Gün: Mart 5, 2019

Qənirə Paşayeva Mətin Yaşaroğluna görə Ombudsmana müraciət etdi – Milli Məclisdə

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı Gürcüstanda yaşayan bir sıra soydaşlarımızın pozulan haqlarından danışıb və Ombudsman E.Süleymanovanı Gürcüstanın Ombudsmanı ilə de danışaraq bu məsələni xüsusi diqqətdə saxlamağı xahiş edib. Millət vəkili Q.Paşayeva həmkarı […]

Ohayo ştatında yaşayan azərbaycanlı gənc

Atalar yaxşı deyib- “Niyyətin hara, mənzilin də ora.” Onu da Amerikaya niyyəti gətirib. Elə bu niyyətlə də burada yuva qurub, necə deyərlər, ev-eşik sahibi olub… Haqqında söhbət açdığım Səbuhi Nəsibov 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. 2010-cu ildə həmin şəhərdə fəaliyyətdə olan litseyi bitirib. 2010-2011-ci illərdə Türkiyənin Sivaş Cumhuriyyət Universitetində, […]

Alp dağlarında qədim balıq tapıldı: 240 milyon yaşı var – Foto

Balıqların təxminən 530 milyon il əvvəl yarandığı hesab olunur. Dünyada 33 minə qədər balıq növü var. Turkustan.info xəbər verir ki, Alp dağlarında daha üç balıq növü tapılıb. Tapıntı haqda Münhen universitetinin saytı məlumat verib. Eosemionotus nəslindən olan balıqların təxminən 240 milyon yaşı var. Tapıntı İsveçrənin italyanlar yaşayan Tiçino bölgəsində qeydə […]

İsa Həbibbəylinin oğluna yüksək vəzifə

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb. Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr […]

XIX əsrə qədər ermənilər xalq kimi mövcud olmayıb – Fotofakt

Ukraynalı tədqiqatçı, tarixçi, məşhur erməni əsilli bloger Filipp Ekozyants etibarlı mənbələrə əsasən “erməni” etnoniminin kökləri ilə bağlı apardığı araşdırma haqda yeni bir video paylaşıb. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, tarixçi bir neçə gün bundan əvvəl öz sosial şəbəkə hesabında paylaşdığı materialda yalnız dini icma və qrupların erməni adlandırıldığını qeyd edib. […]

İrandan ikili yanaşma: Azərbaycanlılara “YOX”, ermənilərə “YAŞIL İŞIQ”

İranın hakim rejimi fürsət düşdükcə Azərbaycana qarşı qərəzkar mövqe sərgiləyir.  Bu siyasət özünü bir daha Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana son səfəri zamanı  göstərdi. Qəribədir ki, Xocalı soyqırımının anım tədbirlərini keçirməyə imkan verməyən İran hökuməti Paşinyan erməni icmasının nümayəndələri ilə görüşünə şərait yaratdı. Həmin görüşdə […]

“Finex Kredit”-dən qadınlar üçün “8 mart” aksiyası

“Finex Kredit” 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə endirim aksiyasına başlayır. Şirkətimizə kredit ilə müraciət edən bütün xanımlara faizilərdə 4%-ə qədər endirim olacaq. Kİmlər endirim ala bilər: Bütün qadın müştərilər. Kampaniya müddəti: 3-12 Mart – 2019 “Finex Kredit”- dən 1-ci dəfə kredit götürən qadın müştərilər üçün endirim: 2% “Finex […]

Azərbaycanlıları təhqir edən çeçen üzr istədi – VİDEO

Çeçen “Mansur Starıy” azərbaycanlıların ünvanına işlətdiyi ağır sözlərə görə üzr istəyib. Turkustan.info xəbər verir ki, o, həmin təhqirləri qəzəbli vaxtında söyləyib və işlətdiyi ifadələrə görə üzr istəyir. “Bu, bəzilərinin, o cümlədən mənim də inandığım erməni təxribatı idi. Buna görə mən bütün Azərbaycan xalqından dərin üzr istəyirəm. Bu, utancverici hərəkət idi”, […]

