Gün: Mart 6, 2019

Niderlandda yaşayan azərbaycanlı rəssam

Deyir ki,- “Avropaya dolanışıq üçün gələnlər qalıb vətəndə yaşasalar daha yaxşıdır. Çünki ruzi verən Allahdır, harada olsan səni dolandıracaq. Bura təhsil almaq, bacarıq və istedadlarını daha da təkmilləşdirmək istəyənlər üçün əlverişlidir”… Haqqında söhbət açdığım Rasim Hüseynov rəssamdır. 1964-cü ildə Bakının Zirə kəndində dünyaya gəlib. 1980-ci ildə 241 nömrəli məktəbdə orta […]

Balqabaqla qabağa getmək arzusu…

Seymur Verdizadə  Yaxın günlərdə “Hünər Group”un nəzdində yeni bağça fəaliyyətə başlayacaq. Körpə fidanlarımızın tərbiyəsi ilə məşğul olacaq bu yeni müəssisə “Brave Kids” adlanır. Şirkətin piar meneceri, əziz tələbə yoldaşım Nəsimi Paşayevin sayəsində bağçaya bu cür dəbdəbəli ad tapmaq mümkün olub. Sosial şəbəkə iştirakçıları, xüsusilə də jurnalistlər milli ad seçmədiyinə görə […]

Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb.  Turkustan.info xəbər verir ki, görüşdə Şuranın fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev bildirib ki, Şuranın 2019-cu ildən etibarən 13 yeni elektron xidməti fəaliyyətə başlayacaq. Bu […]

Qənirə Paşayeva: “Ziyalı qadınlarımız gənc qızlar üçüm əsl örnəkdir”

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva  AMEA Qadınlar Şurasının  AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 8 mart – Beynəlxalq qadınlar günü münasibətilə keçirdiyi tədbirdə çıxış edərək KİV-imizi gənc qızlarımıza gözəl örnək olan alim qadınlarımızın cəımiyyətdə daha geniş təbliğinə çağırıb. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik  İradə […]

Türkiyə parlamentinin spikeri: “Azərbaycanda Gülənə işləyən KİV-lər var”

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan hakimiyyətinin Fətullah Gülənin terrorçu hərəkatı ilə mübarizəsini yüksək qiymətləndirib. Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat dərc edib. Bununla belə, o, Milli Məclisin spikeri Oqtay Əsədovla görüşdə o, Gülən hərəkatı ilə bağlı olan bir sıra KİV-lərin fəaliyyətlərini […]

Leyla Yunus ermənilərin tədbirində Azərbaycana qarşı

Özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus Avropa Parlamentində ermənilərin təşkil etdiyi “Armeniafobia” adlı toplantıya canlı qoşularaq çıxış edib. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfov feysbuk səhifəsində məlumat yazıb. “Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər”. Bu xaincəsinə açıqlamanı Avropa […]

İlham Əliyev Ağsuda vətəndaşlarla görüşdü – FOTO

Prezident İlham Əliyev Ağsu şəhərinə səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Bu barədə AZƏRTAC yazır. Dövlətimizin başçısı daha sonra rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib.  Prezident İlham Əliyev Ağsu sakinlərinin ərizələrini qəbul edib.  Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlətimizin başçısı sakinləri narahat edən məsələləri […]

“Rövnəq müəllim kartofu qazana lay-lay qoyurdu, üstünə də…” – MARAQLI AÇIQLAMA (İlk dəfə)

“Mən vaxtı ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla bir yataqxanada qalmışam. Çox yaxın dostlarıq”. Turkustan.info xəbər verir ki, bu sözləri modern.az saytına müsahibəsində Milli Məclisin deputatı İqbal Məmmədov deyib. O, SOCAR prezidenti Rövnəq Abdullayevlə dostluğundan danışıb. Deputat deyib ki, R.Abdullayev çox sadə adamdır, uşaqla […]

Ağalar Vəliyev seçicilərinin problemlərini dinlədi – FOTOLAR

Martın 6-da 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisinin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Goranboy rayion icra hakimiyyətinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında iştirak edib. Turkustan.info xəbər verir ki, hesabat yığıncağında çıxış edən millət vəkili Prezident İlham Əliyevin […]

Ana və qızının öldüyü DƏHŞƏTLİ QƏZA-nın baş verdiyi an – VİDEO

Martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan qəza baş verib. Turkustan.info bildirir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin qəzada 2 nəfər ölüb. Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe […]

İlham Əliyevdən bu qadınlara 8 Mart hədiyyəsi – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında təhsil və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar […]

