Gün: Mart 7, 2019

Daha bir antibiotik qurbanı: 10 yaşlı uşaq öldü – Azərbaycanda

Cəlilabadda uşaq ölümü baş verib. Turkustan.info xəbər verir ki, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevin hərarəti yüksəlib. Köməyə çağırılan tibb bacısının vurduğu antibiotik iynə uşağa pis təsir etdiyindən, onu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Lakin xəstənin həyatını xilas etmək üçün gec olub. Faktla bağlı araşdırmalara başlanılıb.   /ONA/ 255 […]

I sinfə qəbul üçün tələb edilən sənədlər – SİYAHI AÇIQLANDI

Təhsil Nazirliyi I sinfə şagird qəbulu üçün tələb edilən sənədlərin siyahısını açıqlayıb. Təhsil Nazirliyindən ONA-ya verilən məlumata görə, valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir: – Azərbaycan Respublikasının vətəndaşları üçün – valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin […]

Azay Quliyev seçicilərin şikayətlərini dinlədi – FOTO

Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib. Modern.az xəbər verir ki, deputat secicilərin sosial, məşğulluq, əmək, mənzil, əmlak və abadlıq məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib. Müraciət edən vətəndaşların üzləşdiyi problemlərin və qaldırqıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Qəbulda Binəqədi […]

Qurani-Kərimdə baş örtmək hökmü varmı?

Baş örtüyü mövzusu bütün zamanlarda müzakirəyə səbəb olub və indi də aktuallığını itirmir. Bu mövzuya həm yerli, həm də xarici kütləvi informasiya vasitələrində tez-tez toxunulsa  da, məsələ hələ də qızğın müzakirə predmeti olaraq qalmaqdadır. Düşünürük ki, bunun əsas səbəblərindən biri təkcə mövzu ilə bağlı ayələrin deyil, bütövlükdə  Quranın Azərbaycanda elmi […]

Bakıda ən yüksək əməkhaqqı alan kimlərdir?

Bakıda 2018-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,3 faiz artaraq 788,1 manat olub. Turkustan.info-nun məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan […]

Putindən polis qadınlara 8 mart sürprizi – Video

Rusiya dövlət başçısı Vladimir Putin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Moskvada atlı polis qadınların xidmət etdiyi I polis alayını ziyarət edib. Turkustan.info xəbər verir ki, Kreml rəhbəri polislərin dəvəti ilə ata minib və 16 atdan ibarət qrupa başçılıq edərək müəyyən ərazidə yürüş edib. Putinin tünd qəhvəyi rəngli atda, polis […]

Azərbaycanın iki hərbçisi qar uçqununa düşüb

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.  Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə […]

Prezident və xanımı Şamaxıda səfərdə olublar – FOTO+VİDEO

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar. Bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. […]

Bakı Şəhər Baş Polis İdarəsindən yürüşlə bağlı xəbərdarlıq: “Qarşısı alınacaq”

Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş – Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər. Turkustan.info xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” […]

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

“KİV-in yaydığı məlumata əsasən, cari ilin 5-6 mart tarixlərində Moskvada Rusiya-Ermənistan “Lazarev klubu”nun ikinci iclası keçirilib. Orada tədbir iştirakçılarına Rusiya Federasiyası Prezidentinin salamlama müraciətini çatdıran RF Prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin timsalında RF-nin icra və qanunverici […]

Bayramda gözlənilən hava ilə bağlı xəbərdarlıq olundu

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək Martın 08-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecədən başlayan yağışın gündüz kəsiləcəyi gözlənilir. Turkustan.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, güclü […]

İrəvandakı panikanın səbəbi: Bakının İsrail silahları…

İlk dəfə deyil ki, erməni rəsmiləri İsraillə Azərbaycanın əməkdaşlığından narahat olduqlarını müxtəlif səviyyələrdə dilə gətirirlər. Turkustan.info bildirir ki, bunu Axar.az-a Ermənistan Xarici İşlər nazirinin müavini Qriqor Ovanisyanın İsraili Azərbaycana silah tədarük etməməyə çağırmasını şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Ermənistanın Azərbaycanın aldığı İsrail silahlarından ehtiyat etməsinin […]

Şamaxının millət vəkili Qəhrəman Anaları təbrik etdi

Şamaxının millət vəkili Elxan Süleymanov hər il olduğu kimi, bu il də Şamaxı rayonundan olan Qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şamaxı şəhəri, Mədrəsə, Sabir, Şəhriyar qəsəbələrində, Muğanlı, Çuxuryurd, Mirikənd, Qurdtəpə, Qaravəlli, Məlcək, Pirbəhli, Əhmədli, Saqiyan, Cabanı, Bağırlı, Qaleybuğurt, Quşçu, Məlikçobanı, Göylər, I Çaylı və […]

Qadın kişini bəyənməsə, dəyişə bilər, kişi isə… – Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki ictimaiyyət arasında marağa səbəb olub. Turkustan.info xəbər verir ki, Rusiya qadınlarını təbrik edən partiya sədri kişilərin həyatları boyu bir dəfə evlənməli və həmin qadına sadiq qalmalı olduğunu qeyd edib. Jirinovski həmçinin öz təbrikində kişilərə məsləhət verməyi də […]