Azərbaycanlı qadınlar Türkiyədən qovuldu

Türkiyənin Dənizli vilayətində polis Pamukkale məhəlləsində yerləşən əyləncə məkanına basqın edib.  Denizlimuhabir.com portalının məlumatına görə, basqın zamanı kafedə qanunsuz fəaliyyət göstərən 20 qadın saxlanılıb.  Onlardan beşi Azərbaycan, səkkizi Özbəkistan, dördü Qırğızıstan, ikisi Qazaxıstan və biri İran vətəndaşıdır.  Saxlanılan şəxslər miqrasiya idarəsinə verilib və sənədləşmə işləri bitdikdən sonra ölkələrinə deportasiya edilib.  /oxu.az/ […]

“Bədən Tərbiyəsi və İdman günü” Sumqayıtda qeyd edildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə şəhərin idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Əməkdar məşqçilər, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider […]

Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt şəhər kitabxanalarında silsiılə tədbirlər keçirilib. Belə ki, Nizami Gəncəvi adına Kitabxana Kluba 28 saylı məktəbin şagirdləri ekskursiyada olublar.  Onlar kitabxananın oxu zalı, abonement şöbəsi, multimedia otağı, nağıl otağı və “Satış məntəqəsi” ilə yaxından tanış olublar. Kitabxanaçılar […]

Bakının mərkəzindəki “çay evi”ndə striptiz klub – VİDEO 18+

Bakının Nəsimi rayonunun bir qrup sakini yaşadıqları ərazidəki fəaliyət göstərən klubdan şikayətçidir. Turkustan.info bildirir ki, sakinlərdən Bakupost.az-a daxil olan müraciətdə bildirilir ki, Nəsimi rayonu, Azadlıq prospekti 64 fəaliyyət göstərən klub illərdir binada yaşayanları narahat etsə də, dövlət qurumları bu barədə heç bir tədbir görmür. Sakinlər deyir ki, yaşadıqları binanın altında […]

Milli Məclisin əməkdaşı İstanbulda beynəlxalq mükafata layiq görülüb

Martın 4-də İstanbulda  Dayanıqlı Sülh və İnkişaf  üzrə Beynəlxalq  Fondunun  Baş Assambleyasının və Direktorlar Şurasının 10 illik yubiley iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşı Şahin Nəbiyev xalqlar arasında dostluq münasibətlərinin təşviqi və etibarlı mühitin yaradılması ilə münaqişələrin qarşısının alınması və həllində davamlı inkişafa və eləcə də separatizm, terrorizm, mütəşəkkil […]

Prezident Rasim Balayevə zəng vurdu: “Dedi ki, bu, siyahını hazırlayanların günahıdır”

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb. Turkustan.info bildirir ki, bu barədə Ölkə.az-a Rasim Balayev özü məlumat verib. “Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 […]

Umud Mirzəyevin başçılıq etdiyi heyət BMT-nin İnsan Haqları Şurasının sessiyasında – FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT-nin Cenevrədə keçirilən İnsan Haqqları üzrə 40-cı sessiyasına və sessiya çərçivəsində keçirilən tədbirlərə qatılıb. Eurasia Diary-nin verdiyi xəbərə görə, 4 mart tarixində BAMF-ın prezidenti Umud Mirzəyev, vitse prezident Ramil Əzizov və BAMF prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina BMT-nin 40-cı sessiyası çərçivəsində […]

Bazar günü iş günü olsun – Deputatdan təklif

Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır. Turkustan.info  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. F.Mustafa bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: “Misal üçün, avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar […]

Əbülfəs Qarayev Rasim Balayevdən üzr istədi

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə xalq artisti Rasim Balayevin iştirak etməməsinə münasibət bildirib. Nazirin sözlərinə görə, ölkədə 270 xalq artisti var: “Həmin tədbir zamanı bütün xalq artistlərinin bir araya gətirilməsi oldyuqca çətin məsələdir. Mənim Rasim Balayevlə gözəl münasibətim var. […]