Ac bəbirlərin insanlara DƏHŞƏTLİ HÜCUMU – Video (Əsəbi zəif olanlar baxmasın)

Afrikada ac bəbirlərin bir yaşayış məntəqəsində insanlara hücumu əks etdirən video kadrlar yayınlanıb. Turkustan.info xəbər verir ki, bəbirlər qarşılarına çıxan hər kəsə hücum edir, onlara xəsarət yetirir. Arzuolunmaz vəziyyətə qəfil yaxalanan sakinlər isə “çağrılmamış vəhşi qonaqlara” qarşı heç bir tədbir görə bilmirlər. Həmin görüntüləri təqdim edirik: (Azyaşlıların və əsəbləri yerində […]

İstanbulda Rəsulzadə Parkı salınacaq – Mübariz Mənsimovdan daha bir örnək addım

“Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin adını Türkiyə paytaxtında əbədiləşdirəcək. Turkustan.info xəbər verir ki, Mübariz Mənsimov İstanbulda Rəsulzadə parkının salınacağını özünün “Facebook” səhifəsində anons edib. Mənsimov qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının 100 il öncə bu millətin qəlbində yandırdıqları istiqlal atəşini […]

“Türk dünyası coğrafiyası” dərsliyinin proqram layihəsi razılaşdırılıb

Beynəlxalq Türk Akademiyasına üzv ölkələrin mütəxəssisləri “Türk dünyası coğrafiyası” dərsliyinin proqramı layihəsini müzakirə etmək məqsədilə Qazaxıstanın paytaxtı Astanada bir araya gəliblər. Turkustan.info xəbər verir ki, üç gün davam edən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin elm və təhsil nazirliklərinin nümayəndələri və coğrafiya üzrə ekspertlər iştirak ediblər. Beynəlxalq Türk Akademiyasının prezidenti […]

Deputatların maaşı 5196 AZN oldu – Spiker 7424, müavin…

Artıq yanvar ayının 1-dən Azərbaycan parlamentinin deputatları yeni ilə yeni və yüksək artımla başlayıblar.  Turkustan.info bildirir ki, bu barədə Mia.az-a adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib. Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əmək haqqı fonduna 2019-cu ilin Dövlət […]

İmişlidə 16 yaşlı qız oğurlandı – Gecə 4 maskalı aparıb

Azərbaycanda adam oğurluğu faktı qeydə alınıb. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, hadisə İmişli rayon Əliqulular kəndində baş verib. Belə ki, gecə saat 04 radələrində kənddəki evlərdən birinə basqın edən 4 nəfər maskalı şəxs rayon sakini 2002-ci il təvəllüdlü Məmmədli Fədayə Sadiq qızını oğurlayıblar. Oğurlanan qızın atası Sadiq Məmmədov bildirib […]

Məhkəmə Mübariz İbrahimovu tənqid edən psixoloqla bağlı qərar verdi

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.  Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib. Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iş […]

“Dövlət əlini çəksə, tariflər dəfələrlə qalxar…” – Nazir

“Kim və necə qiymətləndirir ki, Azərbaycanda məhkəmələr hansı dərəcədə müstəqildir. Biz inanırıq ki, Azərbaycanda məhkəmə müstəqilliyi var”. Bunu Bakıda keçirilən “İqtisadiyyatın Şaxələndirilməsi – Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqtisadçı-ekspert Samir Əliyevin Azərbaycanda məhkəmələrin müstəqil olmaması ilə bağlı iddialarına cavab verərkən […]

Yanan yataqxanadakı köçkünlər çadıra yerləşdirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Nərimanov rayonu ərazisində, M.Məmmədov küçəsində yataqxanada baş verən yanğın barədə məlumat yayıb. Komitədən verilən məlumata görə, yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. Dövlət Komitəsinin müvafiq şöbəsi tərəfindən yanmış otağın və dəhlizin zərər dəyən hissəsinin […]

Akademik Həmid Araslının nizamişünaslıq fəaliyyəti

Əzizağa Nəcəfzadə filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Azərbaycan ədəbiyyatı tarixini mənbələr əsasında, qaynaqlardan əldə olunan məlumatlara istinadən sistemli şəkildə araşdıran ilk ədəbiyyatşünaslarımızdan biri də akademik Həmid Araslıdır. O, “Kitabi Dədə-Qorqud” dastanını, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dünyaca məşhur Azərbaycan şairlərini […]

Aİİ-də Elm Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2018-ci il Sərəncamı ilə hər il 27 mart tarixinin Elm Günü kimitəsis olunması haqqında qərar qəbul edilib. Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) Sərəncamdan irəli gələnmüddəaları əsas götürərək, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə 03 aprel 2019-cu il tarixdə   “İslam sivilizasiyası və elm: tarix və müasirlik” […]