PKK üzvü Bakıdan belə qaçmaq istədi

Dövlət Miqrassiya Xidmətinə müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb. Turkustan.info-nun məlumatına görə, prosesdə Türkiyə səfirliyinin və Azərbaycan Ədliyyə Nazirliyinin  nümayəndələri çıxış edərək təqdimatın təmin edilməsini istəyiblər. […]

Fərman devalvasiyadan əvvəl dollarla götürülmüş kreditlərə də şamil ediləcək – RƏSMİ

Ölkə Prezidentinin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərmanla bağlı hələ də cavabsız suallar var. Turkustan.info həmin suallarla bağlı Maliyyə Nazirliyinə müraciət edib. Maliyyə Nazirliyinin “Online müraciət” bölməsindən Modern.az-ın sorğusuna cavab olaraq […]

“Yaşam şərtləri çox ağırdır, qaz və elektrik enerjisi ilə bağlı limit ləğv edilsin” – Deputat

Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan mənzillərin qızdırılması üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, “ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa […]

Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb, qayğıları ilə maraqlanıb – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə […]

ADAU da qadınların bayramı təbrik edilib

Qadın gözəllik simvolu, səmimiyyət, məhəbbət, ülvilik, zəriflik rəmzi kimi həmişə uca tutulub. Ana kimi bəşəri dəyərlər daşıyan qadın bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qoruyub, yaşadılmasında müstəsna xidmətlər göstərib. Bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetində 8 mart Beynəlxalq qadınlar gününə həsr edilən tədbirdə […]

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Turkustan.info xəbər verir ki, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanmış məktubda deyilir: “Hörmətli Mehriban Arif qızı. Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm. Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və […]

Övladını qeydiyyatda olmadığı ərazidəki məktəbə qoymaq istəyənlərin nəzərinə

Bakıda övladlarını qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib. Turkustan.info xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva məlumat verib. İ.Abdullayeva qeyd edib ki, əvvəllər bunun üçün valideynlər Təhsil Nazirliyinə rəsmi şəkildə müraciət edirdilərsə, […]

Sumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər mədəniyyət müəssisələrində 8 Mart Qadınlar Günü münasibətilə bayram tədbirləri keçirilib. N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Nəğməkar analar, şair analar” adlı Mədəniyyət Mərkəzi və filiallarla birgə konsert proqramı keçirilib. Əvvəlcə uzun illər mədəniyyət sahəsində çalışmış Felman Lazımov xanımları təbrik edib, xoş arzularını çatdırıb. Sonra […]

Dolları yüksəldən 3 qərar: Birjalar silkələnir

Türkiyə ilə bağlı ABŞ-dan son 2 gündə bir-birinin ardınca verilən açıqlamalar, ticarətdə güzəştlərin ləğvi və “S-400”lərə görə sanksiya təhdidi dolların məzənnəsini yüksəldib.  Turkustan.info yerli mətbuata istinadən bildirir ki, üstəlik Mərkəzi Bankın faiz qərarını açıqlaması ilə dolların məzənnəsi daha da artıb.  Bu gün dollar 5,43, avro isə 6,14 lirəyə satılıb.  Dünən […]

Putin Sarkisyandan inciyib: “Mənə zəng edib, sonra istefa verməli idi”

“Rusiya 2018-ci ilin aprelində Ermənistanda hakimiyyət dəyişikliyi zamanı Sarkisyan hakimiyyətinin də iştirakçısı olduğu gizli planın həyata keçirildiyini düşünür”. Turkustan.info xəbər verir ki, bu barədə “Qrapark” qəzeti yazır. “Keçmiş hakimiyyət təxminən  1 il ərzində Paşinyanın hakimiyyətə gəlməsi üçün rol oynamadıqları barədə Kremli inandırmağa çalışıblar. Putin öz çıxışlarının birində Sarkiyandan narazılığını bildirib. […]

Şəmistan Əlizamanlının “Diriliş Ərtoğrul”da yeni mahnısı – Video

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin TRT1 kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialının dünən yayımlanan 138-ci bölümündə yenidən rol alıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, müğənni “Ərtoğrul bəy”in obasında “Allah yar olsun” mahnısını ifa edib. Qeyd edək ki, Şəmistan Əlizamanlı serialın yeni mövsümünün ilk seriyasında başlayaraq, ozan rolunda çəkilməyə başlayıb. O, […]

93 dəfə əməliyyat olunan gəncdən Mehriban Əliyevaya müraciət: “Məni yalnız siz xilas edə bilərsiniz”

Dünyada nadir xəstəliklərdən birinə tutulan Cavid Səfiyev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevadan kömək istəyir.  Turkustan.info xəbər verir ki,yeniyetmə oğlan bununla bağlı Mehriban xanıma müraciət ünvanlayıb:  “Çox hörmətli Mehriban xanım! Mən – Səfiyev Cavid Kamal oğlu “Qırtlağın, traxeyanın və bronxların residivləşən popillomotozu” xəstəliyindən əziyyət çəkirəm. Kasıb ailənin övladıyam. Atamı gənc yaşlarında […]