Erməni ordusu 7 əsgər itirdi – MN-dən gülməli cavab

Ermənistan Müdafiə Nazirliyi son iki ayda Qarabağda ölən əsgərlərinin sayını gizlədib. Turkustan.info xəbər verir ki, “Tert.am” saytı Ermənistanın Baş Prokurorluğuna göndərdiyi sorğuda 2019-cu ilin iki ayında Qarabağda ölən erməni əsgərlərinin siyahısını tələb edib. 2019-cu ilin yanvar-fevral aylarında Ermənistan Müdafiə Nazirliyi hərbi şəraitdə ölən əsgərlərin sayının 3, qeyri-hərbi şəraitdə ölən əsgərlərin sayının […]

Nazirdən Tahir İmanova qadağa qoyulmasına reaksiya: “Onların işinə müdaxilə edə bilmərəm”

“Tahir İmanov və “Parni iz Baku” kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik”. Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri […]

Artıq bu şəxslər də həbs ediləcək – Qanuna dəyişiklik

Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək. Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir. Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə […]

Bu vergi borcları silinir

Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinəcək. Turkustan.info-nun məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri […]

Aprel müharibəsində döyüşmək üçün İspaniyadan Azərbaycana gələn “malış” ləqəbli şəxs kimdir? – FOTO

2016-ci ilin aprel döyüşləri xalqımızın milli vətənpərvərlik dastanına qızıl hərflərlə yazılan tarixi günlərdür. Aprel döyüşləri düşmənin yüzlərlə zabit, əsgəri və onlarla texnikasının məhv edilməsilə yanaşı, bir sıra strateji postların geri qaytarılması ilə nəticələndi. Döyüşlər ölkədə güclü həmrəyliyin yaranmasına təkan verdi. Düşmənin təxribatlarına qarşı xaricdə diaspor təşkilatlarımız aksiyalar, mitinqlər təşkil etdilər. […]

11 yaşlı qızın intihar etməyibmiş – Təfərrüat

Zaqatalada 11 yaşlı qızın intihar etməsi ilə bağlı xəbər yayılıb. Turkustan.info bildirir ki, hadisə barədə Unikal.org-a açıqlama verən Danaçı kənd 1 nömrəli məktəbin direktoru Əsədəli Nəbiyev bildirib ki, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayeva intihar etməyib: “Mərhumun ailəsinin yaşadığı mənzil kürsülüdür. Uşaq oynayan vaxt evə bitişik yığılan taxtaların üzərində […]

Milli Məclisdə Mətin Yaşaroğluna dəstək – Millət vəkilləri jurnalistin müdafiəsinə qalxdı

Deputatlar ermənilərin təzyiqinə məruz qalan Fuad Abbasov və Mətin Yaşaroğlunun hüquqlarının dövlət səviyyəsində müdafiə olunmasını qaldırıb. Turkustan.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa bu gün parlamentdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı çıxış edib. Onun sözlərinə görə, son dövrlərdə Rusiyada ermənilər tərəfindən azərbaycanlı jurnalistlərin təqibə məruz qalması […]

Ziyafət Əsgərovdan Tahir Kərimliyə – İrad

Komitənin iclasında bir sıra məsələləri qaldırmışdım. Hesab edirəm ki, öncədən razılıq alınmadan cəzaçəkmə müəssisələrinə gedilməsi çox müsbət hadisədir. Turkustan.info xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisdə Ombudsmanın məruzəsinin müzakirəsi zamanı səsləndirib. Deputat qeyd edib ki, ölkədə ciddi islahatlar keçirilir, minimum əmək haqları, müavinətlər, təqaüdlər artırılır: “Ancaq bəzən bunun […]

Mehman Hüseynov: “Prezidentə müraciəti özüm yazıb, imzalamışam”

Bloger Mehman Hüseynov evində mətbuat konfransı keçirir.  Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran bloger həbsdə olduğu müddətdə, eləcə də son iki ayda baş vermiş hadisələrə aydınlıq gətirib. O bildirib ki, həbsxanada olduğu müddətdə mübarizəsini davam etdirib: “Bu mübarizə mənə ağır başa gəlib. İlk növbədə bu müddətdə mən […]

