“Dostluq” mədəniyyət evinin uşaqlardan ibarət “Start” estrada qrupu Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində konsert təşkil edib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin uşaqlardan ibarət “Start” estrada qrupu Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə konsert proqramı ilə çıxış edib.

Konsertdə Vadim Cavadovun rəhbərlik etdiyi “Start” estarada qrupu “Ey həyat sən nə qəribəsən”, “Sən ey uşaqlıq”, “Anlamaq istərdim” kimi Azərbaycan mahnıları ilə yanaşı rus və Avropa bəstəkarlarının əsərləri də ifa edilib.

Sonda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktor müavini Aleksndr Kolamin çıxış edərək bayram münasibətilə qadınları təbrik edib, xoş arzularını çatdırıb, maraqlı konsert proqramına görə kollektivə təşəkkür edib.

Sonda kolletiv üzvləri ilə xatirə şəkili çəkilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti