səfəri zamanı Türkiyəyə də mesaj göndərib. Turkustan.info xəbər verir ki, o, Türkiyəyə mesajı İrandakı erməni diasporu ilə görüşü zamanı səsləndirib. Baş nazir bildirib ki, erməni tərəfinin davranışlarında dəyişən bir şey yoxdur: “Ermənistan Türkiyə ilə qeyd-şərtsiz və ön şərt irəli sürmədən əlaqələrin normallaşmasını istəyir. Ancaq Türkiyə […]

Qonşusunu görüşə çağırdı, 20 il əvvəlin “namus” qisasını aldı – Dəhşətli qətl

Şabran rayonunda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub. […]

Məmur olmaq istəyənlər imtanah verəcək – DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mart 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Turkustan.info DİM-ə istinadən bildirir ki, imtahana qeydiyyat 15 mart saat 17:00-dək davam edəcək.  İmtahan Əbdülvahab Salamzadə […]

İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sənəddə deyilir: 1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək […]

Təcili! Separatçı Fəxrəddin Abbasov saxlanıldığı təcridxanadan “yoxa çıxdı”

Ötən il Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada saxlanılan talış separatçısı Fəxrəddin Abbasov (Faxrodin Aboszoda) Lyubertsı şəhər İstintaq Təcridxanasından “yoxa çıxıb”. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatındakı mənbə bildirib. Daha sonra Abbaszadənin vəkili məlumatı təsdiqləyib. F.Abbaszadə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bir […]

Dollar kreditinə ediləcək güzəşti necə hesablamalı? – QRAFİKA

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmanla 800 min insanın problemli kreditinə güzəşt olunub. Dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb.  Tukustan.info Oxu.Az-a istinadən kredit […]

AZƏRTAC: Səkkiz dildə gündəlik 500 xəbər – AD GÜNÜ

Bu gün rəsmi xəbər agentliyi AZƏRTAC-ın ad günüdür. Turkustan.info Modern.az-a istinadən 99 yaşlı agentliklə bağlı yazını təqdim edir. Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC təlatümlü, geosiyasi baxımdan olduqca mürəkkəb, eyni zamanda, xalqımız üçün taleyüklü bir dövrdə yaranmışdı. Hadisələrin axarının hər an dəyişdiyi, müstəqil dövlətimizin başı üzərində qara buludlar dolaşdığı vaxtlar idi. […]

Xərçəngin qarşısını alan yeni üsul: TAPILDI

Danimarkanın Kopenhagen Universitetinin mütəxəssisləri xərçəngə qarşı yeni mübarizə üsulu tapıb. Turkustan.info xəbər verir ki, bu barədə Phys.org-da yayılan məlumatda bildirilir. Mexanizm DNA-nı mutasiyadan qoruyur və xərçəngin inkişafının qarşısını ala bilər. Mütəxəssislər bildiriblər ki, bu dəfə onlar insan oqranizmindəki hüceyrələrdə 53BP1-i öyrəniblər. Onlar markalanaraq mikroskop vasitəsilə hüceyrələrin bir neçə nəsil dəyişməsi […]

ABŞ əsgərləri Suriyadan 50 ton qızıl apardı

Amerika ordusu Suriyadan 50 tona yaxın qızıl çıxarıb. Turkustan.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Bildirilir ki, amerikalılar bu qızılları təhlükəsizliklərinə təminat verdikləri silahlılardan alıblar. Agentliyin məlumatına görə, terrorçular son müqavimət qalaları olan Deyr əz-Zorun Baqhuz məntəqəsi yaxınlığında gizlətdikləri 40 tona yaxın qızılı ABŞ hərbçilərinə veriblər. Bildirilib ki, […]

Fərman 10 min dollardan çox kreditə bu halda aiddir

Fərmanda söhbət qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min dollaradək xarici valyutada olan əsas kredit borclarından gedir. Turkustan.indo xəbər verir ki, bu sözləri Prezidentin fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı fərmanını dəyərləndirən iqtisadçı Qalib Toğrul deyib. O bildirib ki, kompensasiyalar 1 yanvar 2012-ci ildən 28 fevral 2019-cu ilə kimi […]

Baş nazir kommunal xidmətlərə görə tariflərdə dəyişiklik etdi

Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin  Qərarında dəyişiklik  edib. Turkustan.info xəbər verir ki, sözügedən Qərarın 3-cü hissəsinin “a” bəndi ləğv edilib.   Həmin bənddə nəzərdə tutulurdu:  a) qismən özəlləşdirilmiş […]

ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim

Deyir ki,- “İqtisadiyyatı üç amil irəli aparır. Əmək gücü və onun məhsuldarlığı, kapital qoyuluşu və onun yaratdığı dəyər, bir də texnoloji inkişaf. Və ən başlıcası yüksək nəticəyə doğru istiqamət düzgün olmalıdır. Məsələn, el dili ilə belə söyləmək olar: Yardımlı rayonuna getmək üçün əgər Qazax-Gəncə yolu ilə irəliləsək, xeyli vaxt itirəcəyik. […]

Aİİ-nin Xocalı faciəsi haqqında hazırladığı məqalə Türkiyə mətbuatında dərc olunub

Türkiyənin“Anadolu” xəbər agentliyi və“Millet”qəzetində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlıhazırladığı məqalədərc olunub. “Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!” başlıqlı məqalədə qeyd olunur: “Türkmənçay müqaviləsindən sonra böyük axınla qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər öz havadarlarının dəstəyi ilə azərbaycanlıları doğma yurdlarından çıxararaq, özgə yurdda özlərinə “vətən” yaratmağa nail oldular. Sözügedən müqavilədən sonra, […]

ABŞ Ben Ladenin oğlunun “başına” mükafat qoydu

Amerika Birləşmiş Ştatları Əl-Qaidə terror qruplaşmasının keçmiş lideri Usama Ben Ladenin oğlu Həmzə barədə məlumat verən şəxsə bir milyon dollar mükafat veriləcəyini elan edib. Bu barədə BBC məlumat yayıb. ABŞ dövlət departamenti Həmzə Ben Ladenin terrorçu qruplaşmanın yeni rəhbəri olacağından ehtiyat edir. Son bir neçə ildə o, müxtəlif səs və videoyazılar yayaraq, tərəfdarlarını […]

Sabah Bakıda qasırğa olacaq? – Nazirlik açıqladı

İranın Kirman vilayətində müşahidə edilən qum qasırğası ölkəmizdə müşahidə olunmayacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah günorta saatlarında zəif tozun miqdarının bir qədər artması müşahidə olunsa da, bu, İrandakı kimi dəhşətli […]

Gürcüstan Qarabağda Azərbaycana dəstək verməyi qərara alıb

Salome Zurabişvilinin Bakıda səsləndirdiyi bəyanat Ermənistanda qorxu doğurub Gürcüstan prezidenti Salome Zurabaşvilinin ilk rəsmi səfər etdiyi dövlət kimi Azərbaycanı seçməsi və Bakıda verdiyi açıqlamalar Ermənistanda ciddi narahatlıq doğurub. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Salome Zurabaşvili Bakıda Azərbaycanın dost ölkə adlandırmaqla və yeni iqtisadi əlaqələrdən bəhs etməklə yanaşı ölkəmizin ərazi bütövlüyünü […]