Siyavuş Novruzov Dilqəm və Şahbaza qurulan məhkəmədən danışdı

Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir. Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.  O bildirib ki, dini etiqad azadlığı  həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur: “İnsan hüquqları arasında birinci olaraq dini etiqad […]

Kreditə görə kompensasiyalar BU TARİXDƏ VERİLƏCƏK: Bəs vətəndaş nə etməli? – DETALLAR

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman 800 mindən çox insanı əhatə edəcək. Vətəndaşlarda kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı bəzi suallar yaranıb. Turkustan.info xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov fərmanla əlaqədar yaranan bir sıra suallara aydınlıq gətirib. – Kompensasiyaların ödənilməsinə nə vaxtdan başlanılacaq? – Fərmana əsasən, vətəndaşlara kompensasiyanın […]

Yardımlıda dəhşətli qətl – Qaralov və Usubov işi nəzarətə götürdü

Fevralın 23-də Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş verən münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıb, Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.  Turkustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş […]

Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur. Turkustan.info bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O, şagird qəbulunun 13 martdan etibarən başlanıldığını xatırladıb və deyib ki, bu ildən tətbiq edilən texniki yeniliklər valideynlərdə müəyyən qədər narahatlıq yaradır. […]

Parlamentin iclası başladı – Ombudsman hesabat verir

Milli Məclisin yaz sesiyasının növbəti iclası öz işinə başlayıb. Turkustan.info xəbər verir ki, bugünkü iclasın gündəliyinə 18 məsələ daxil edilib. Gündəlikdə duran ilk məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın illik məruzəsi olub. İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının […]

Xilas artıq yoldadır – Saakaşvili Tiflisə səsləndi

Gürcü Arzusu Partiyası və milyarder Bidzina İvanişvili Gürcüstanı girov götürüb. Turkustan.info xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. “Xazaradze bu gün parlamentdəki dinləmələr zamanı mənim İvanişvili və “TBC Bank” haqqında dediklərimi söylədi. Bu gün o, İvanişvilini 3 ağır cinayətdə ittiham etdi. Ölkəni klassik kriminal idarə edir və bütün əhali […]

Pakistanla müharibə başlasa… – Hindistandan şok etiraf

Hindistanla Pakistan arasında mübahisəli Kəşmir bölgəsində baş verən insident iki nüvə gücünün hərbi potensialına dair müzakirələrə səbəb olub. Turkustan.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb. Nəşrin yazdıqlarına görə, Hindistan hökuməti müharibə başlayacağı halda cəmi 10 gün bəs edəcək sursata sahib olduğunu açıqlayıb. Hindistan Məclisinin Daimi Müdafiə Komitəsinin […]

Qan ləkəli yumurtanı yemək düzgündürmü?

Yumurta köhnəlməyibsə, bu zaman insan səhhəti üçün heç bir təhlükə yaratmır Gündəlik qidamıza daxil olan məhsullardan biri də yumurtadır. Turkustan.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, yumurta ilə bağlı bəzən qəribə hadisələrlə də rastlaşırıq. Bu qəribəliklərdən biri də bəzən aldığımız yumurtanın sarısında, yaxud da elə qabığında qan ləkəsinin olmasıdır. Maraqlıdır, A, D, […]

Rusiyada 2050-ci ildə rus qalmayacaq

Rusiyanın ailə, anaların və uşaqların qorunması məsələləri üzrə Patriarx Komissiyasının sədri Dmitri Smirnov 2050-ci ilə kimi Rusiyada rusların tükənəcəyini bildirib. “Regnum” informasiya agentliyinin məlumatına görə, bu barədə Smirnov “Qovorit Moskva” radiostansiyasının efirində etdiyi çıxışda danışıb. Efirdə onun Rusiya müftiləri şurasının sədri Ravil Qaynutdinin 15 ildən sonra Rusiya vətəndaşlarının üçdə bir hissəsinin müsəlman olacağı […]