Aİİ-nin “İlahiyyatçı” qəzetinin fevral buraxılışı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin fevral buraxılışı çap olunub. Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında”; “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan  tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları yer […]

Rasim Balayev Şəfiqə Məmmədovanı təhqir etdi: “Satqın və yaltaq bir adamdı”

Məşhur kinoaktrisa Şəfiqə Məmmədovanın “Rasim Balayevin də kabineti olub, indi kabineti yoxdur deyə belə danışır” fikrinə qarşı tərəfdən cavab gəlib. Turkustan.info xəbər verir ki, R.Balayev “Ölkə.Az”a açıqlamasında Ş.Məmmədova barədə sərt ifadələr işlədib: “Şəfiqə Məmmədova ….(qeyri etik ifadələr işlədir) . Mənim kabinetim olmayıb. O kabineti Hökumət Evində kirayə götürmüşdük. Bunun da […]

Azərbaycanda əxlaqsızlıq yuvasına basqın

Ötən gün ölkə ərazisində fəaliyyət göstərən əxlaqsızlıq yuvasında hüquq-mühafizə orqanları tərəfindən reyd keçirilib. Turkustan.info xəbər verir ki, qeyri-qanuni fəaliyyət göstərən əxlaqsızlıq yuvasına edilən reyd zamanı bir çox məqamlar üzə çıxıb. Məlum olub ki, mərkəzdə kiçik otaqların içində hamam inşa edilib və yataqla təmin edilib. Kiçik otaqların hər birindən fahişəliklə məşğul […]

İki qonşu dövlət arasında müharibə təhlükəsi sovuşur

Yaxın vaxtlarda Pakistan nümayəndə heyəti Hindistana səfər edəcək Hindistan və Pakistan arasında münasibətlərdəki gərginlik azalır. Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Şah Mehmud Kureşi bildirib.  Onun sözlərinə görə, ölkə rəhbərliyi səfiri Hindistana geri qaytarmağa qərar verir: “Bu, müsbət addımdır”. Bundan əlavə, yaxın vaxtlarda Pakistan nümayəndə heyəti […]

“Sərdar Cəlaloğlu mənə dedi ki, məgər mən xiyaram?!” – Elman Nəsirov danışdı

“Əgər kişisənsə mənim yazdığım və ya dediyim o fikrin mənbəyini göstər. Mən bu fikri harada demişəm. Amma mənbəni göstərə bilmirsənsə, deməli nakişisən. Gedib oturublar xaricdə, onlara komanda gələn kimi başlayırlar qarayaxma, təhqir, söyüş, gözdənsalma kampaniyasına… Bu mənə qarşı Fransaya sığınan Məhəmməd Mirzəli tərəfindən heç bir fakta söykənmədən edilən həyata keçirilən […]

Nazirlik açıqladı: bu şəxslərə saxta əlillik verilib

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçi qrupu tərəfindən risk faktorlar üzrə araşdırmaların aparılması, əsassız göndərişlər (forma 88) əsasında aparılan əlillik təyinatlarının aşkar edilərək ləğv olunması işləri davam etdirilir. Turkustan.info bildirir ki, nazirlikdən Axar.az-a verilən məlumata görə, 2016-2018-ci illər üzrə hərbi səbəblərlə, xüsusilə Azərbaycanın […]

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 […]

Problemli kreditlərlə bağlı kompensasiya nağd şəkildə ödənilməyəcək

“Azərbaycan Prezidenti İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanın əhatə dairəsinə düşən vətəndaşlara ödəniləcək kompensasiya onların kart hesablarına köçürüləcək”. Turkustan.info-nun xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. İcraçı direktor vurğulayıb ki, vətəndaşların kompensasiyanı almaq üçün banklara […]

BDU-nun müəllimi Türkiyədə Xocalı qətliamından danışıb

Bakı Dövlət Universitetinin (BDU) kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan Türkiyədə ezamiyyətdə olub. BDU-dan Turkustan.info-ya bildiriblər ki, K.Aslan Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə reallaşan səfər çərçivəsində məktəblərdə keçirilən tədbirlərdə məruzələrlə çıxış edib. O, orta məktəblərin V-XII siniflərində təhsil alan şagirdlərlə görüşlərdə Ermənistanın […]

İranda Qarabağla bağlı aksiyalar davam edir – VİDEO

İranın Zəncan şəhərində universitet tələbələri rəsmi Tehranın Ermənistanı dəstəkləməsinə etiraz olaraq aksiya keçirib. Onlarla tələbə əllərində “Qarabağ bizimdir” yazılı plakatlar tutaraq, təhsil ocağının qarşısına toplaşıb. Aksiya iştirakçıları bir ağızdan “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndirib. Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın İran səfəri ölkədə yaşayan azərbaycanıların kütləvi narazılığına səbəb olub. […]

Prezidentin kredit fərmanından kimlər yararlana bilməyəcək?

