Gün: Mart 2, 2019

Kəşfiyyat prezidenti devirmək üçün MOSSAD-la görüşüb?

Sudan kəşfiyyatının rəhbəri Salah Abdullah Münhen Təhlükəsizlik Konfransında MOSSAD rəhbəri ilə gizli görüşməsi barədə yayılan xəbərləri təkzib edib. Turkustan.info xəbər verir ki, bu barədə Sudan dövlət televiziyası məlumat yayıb. Açıqlamada Sudanın gizli şəkildə hərəkət etməyə, milli prinsiplərə və siyasətə zidd yol izləməyə ehtiyac duymadığı bildirilib. Sudan kəşfiyyatının ölkənin xarici siyasətinə […]

“Gec-tez itirilmiş haqlarımızı Arazın güneyindəki torpaqlarımızda təmin edəcəyik” -Elməddin Behbud

Elməddin Behbud Demoktarik Azərbaycan Naminə İctimai Birliyin sədri Bir neçə gündür cənubdakı qonşumuzda, tarixi Azərbaycan, türk torpaqlarında baş verən hadisələri əks etdirən, hamımızda həyacan yaradan foto və video materialları izləyirik. Xocalı soyqırımının sabahısı günü bir açıq və bir gizli olmayan düşmənimizin yer aldığı eybəcər tablo barədə xüsusi olaraq nəsə deməyə ehtiyac görmürəm. Amma dünən Təbrizdəki […]

Azərbaycanda facebook istifadəçilərin aktivliyi azalıb

2019-ci ilin fevral ayında, Azərbaycanda facebook istifadəçilərinin fəallığı, yanvar ayı ilə müqayisədə 7,5 faiz azalıb. Turkustan.info xəbər verir ki, Global Stats statistik mərkəzinin martın 1-nə olan məlumatına görə, facebook-un Azərbaycanın sosial media bazarında payı 36,3 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,4 faiz çoxdur. Populyarlığına görə facebook […]

Prezident olsam, Saakaşvilini geri qaytaracam – Qriçenko

Əgər prezident olsam, Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edəcəyəm. Bunu “Novoye vremya” portalına müsahibəsində Ukrayna prezidentliyinə namizəd Anatoli Qriçenko deyib. “Əgər Saakaşvili Ukraynaya geri qayıtmaq istəsə, mən onun Ukrayna vətəndaşlığını bərpa edəcəyəm. Hesab edirəm ki, onunla çox kobud, qanunsuz davranılıb. Yenə qeyd edirəm ki, hər şey Saakaşvilinin istəyindən asılı olacaq” […]

Kreml Paşinyanı silahla “cilovlayır”

Rusiya işğalçı Ermənistanı silahlandırmaqda davam edir. Belə ki, Ermənistan müdafiə nazirinin müavini David Paxçanyanın rəhbərlik etdiyi nümayəndə heyəti rus silahlarının yeni partiyasının tədarük edilməsi barədə danışıqlar aparmaq üçün Moskvaya gedib.Daha öncə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bildirmişdi ki, Rusiya qırıcı təyyarələrin alınması üçün Ermənistana 100 milyon dollar […]

Putinlə Ərdoğanın birləşməsi təhlükəlidir – Erin

Ankaranın Moskvadan S-400 raketlərini alması Vaşinqtona atılmış bir yumruqdur. Turkustan.info xəbər verir ki, bu barədə “Vaşinqton Eksaminer” qəzetinin jurnalisti Erin Dann qeyd edib . Tükiyənin Rusiya raketlərini almasının ittifaqın birləşmiş müdafiə sistemini təhlükəyə salacağını bildirən jurnalist bu raketin NATO sistemləriylə uyğun gəlmədiyini vurğulayıb. Həmçinin o qeyd edib ki, Moskva NATO-nun […]

Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib. Turkustan.info-nun AZƏRTAC-a istinadən məlumatına görə, GAK sədri Hüseyn Yusubov bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib. Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl […]

Vanqanın Ukrayna proqnozu – “Prezident o olacaq”

Bolqar görücü Vanqa nənənin gələcək nəsillərə ötürdüyü ismarış əsasında martın 31-də Ukraynada keçiriləcək prezident seçkisində kimin qalib gələcəyini müəyyənləşdirmək mümkün olub. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, belə bir iddia ilə çıxış edən xarici medialardan birinin fikrincə, görücünün ismarışı həmin şəxsin xarakterinin cizgilərini müəyyənləşdirməyə imkan verir. Vanqa gələcək prezidentin öz […]

İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı

Prezident İlham Əliyev “Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan […]

Türkiyə ilk milli qırıcısını nə vaxt təqdim edəcək?