Azərbaycanda dəhşətli olay: Binanın tüstü bacasında qadın meyiti tapıldı

Bakıda binanın tüstü bacasında qadın meyiti tapılıb. Binəqədi rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Təhminə İsmayıl qızı Nəcəfovanın yaşadığı Atatürk prospekti ev 30/78, “D” blokunda yerləşən tüstü bacasında meyiti aşkar edilməsi barədə daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib, bina sakinlərinin izahatları alınıb və müvafiq ekspertizalar […]

Mütəllibov 27 il sonra istefasından danışdı – VİDEO

Ayaz Mütəllibovun devrilməsindən 27 il ötür. 1992-ci ilin martın 6-sı Azərbaycanın siyasi tarixində prezident Ayaz Mütəllibovun hakimiyyətdən getməsi ilə yadda qalıb. Bu gediş sıradan gediş deyildi. Ölkənin ilk prezidentinin tutduğu yüksək postdan kənarlaşdırılmasına səbəb olan hadisə cəmi bir həftə qabaq baş vermiş, Xocalıda soyqırım törədilmiş və kimlərsə bundan faydalanmışdı. Turkustan.info […]

Kolleci bitirənlərə şad xəbər – Bu qayda ilə ali məktəbə daxil ola biləcəksiniz

Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanmış qaydalar Nazirlər Kabinetinə təqdim edilib. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, hazırda sənəd layihəsi razılaşdırma mərhələsindədir. Qaydaların yeni tədris ili üçün aparılan qəbul kampaniyası dövrünədək təsdiq və builki tələbə qəbulu zamanı tətbiq ediləcəyi […]

Xuraman Hacıyevanın 74 yaşına

Bu fani dünyadan, yalan dünyadan, Gedənlər qurtarır canın, nə dərdi. Ölüm gedənlərə bir sakit ada, Ölüm qalanlara ən ağır dərddir… Biri vardı, biri yox. Bu dünyada Xuraman adlı bir xanım vardı, soyadı Hacıyeva idi. Yaratdığı obrazlar- “Asiya”, “Gülçöhrə”, “Ceyran”, “Qızılgül”, “Rəna”, “Eyzəngül”, “Gülsüm”, “Gülzar”, “Cemma”, “Humay”, “Firəngiz”, “Yetər” və sair […]

Aİİ-də “Qadının müasir cəmiyyətdə yeri və rolu”mövzusunda “dəyirmi masa” təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 4 mart 2019-cu il tarixdə “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda “dəyirmi masa” təşkil olunub. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisiAynur Veysəlova,Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantıSevda Zamanova,Azərbaycan […]

“Onun erməni kəşfiyyatı ilə əlaqədə olduğu bəlli idi” – Deputat

Plüralizm, söz azadlığı, insan hüquqları, etnik və dini azlıqların hüquqları və sair kimi məsələlər beynəlxalq güc mərkəzlərinin milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etdikləri ən effektiv silahdır. Bu universal dəyərlər siyasi istismar vasitəsinə çevrilərək, dəyərsizləşdirilir və qlobal imperializm bunu öz məqsədlərinə çatmaq üçün edir. Turkustan.info bildirir ki, bunu Teleqraf.com-a […]

Kütləvi zəhərlənmə və ölüm – Şəriət ölkəsinə spirtli içki şoku

Güney Azərbaycanın Meşkin şəhərində kustar yolla hazırlanmış saxta alkoqollu içkilərdən 3 nəfər ölüb, 57 nəfər zəhərlənib. Turkustan.info xəbər verir ki, zəhərlənmədən ölənlərdən biri qadındır. Bildirilib ki, zəhərlənənlərin sayı əvvəlcə 23 nəfər olsa da, sonradan onların sayı 57 nəfərə çatıb. Bir nəfər görmə qabiliyyətini itirib. Vətəndaşlara saxta alkoqollu içkilər satmaqda şübhəli […]