“Bir neçə bankda 10 min dollardan çox krediti olanlara kompensasiya ödənilməyəcək”. Turkustan.info xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.  “Əgər bir neçə kreditin ümumi məbləği 10 min dollardan çoxdursa, həmin şəxs fərmanın əhatə dairəsinə düşmür. Çünki fərman yalnız 10 min dollara və […]

Rusiyadan Qarabağda qorxunc müharibə XƏBƏRDARLIĞI: Yüzminlərlə insan məhv olacaq və…

Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüzminlərlə insan məhv […]

Ayaz Mütəllibov devrilib, yoxsa özü istefa verib?

Eks-prezident yenə AXC-ni ittiham etdi,İsgəndər Həmidovdan sərt reaksiya gəldi Bu gün Ayaz Mütəllibovun Azərbaycan prezidenti vəzifəsindən istefa verməsindən 27 il ötür. 1992-ci il martın 6-sı Azərbaycanın siyasi tarixində prezident Ayaz Mütəllibovun hakimiyyətdən getməsi ilə yadda qalıb. Bu gediş sıradan gediş deyildi. Ölkənin ilk prezidentinin tutduğu yüksək postdan kənarlaşdırılmasına səbəb olan […]

Qəzada ölən azərbaycanlıların ADLARI – FOTO+VİDEO

Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb. ONA-nın Rusiya bürosunun məlumatına görə, həmin şəxslər aşağıdakılardır: – 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu – 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu – 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu – 1969-cu il […]

“Qarabağda nəzarəti itirən Ermənistan özü də yox olacaq” – Solovyov

Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq, minlər, bəlkə də yüzminlərlə insan məhv […]

Kredit borcu olanlar – Martın 15-nə qədər təsdiqlənməlidir

Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir. Turkustan.info bildirir ki, bunu Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib. V.Bayramov fiziki şəxslərin […]

AQTA qiymətləri açıqladı: Artıq ödəməyin!

Son günlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlərin araşdırılması zamanı idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosesində sahibkarlıq subyektlərindən müxtəlif vasitəçilər, “işbazlar” tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan əlavə xərclərin tələb olunması faktları aşkar olunub. Qurumdan Axar.az-a bildirilib ki, bu kimi hallar sahibkarlar üçün yaradılmış şəffaf və sadələşdirilmiş prosedurların həyata […]

Gənclər “Aprel Zəfəri” uğrunda yarışacaq

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər kuboku:Aprel zəfəri” layihəsi həyata keçiriləcəkdir.  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2  maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə […]

Kreml Paşinyanı təhdid etdi: İrəvanda belə dəlilər varsa…

Boltonun tövsiyələrinə qulaq assa, o zaman Ermənistan öz taleyinə ağlamalı olacaq. Turkustan.info xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin sədr müavini deputat Konstantin Zatulin deyib. “Ermənistan müstəqil dövlətdir. O öz siyasətini istədiyi formada qurur. Biz öz növbəmizdə bu davranışı qiymətləndirmək haqqına […]

Yataqxanada baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Turkustan.info xəbər verir ki, məlumatda deyilir: Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü […]

Rusiyada ağır qəza: altı azərbaycanlı öldü – YENİLƏNİB + VİDEO

Rusiyanın Qafqaz magistralında baş verən qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.  Bununla bağlı “İnterfax” məlumat yayıb.  Bildirilib ki, qəza zamanı mikroavtobusda 8 nəfər olub.  İlkin versiyaya görə, qəzaya “QAZ-66” markalı avtomobilin sürücüsü sükan arxasında yatması səbəb olub. 08:55 Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb. “Ren” TV-nin yaydığı məlumata […]

Dünyada qanunsuz orqan alveri pik həddə çatdı

Dünyada qanunsuz orqan alveri ilə bağlı illik tədavül 600 milyon dollara çatıb. Bu barədə “RİA Novosti” BMT-nin müvafiq qurumuna istinadən məlumat yayıb. Bu rəqəmlər BMT-nin narkotik vasitələr və cinayətlərlə mübarizə üzrə idarəsinin rəsmiləri tərəfindən insan, orqan və toxuma alveri problemləri ilə bağlı Qvatemalada keçirilən ilk regional konqresdə səslənib. Konqresdə qeyd olunub […]