Türkiyə öz istehsalı olan qırıcını təqdimatını 2023-cü ildə keçirəcək. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay deyib. Onun sözlərinə görə, Türkiyə qırıcısının ilk sınaqlarına 2026-cı ildə start veriləcək. O, qırıcının silahlanmaya 2031-ci ildə qəbul etmək niyyətlərində olduğunu bildirib. Qeyd edək ki, bundan öncə Türkiyənin öz qırıcısını […]

Bu möcüzəvi meyvə Bakıda hər yerdə satılır – MİNBİR DƏRDİN DƏRMANIDIR

Avokadonun tərkibində bir çox faydalı mineral mövcuddur. Bu səbəbdən də dietoloqlar hamının qida rasionuna bu faydalı meyvəni daxil etməyi məsləhət bilirlər.  Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, əgər sizin bu meyvəyə heç bir allergiyanız yoxdursa, onda istənilən miqdarda istifadə edə bilərsiniz. Avokadonun tərkibində faydalı yağlar çoxdur. Bu yağlar orqanizmdə olan […]

Problemli kreditlərlə bağlı kompensasiyaları almaq üçün nə etməli? – Beş cavab

Problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bir çox suallar yaranıb.  İqtisadçı Vüqar Bayramov prezident İlham Əliyevin müvafiq fərmanından irəli gələn və bu məsələ ətrafında ən çox verilən beş sualı “Facebook”hesabında cavablayıb. “1. Kompensasiya kredit xəttinə, yoxsa əsas kredit borclarının qalıq məbləğinə əsasən hesablanacaq?  Fərman kredit xətti 10 min dollardan çox olan kreditlər […]

Ruhun şad olsun, Fərman Kərimzadə!

Ötən əsrin 80-ci illərinin gəncləri onun kitablarını acgözlüklə oxuyurdu. İlk dəfə Şah İsmayıl Xətaini bizə o, tanıtdırdı, Abbasqulu ağa Şadlinskini o, sevdirdi. Əsərləri çoxumuzun evində masaüstü kitab idi. Onu yaxından görməyi, onunla ünsiyyətdə olmağı hər bir kitabsevər arzulayırdı… Bəli, Fərman Kərimzadə Azərbaycanın sevilən yazarlarından biri olub. O, 1937-ci ildə Vedi […]

Milliyyətçi gənclər Bakıda İran Səfirliyi önündə aksiya keçirdilər- VİDEO

Bu gün Millətçi Gənclər Təşkilatının fəalları İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında piket keçiriblər. Turkustan.info xəbər verir ki, aksiya iştirakçıları İran prezidenti Həsən Ruhaninin fevralın 11-də İslam inqilabının 40 illiyi ilə əlaqədar etdiyi çıxışda Azərbaycan əleyhinə söylədiyi fikirlərə, İran hökumətinin Ermənistana dəstək verməsinə, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanın […]

Qənirə Paşayeva Şri-Lankada 2-ci beynəlxalq qadın konfransında iştirak edib

Millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçirilən “Qadınların gələcəyi 2019” adlı 2-ci beynəlxalq konfransda iştirak edib və burda aparılan müzakirələrdə fəal iştirak edib. Eyni zamanda millət vəkili Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları – İqtisad Universitetinin prorektoru Səadət […]

“Hərbi yönümlü təşkilatlarla da görüş keçirilsin” – QHT sədrindən təklif

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızının müraciətini təqdim edirik:  Cənab Prezident, 2017-ci ildə sizə bir müraciət ünvanlamışdım . Müraciət belə başlayırdı, Cənab Prezident, bilirsinizmi xalqımız necə yaşayır? Xalqın yaşayış səviyyəsinin aşağı olduğu, hər an haqlarının tapdandığı barədə yazırdım. Yazırdım ki, bir çox vətəndaşlar kimi mənim də maaşım azdır. […]

