Gün: Mart 3, 2019

Bu binalardan mənzil almaq olmayacaq – VİDEO

Dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərin satışı sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. Buna görə də, belə binalarda mənzillərin satışına qadağa qoyulmalıdı. Bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub. Ekspertlər də bildirir ki, belə binalardan mənzil alan vətəndaşlar bir neçə problemlə qarşıla bilər. Turkustan.info xəbər verir ki, əmlak […]

Bu nazirliklərə yeni vəzifələr həvalə edildi

Vergilər və Maliyyə nazirliklərinə yeni vəzifələr həvalə edilib. Turkustan.info-nın məlumatına görə, Prezident İlham Əliyevin 1 mart 2019-cu il tarixli fərmanı ilə Vergilər və Maliyyə nazirliklərinin Əsasnamələrinə müvafiq dəyişikliklər edilib. Hər iki nazirlik “Mühasibat uçotu haqqında” qanun ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirəcəcək. Eyni zamanda Vergilər […]

Qənirə Paşayeva Şri-Lankada: Fəal qadınlarla görüş – Foto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva beynəlxalq qadın konfransı çərçivəsində Şri-Lankanın rəsmiləri, təşkilat rəhbərləri və Pakistanın fəal qadınları ilə görüşüb. Turkustan.info xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu vurğulanıb, qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da […]

Təbrizlilərin Zərifə Qarabağ müraciəti: Nikola etiraz

Təbrizin 60-a yaxın tanınmış ziyalısı Tehranda “Ararat” klubunun iclasını qınayaraq, İran xarici işlər nazirinə açıq məktub ünvanlayıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, Təbrizin bir qrup mədəniyyət, incəsənət və KİV nümayəndəsinin imzaladığı məktubda İranın Qarabağla bağlı siyasəti, Ali dini rəhbərin iştirakı ilə keçirilən görüşdə baş verən hadisələr və Paşinyanın erməni icması […]

25 ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy çalındı – FOTO

İyirmi beş ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub. Turkustan.info xəbər verir ki, Həziyeva Aynurə Arif qızı ilə Fərhadov Akif Maşallah oğlunun toy mərasimi keçirilib. Toyda Cocuq Mərcanlının bütün sakinləri iştirak ediblər. Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da […]

Tərtərdə ermənilər üçün gizli videoçəkiliş aparan Rusiya vətəndaşı sərbəst buraxıldı

Tərtərdə videoçəkiliş aparan Rusiya vətəndaşı sərbəst buraxılıb. Turkustan.info “Report”a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə dünən rayonun Bəyimsarov kəndində baş verib. Kənddə çəkiliş aparan Rusiyanın Krasnodar vilayətinin sakini İdiqov Alu Alamaxmadoviç polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Naftalan şəhərində sanatoriyada olan İ.A.Alamaxmadoviç video və […]

Tehranda erməni konsulluğuna vərəqələr yapışdırıldı – Foto

Güneyli soydaşlarımızın Ermənistan baş naziri Nikol Paşinyanın Tehran səfərinə və “Ararat” idman klubunda erməni icması ilə görüşdə “Qarabağ Ermənistandır və Son” plakatının qaldırılmasına kəskin etirazları davam edir. Turkustan.info xəbər verir ki, dünən Tehrandakı Ermənistan konsulluğunun binasına soydaşlarımız tərəfindən bu addımı pisləyən vərəqələr yapışdırılıb. Fotoları təqdim edirik: /axar.az/ 292 Baxılıb

Sürücülər sürət həddini niyə aşır? – Psixoloqdan açıqlama

Azərbaycanda baş verən yol qəzalarının səbəbləri arasında sürücülərin sürət həddini aşması, zərərli vərdişlərdən istifadə, diqqət əskikliyi və s. göstərilir. Əksər halda bunların kökündə sosial-psixoloji faktorların dayandığı bildirilir. Ümumiyyətlə, yol, avtomobil qəzalarının baş verməsində sürücü psixologiyası nə dərəcədə rol oynayır? Həmin vaxt sürücülərin psixoloji durumu hansı vəziyyətdə olur? Avtomobil idarə edərkən […]

Bu gün milli parklara giriş pulsuzdur

3 mart – Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar milli parklarda bu gün “Açıq qapı” günü keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Modern.az-a bildirib ki, bu gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək: “Açıq qapı” günü səhər saat 09:00-dan axşam saat 18:00-dək davam edəcək. […]

Suriyanın adı dəyişdirilsin – Kürdlər tələb etdi

Kürdlər Suriya Konstitusiya Şurasının fəaliyyəti zamanı konstitusiyaya dəyişikliklər edilməsi üçün təkid edəcəklər. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ərbildə keçirilən “Yaxın Şərqdə təhlükəsizlik və müstəqillik” adlı konfransda çıxışı zamanı Suriya kürdlərinin təmsilçisi deyib. Təmsilçinin sözlərinə görə, ilk növbədə ölkənin adı ilə bağlı məsələ həll edilməlidir. Suriya Ərəb Respublikasının adından […]

“Narbala” Kukla Teatrı Sumqayıtda “Cırtdan” tamaşasını təqdim edəcək – BİLETLƏR SATIŞDA

Əziz valideynlər! Martın 17-də Sumqayıt şəhər 4 sayli Diyarşünaslıq klubunda saat 12:00-da “Narbala” Kukla Teatrının səhnələşdirdiyi “Cırtdan” tamaşası təqdim olunacaq. Biletin qiyməti 3 manatdır. Qrup şəklində 10 bilet alana 1 bilet hədiyyə olunur. Ünvan: 6-cı mikrorayon, Zülfi Hacıyev küçəsi, bina 1.  ( Köhnə musiqi məktəbi) Əlaqə telefonu: (018) 644 16 […]

9 qanuni oğru yaxalanıb

Ötən ilin əvvəlindən bu günədək Avropa ölkələrində 137 nəfər Gürcüstan vətəndaşı törətdikləri ağır cinayətlərə görə həbs olunub. Onlardan 9-u qanuni oğru adı almış cinayətkarlardır. Turkustan.info-nun Axar.az-a istinadən məlumatına görə, bu sözləri Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mütəşəkkil cinayətkarlığa qarşı mübarizə departamentinin rəhbəri Mamuka Çelidze deyib.   Onun sözlərinə görə, Gürcüstan polisi […]

Azərbaycanda erməni qəbiristanlığını çəkən çeçen saxlanılıb

Bu gün axşam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb. Turkustan.info Qafqazinfo-ya istinadən xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə […]

Bu şəxslərin maaşı artırıldı – Novruz Məmmədov qərar İMZALADI

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib. Turkustan.info xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədovtərəfindən imzalanıb. Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının, AMEA-nın Gəncə bölməsi aparatında çalışan böyük arxivçi, böyük inspektor və sürücülərin maaşları 193 manatdan 210 manata, arxivçi, makinaçı, katibə-makinaçı, […]

İranın “erməni layihəsi”nə Qərb imkan verməyəcək – Şərh

Qərb İran və Rusiyanın iştirakı ilə ciddi bir enerji layihəsinin ortaya çıxmasına imkan verməz. Bu mənada Karapetyanın açıqlaması Tehranın arzusu ola bilər. Amma bunun hazırda baş verən proseslər fonunda reallaşması inandırıcı görünmür. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Rusiya-Ermənistan-İran-Gürcüstan arasında görüşün keçirilməsi […]

Bu şəxslərin ölkədən çıxışı ilə bağlı qadağa qalxacaq – Fərman

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə dair bütün hüquqi nəticələr ləğv olunacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a vaxtı keçmiş kredit borcları ilə bağlı yaranmış məhkəmə işləri ilə bağlı danışan Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. […]

Azərbaycanda məhsulun ifrat bol və ya qıt olmasının qarşısı alınacaq – VİDEO

Elektron kənd təsərrüfatı sistemi fermerlərin öz məhsullarını daha düzgün istiqamətdə yetişdirib birbaşa bazara çıxarmalarına yardım edəcək. Bu sistem hər hansı bir məhsulun ifrat bol və ya qıt olmasının qarşısını alacaq. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Xəzər Xəbər”ə açıqlamasında deyib. Nazirin sözlərinə görə, bu sistemin ən böyük üstünlüyü fermerlər üçün dövlət xidmətlərinin […]

“Sizi ora yaltaqlanmağa çağırmamışdılar” – Flora Kərimova

Xalq Artisti Flora Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə münasibət bildirib və özünün də mədəniyyət sahəsində bir sıra iradlarının, arzularının olduğunu qeyd edib. Xalq artisti incəsənətin, mədəniyyətin problemlərinin həmin tədbirdə səsləndirilmədiyindən gileylənib: “Bilirsiz, bu elə […]

“Var ol Təbriz!” – Qənirə Paşayevadan təşəkkür mesajı

Qənirə Paşayeva millət vəkili Ah gözəl Təbriz! Sənin hər zaman VƏTƏNƏ, AZƏRBAYCANA pislik edənlərə, düşmən baxanlara, düşmənlik edənlərə, səmimiyyətsizlərə verdiyin cavablarla fəxr etmişik. Bu cavabın kimi… İşğalçı Ermənistanın baş naziri Paşinyanı Xocalı soyqırımının ildönümü günlərində İranda, rəsmi Tehranda isti görüşlərlə qarşılayanlara, İslam birliyindən dəm vurub 1 milyon azərbaycanlının evinə dönməsinə […]

“Yaxın günlərdə daha təsirli islahatların və yeniliklərin şahidi olacağıq” -Azay Quliyevdən gündəm dəyərləndirməsi

“Bu gün dövlət vətəndaş biliriyi, iqdidar-vətəndaş həmrəyliyi daha da güclənir və bu islahatların əsasını və motivasiyasını təşkil edir” Turkustan.info Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyevin Musavat.com-a müsahibəsini təqdim edir: – Azay müəllim, son aylarda Azərbaycan prezidenti İlham Əliyev sosial sahədə kompleks islahatlar […]

Damar tıxanmasının qarşısını alan içki — SADƏ RESEPT

Qeyri-düzgün qidalanma, çox yağlı yeməklər damar tıxanıqlığına səbəb olur. Damarların tıxanıq olması isə ürək-damar xəstəlikləri, infarkt riskini artırır. Damarların daha sağlam olması üçün də qidalanmaya xüsusi diqqət etmək lazımdır. Bəs bunu necə etməli? Turkustan.info e-tibb.az-a istinadən ürək-damar sağlamlığına faydalı olan qidalardan hazırlanan içki reseptini təqdim edir. Bu içki damarları təmizləyərək […]