Nazir şairə yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib. Turkustan.info Unikal-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb. Qeyd edək ki, E.Vəliyev Azərbaycan […]

SOS! – Bakıda marketlərdə zəhərli balıq satılır

Panqasius və ya basa balığı — tərkibində kimyəvi maddələr, bakteriyalar, hormonlar, ağır metallar olan və sağlamlıq üçün çox təhlükəli balıqdır.  Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, ölkəmizdə də satılan bu balığın ətinin tərkibində yüksək miqdarda arsen, həmçinin, polixlor bifenil kimi bir sıra toksik və sağlamlıq üçün təhlükəli maddələr mövcuddur.  Bu […]

Bakıda kolbasa sexində iyrənc mənzərə – FOTO+VİDEO

Binəqədi rayonunun Biləcəri qəsəbəsində anti-sanitar şəraitdə ət məhsulları, yəni kolbasa istehsal edən müəssisə aşkarlanıb. REAL-ın məlumatına görə, Murad Muradova məxsus olan müəssisədə AQTA-nın apardığı araşdırmalar zamanı məlum olub ki, bura sanitariya qaydalarına riayət edilmədən fəaliyyət göstərir. İstehsal edilən məhsullar yararlılıq müddəti bitmiş məhsullarla birlikdə saxlanılır. Yararlılıq müddəti bitmiş məhsullar təkrar […]

Bu maşınların taksi kimi istifadəsinə QADAĞA qoyuldu

Bakıda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, əlil avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına qadağa qoyulub. Turkustan.info Trend-ə istinadən məlumatına görə, bu, “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri […]

“Dostluq” mədəniyyət evinin uşaqlardan ibarət “Start” estrada qrupu Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində konsert təşkil edib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin uşaqlardan ibarət “Start” estrada qrupu Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə konsert proqramı ilə çıxış edib. Konsertdə Vadim Cavadovun rəhbərlik etdiyi “Start” estarada qrupu “Ey həyat sən nə qəribəsən”, “Sən ey […]

20 il əvvəlin “namus” qisasını alan gənc hakim qarşısında

Şabran rayonunda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 15-nə təyin edilib. İttihama görə, ötən il […]

Bakıda avtobus və taksilər üçün yeni tələblər təsdiqləndi

“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilib. Turkustan.info xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla sərnişindaşımada istifadə olunan avtobuslara […]

Prezidentin aktiv müdaxilə səbəbi: Məmurlara mesaj…

Prezidentin əhalinin rifah halının yüksəldilməsi məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamlarla bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik: – Prezident son 2 ayda indiyə qədər apardığı islahatları daha da dərinləşdirdi. Sizcə, prosesin bu qədər sürətlə genişlənməsi nə ilə əlaqədardır? – Əslində, bunlar birdən-birə ortaya çıxan qərarlar deyil və bunun belə […]

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Ata və oğul diri-diri yandı

Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində iki nəfər dünyasını dəyişib. ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.  Kənd sakini 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğluna məxsus ümumi sahəsi 20 kvadratmetr olan bir mərtəbəli bir otaqlı ev yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirov […]

Baş nazirdən Göygöllə bağlı vacib qərar

“Göygöl Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında qərar qəbul olunub.  Müvafiq sənədi baş nazir Novruz Məmmədov imzalayıb. Göygöl Milli Parkının sanitariya-mühafizə zonası Göygöl rayonu üzrə 303,58 hektar, Goranboy rayonu üzrə 73,2 hektar, Daşkəsən rayonu üzrə 80,04 hektar olmaqla, ümumilikdə 456,82 hektar sahədə təsdiq edilib.   /oxu.az/ 162 Baxılıb

Qənirə Paşayeva üçün özəl gün

Bu gün millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın doğum günüdür. Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS telekanalının Xəbərlər xidmətində reportyor, […]

İran və Türkiyə hərbi əməliyyata harada başlayacaq? – Drujilovski

Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun açıqlaması Ankara və Tehranın PKK ilə mübarizəyə birgə davam edəcəklərini bir daha təsdiqləyib. Turkustan.info xəbər verir ki, bu sözləri rusiyalı ekspert Sergey Drujilovski deyib. “Türkiyə və İran bu məsələ üzərində uzun müddətdir çalışır. İran və Türkiyənin quru əməliyyatı üçün uyğun yer Türkiyə-İran sərhədidir. Lakin məsələ […]

“Ara, nə baş verir? Bu ailə büdcəni dağıtdı…” – Paşinyanın ailəsinin Brüssel macəraları

Belçikaya səfər zamanı Ermənsitanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Nikol Paşinyanı və qızı Məryəmi də özü ilə götürüb. Turkustan.info “Hraparak” qəzetinə istinadən xəbər verir ki, əvvəlcə Paşinyanın administrasiyası onun Belçikaya ailəsi ilə yollandığını xəbər verməyib. Lakin sonradan erməni baş nazirin mətbuat katibi nəşrin sorğusuna cavab olaraq Anna Akopyanın ərini […]