Yağış və qar yağacaq, güclü külək əsəcək – Xəbərdarlıq

Martın 3-ü gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, yarımadanın bəzi yerlərində arabir 25 m/s-dək güclənəcəyi gözlənilir Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, […]

Gəncə hadisələrinə görə həbs edilənlərlə bağlı qərar verildi

Gəncə hadisələri ilə bağlı həbs edilən Cabir Əzizov, Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev və Sabir Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info-nun ONA-ya istinadən xəbərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, C. […]

İranı müdafiə, yoxsa casusluq? – Siyasətçilərdən sərt reaksiyalar

Son günlər Azərbaycan ictimaiyyətində və siyasi çevrəsində ən çox müzakirə olunan mövzuların başında heç şübhəsiz, İran-Azərbaycan münasibətləri gəlir. İran prezidenti Həsən Ruhaninin dolayısı ilə Azərbaycana qarşı torpaq iddiası və bu azmış kimi erməni prezidenti Paşinyanın özçəkimində arxa fonda ”Qarabağ Ermənistanındır və son” plakatının olması ciddi tənqidlərə yol açıb. Ümumilikdə, məlum […]

Dənizdən sonra meşələr də çəpərlənir: Bir qərarın yaratdığı 4 problem

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşələri çəpərləmək qərarına gəlib. İctimaiyyətə açıqlama verilib ki, meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb. Nazirliyin sektor müdiri Sadiq Salmanov bildirib ki, bununla həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, […]

Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı: “Mənim hökumətlə nə problemim olasıdır ki..?”

“Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”. Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib. Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil: “Məni […]

Sağlamlıq imkanları məhdud uşaqlara 200 manat ödəniləcək

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlər aprelin 1-dən 83 faiz artım edilməklə 82 manatdan 150 manata çatdırılacaq.   Turkustan.info bildirir ki, bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.  Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunub. Bununla da, […]

Fərhad Bədəlbəylidən Zeynəb Xanlarovaya etiraz: “Camaatın dərdi var” – Video

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına münasibət bildirib.  Turkustan.info-nun məlumatına görə, məşhur pianoçu müğənninin “Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” – deməsinə belə reaksiya […]

Mehman Hüseynov AZADLIQDA

Həbsdə olan blogger Mehman Hüseynovun cəza müddəti başa çatıb. Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov bu gün cəza çəkdiyi müəssisədən evə buraxılıb. M.Hüseynov ilk olaraq mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.  Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-də həbs edilib. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə […]

Prezidentin tapşırığı var, yeni qərar veriləcək – Əzizov

Bayılda sürüşmə zonasındakı evlərlə bağlı məsələyə Nazirlər Kabinetində baxılır. Turkustan.info xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, həmin ərazidə bu ilk sürüşmə hadisəsi deyil və sonuncu da olmaycaq: “Bu təbii prosesdir və sürüşmə hadisələri yalnız insan faktoru ilə bağlı deyil. İnsanların oradakı […]

Eldar Əzizov Bakı “mer”inin seçki ilə seçilməsindən danışdı: “Zəif yerləri var”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda və digər böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə münasibət bildirib. E.Əzizov deyib ki, hazırkı struktur daha səmərəli fəaliyyət göstərir. Onun sözlərinə görə, bu məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat qanunvericiliklə […]

Çingiz Abdullayev: Məmurlar bu özbaşınalığa kənardan baxmamalıdır

Bakıda Cəfər Cabbarlının ev-muzeyini sökürlər. Əsas olaraq onu gətirirlər ki, görkəmli azərbaycanlı dramaturqun varisləri torpaq sahəsini və evi özəlləşdirərək, inşaat şirkətinə satıblar və indi onun yerində hündürmərtəbəli bina ucaldılacaq. Muzeyi isə birinci mərtəbəyə yerləşdirəcəklər. Görünür, yazıçının yaşadığı evin sökülərək, əşyalarının onun “müasir surət”inə köçürülməsi dünya mədəniyyətində yeni trendə çevrilib. Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycanın […]

