Be. İyl 22nd, 2019

“Qarabağ bizimdi, bizim olacaq” – “Traktor”un oyununda Ermənistan bayrağı yandırıldı (VİDEO)

İran çempionatının 20-ci turunda “Traktor Sazi” doğma meydanda “Sepahan”ı qəbul edib.
Təbriz klubu Mehdi Mehdipur və Entoni Stouksun vurduğu qollar sayəsində rəqibini 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 37-yə çatdırıb. Hazırda 5-ci pillədə qərarlaşan “Traktor Sazi” lider “Persepolis”dən 4 xal geri qalır.
Oyunun gedişində “Səhənd” stadionuna toplaşan azarkeşlərin “Qarabağ bizimdi, bizim olacaq” şüarını səsləndirmələri diqqət çəkib. Həmçinin fanatlardan bəziləri Ermənistanın bayrağını yandırıblar.
/sport7.az/