Moskvaya alternativ axtarışı İrəvana baha başa gələ bilər

Ermənistanın İranla danışıqlara başlaması Rusiyanın qazın qiyməti ilə bağlı kəskin artıma getməsinin qarşısını almaq məqsədi daşıyır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistanla İran arasında qaz alışına dair danışıqları şərh edən iqtisadçı Natiq Cəfərli deyib. Ekspert sözügedən danışıqları Rusiyanın İrəvana satdığı qazın qiymətinin artırılmasına əks addım kimi qiymətləndirib: “Əslində, İranla […]

Zaqatalada dəhşət – 11 yaşlı qız intihar etdi

Zaqatalada 11 yaşlı qız intihar edib. Turkustan.info ONA-ya istinadən xəbər verir ki, hadisə martın 4-ü axşam saat 23 radələrində rayonun Danaçı kəndində qeydə alınıb.  Kənd sakini, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayevin meyiti yaşadığı evin zirzəmisində yaxınları tərəfindən aşkar edilib. İlkin araşdırma zamanı 11 yaşlı G. Naqqayevin intihar etməsi […]

Maaş nə qədər artıb? – Vahid tarif cədvəli

Nazirlər Kabinetinin Aparat rəhbəri Xələf Xələfov dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlini təsdiq edib. Turkustan.info  qafqazinfo-ya istinadən xəbərə verir ki, qərarın, həmçinin 2 nömrəli əlavəsində Milli Elmlər […]

Dünyanın ƏN VARLI QADINI – 50 milyardlıq sərvəti var

“Forbes” jurnalı dünyanın ən varlı qadınının adını açıqlayıb. Turkustan.info xəbər verir ki, bu, “L`Oreal” kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir. Onun sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir. Betankur-Mayers həmçinin “Forbes”in qiymətləndirməsinə görə, dünyanın ən varlı insanları siyahısında 15-ci sıradadır.  /Publika.az/ 326 Baxılıb

Mübariz İbrahimovun ölümündən öncəki GÖRÜNTÜLƏRİ YAYILDI – VİDEO

Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmamışdan bir neçə ay əvvəlki görüntüləri yayılıb. Bu videogörüntü Mübariz İbrahimovun ölümündən 5 ay əvvəl lentə alınıb. Həmin ilin yanvar ayında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizir kursunda təhsil alan Mübariz İbrahimov zabit dostlarından biri ilə rinqdə məşq edir. Görüntüdəki hündürboylu […]

Niderlandda yaşayan diaspor fəalı yeni layihəyə başladı

Niderlandda yaşayan jurnalist Xatirə Abdullazadə “Qürbətdən xatirə” adlı layihə@gurbetden_xatire instaqram və “YouTube CHANNEL” layihə həyata keçirir. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. X. Abdullazadə deyib ki, məqsəd hər həftənin şənbə günü “Facebook” üzərindən canlı yayım ilə dünyada və Azərbaycanda olan maraqlı insanlarla telekörpü yaradaraq izləyicilərə həm […]

Nyu Yorkda yaşayan azərbaycanlı akademik

Akademik elmi dərəcəsi hər alimə nəsib olmur. Bu adı Rusiya kimi nəhəng dövlətdən almaq isə böyük bir nailiyyətdir. Onun haqqında ölkəmizdə az adamın məlumatı var. Heç sosial mediada da ətraflı nəsə yerləşdirilməyib. Amma fəxr ediləsi soydaşlarımızdan biri də odur… Söhbət akademik Əli Həsən oğlu Nəsibovdan gedir. O, 1942-ci ildə Borçalının […]

Uşaqlarda xərçəng xəstəliyindən necə şübhələnmək olar? – Simptomlar

Xoşbəxtlikdən uşaqlarda bədxassəli şişlər həddən artıq az hallarda təsadüf edilir. Buna baxmayaraq valideynlərin, hər ehtimala qarşı, bu xəstəliklərin əsas əlamətlərini bilmələri vacib hesab edilir. Məlumdur ki, xərçəng xəstəliyıni onun ilkin mərhələlərində müalicə etmək asan olur. Uşaq orqanizminin özünü bərpa etmək xüsusiyyəti böyüklərə nisbətən daha yüksək olur. Buna görə də bütün […]