Novruz yarmarkalarındakı qiymətlərdən razısınız? – VİDEO

Novruzun gəlişinə artıq sayılı günlər qalıb. Su çərşənbəsini yola salsaq da qarşıda bizi Od, Yel, Torpaq çərşənbəsi gözləyir.  Bayramqabağı paytaxtın bir neçə nöqtəsində yarmarkalar təşkil olunub.  Baku TV-nin əməkdaşları qiymətlərlə maraqlanmaq üçün həmin yarmarkalara üz tutub.  İlk olaraq Novruzun simvolu hesab edilən səmənilərin qiyməti ilə maraqlanıblar. Qiymətlər 1 manatdan başlayır. […]

ABŞ PKK-nın terrorçu təşkilat statusunu təsdiqlədi

Birləşmiş Ştatlar Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 1 mart tarixli bəyanatında deyilir. Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır. Türkiyə və bir sıra qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən PKK kürd muxtariyyəti yaratmaq niyyətindədir. Ankara bunu öz ərazi […]

20 yaşında ABŞ-da əməliyyat aparan azərbaycanlı cərrah

Belə bir oğulu necə bağrına basıb, alnından öpməyəsən, mümkün deyil. Bəli, bu biçimdə övladlar yetişdirən xalqın qarşısında baş əyməmək günahdır, onların varlığına sevinməmək insanlıqdan olmaz… 28 yaşın içindədir, amma 28 il iş təcrübəsi olan bəzi həkimlərdən çox iş görüb, çox adama şəfa verib, necə deyərlər, bu insan, sanki anadan cərrah […]

Tehran İrəvanın arzusunu icra edə biləcək? – Şərh

İran və Ermənistan arasında iqtisadi əməkdaşlığın perspektivinə inanmıram. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan çoxdandır ki, İrana səfər etməyi arzulayırdı: “İqtisadi zəmində hesab etmirəm ki, elə böyük əməkdaşlığa nail olunsun. Çünki Ermənistan iqtisadi perspektivi olmayan ölkədir. İranın Ermənistana […]

Aİİ-də millət vəkili Fazil Mustafa ilə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Fazil Mustafa ilə görüş təşkil olunub. Aİİ rektoru Ceyhun Məmmədov tədbiriştirakçılarını salamlayaraq,  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb. Rektor daha sonra bildirib ki, İnstitut […]

Hüquqi şəxslərin də kredit problemi həll ediləcək

“Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib. Həmin şəxslər banklardan manatla kredit alsalar da, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar”. Turkustan.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində bildirib. Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı […]

Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı – FOTO

Bərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib. Turkustan.info bildirir ki, bu barədə Report məlumat yayıb. O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib.  Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, altı yaşlı övladını da götürüb və […]

Milli Oftalmologiya Mərkəzinin Şəki şəhərində keçirdiyi aksiya çərçivəsində 204 nəfər müayinə olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını fevralın 28-də və martın 1-də Şəki şəhərində keçirib. Mərkəzin elmi-məlumat, tədris və təşkilati metodik bölməsindən AZƏRTAC-a verilən xəbərə görə, aksiya zamanı 204 nəfər müayinə olunub. Müayinələr zamanı pasiyentlərdə ən çox refraksiya patologiyaları – miopiya, hipermetropiya, astiqmatizm, o cümlədən katarakta […]

“Qarabağ bizimdi, bizim olacaq” – “Traktor”un oyununda Ermənistan bayrağı yandırıldı (VİDEO)

İran çempionatının 20-ci turunda “Traktor Sazi” doğma meydanda “Sepahan”ı qəbul edib. Təbriz klubu Mehdi Mehdipur və Entoni Stouksun vurduğu qollar sayəsində rəqibini 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 37-yə çatdırıb. Hazırda 5-ci pillədə qərarlaşan “Traktor Sazi” lider “Persepolis”dən 4 xal geri qalır. Oyunun gedişində “Səhənd” stadionuna toplaşan azarkeşlərin “Qarabağ […]

Azərbaycana 200 Min Çinli Gələcək

Martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Turkustan.info XəbərAl.az-a istinadən  məlumatına görə, memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini […]