Gün: Mart 9, 2019

Nazirlik ictimai yerlərdə “Wi-Fi”dan istifadə edənlərə XƏBƏRDARLIQ ETDİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimai yerlərdə Wi-Fi şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb. Turkustan.info xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ictimai yerlərdə Wi-Fi bağlantısı daha asan və rahat olsa da, bu, eyni zamanda, kompüterlərdə və telefonlarda saxlanılan fərdi […]

Avtomagistraldan istifadə bu hallarda ÖDƏNİŞLİ olacaq – QAYDALAR

Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib. Turkustan.İnfo xəbər verir ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası” təsdiq edilib. Bu Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir. Qaydaya əsasən, müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan […]

“Paşinyanın açıqlamaları kövrək ümidləri heçə endirir” – ATƏT Parlament Assambleyasının vitse-prezidenti

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə ilə bağlı verdiyi açıqlamalar son aylar danışıqların perspektivinə olan kövrək ümidləri heçə endirir. Turkustan.info xəbər verir ki, bunu Trend-ə açıqlamasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında ilk dəfə idi […]

Bu açıqlama Ermənistana verilən bir siqnaldır – XİN

Xarici İşlər Naziriyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qarşıdan gələn görüşü barədə bəyanatını şərh edib. Turkustan.info xəbər verir ki, Leyla Abdullayeva Azərbaycanın danışıqlar prosesinə sadiq və substantiv danışıqlara hər zaman hazır olduğunu qeyd edib: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin […]

Rusiyadan Ermənistanda əsgərinin vurulmasına – Reaksiya

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasında qulluq edən Şimali Qafqaz mənşəli 22 yaşlı əsgər bir kafedə ermənilərlə mübahisə zəminində iti alətlə kürəyindən vurulub və xəstəxanaya aparılıb. Hazırda onun hərbi bazanın hospitalında müalicə olunduğu bildirilir. Turkustan.info xəbər verir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin insidentə münasibət bildirərək deyib: “Bu, istintaqın işidir, […]

“Əlverişli ab-hava…” – Həmsədrlərdən Qarabağ bəyanatı

“Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır”. Turkustan.info-nun məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) yaydıqları bəyanatda vurğulanıb. “Həmsədrlər səmərəli müzakirələr üçün əlverişli ab-havanı dəstəkləməyin vacibliyini vurğulayır və cəbhə boyu itkilərin olmamasını müsbət dəyərləndirməyə davam edirlər”, […]

Könül Xasıyeva Bakıdan köçür

Xalq artisti Könül Xasıyeva Şəkiyə köçür. Turkustan.info-nun məlumatına görə, xanəndə bu haqda “5/5” verilişində deyib. O bildirib ki, martın 17-də Heydər Əliyev Sarayında verəcəyi konsertdən sonra Bakıdan köçəcək: “Yarım əsr yaşadım, daha bəsdir. Yaxşı və gözəl yaşadım. Konsertdən sonra köçəcəm rayona. Daha dağlar qoynunda yaşayacam. Hökümətimiz atamın rayondakı evini təmir […]

“Artıq müqavilə bağlanıb, Bakı həmin qırıcıları bu il alacaq…” – Erməni hərbi ekspert

Ermənistanın Rusiyadan 4 Su-30SM qırıcılarını alacağı məlum olan kimi Azərbaycan “Thunder JF-17 Block 2” qırıcılarının alınmasına dair Pakistanla danışıqları fəallaşdırdı. Eurasia Diary xəbər verir ki, bu barədə erməni hərbi ekspert Vaan Ambartsumyan deyib. Bundan əvvəl Vaan Ambartsumyan Azərbaycanın Hərbi Hava Qüvvələrinin imkanları barədə danışaraq erməni ictimaiyyəti üçün təşviş doğuracaq informasiyalar […]

İlham Əliyev Nikol Paşinyanla görüşəcək – BƏYANAT

ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar. Trend-in ATƏT-in saytına istinadən məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin görüşü […]

Dollar kreditləri ilə bağlı daha bir – Kalkulyator

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/) hazırlayıb.  Turkustan.info-ya daxil olan məlumata görə, elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq […]

Nəsimi rayonunda növbəti Novruz yarmarkası

Martın 9-da Nəsimi rayonunun 3-cü mikrorayon ərazisində S.C.Pişəvəri küçəsi 2A ünvanında Novruz yarmarkası açılıb. Turkustan.info xəbər verir ki, yarmarkada respublikanın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur. Qeyd edək ki, yarmarkda Qəbələ, Beyləqan […]

Tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb – VİDEO

Yoxlama döyüş hazırlığı planına əsasən baş tutub Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb. Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin […]

Bakıda daha bir qadın sürücü qəza törətdi – Maşını tunelə çırpdı – VİDEO

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobili idarə edən xanım Yeni Yasamaldan çıxaraq yüksək sürətlə Bakı Kənar Dairəvi yolundakı tunelə daxil olmaq istəyib, lakin idarəetməni itirib və avtomobil tunelin beton plitəsinə çırpılıb. Sürücü bildirib ki, onunla paralel sağ zolaqda avtomobil hərəkət edib. Tunelə girişdə sözügedən avtomobil qəfil onun […]

Dövlət qulluqçularının maaşı artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında […]

“Qaz və elektrik limitinin ləğv olunması” təklifi – Fəzail Ağamalı da DƏSTƏKLƏDİ

Millət vəkilləri belə bir qərarın vacibliyini bildirir Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də  şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan  mənzillərin qızdırılması  üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, […]

Ərini ürəyindən vuran Vüsalənin ifadəsi: “Anam qəbul eləmədi, dedi ki, ərinin yanına qayıt…”

Xaçmazda həyat yoldaşını öldürən Vüsalənin məhkəməsi keçirilib. Turkustan.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Vüsalə Mirzəyeva ilə qeyri-rəsmi ər-arvad münasitində yaşadığı […]

Problemli kreditlərin həlli ilə bağlı elektron resurs hazırlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs hazırlayıb. Turkustan.info bildirir ki, mərkəzdən Azvision.az-a verilən məlumata görə, elektron resursun ilk bölməsində qanunvericilik bazası yer alıb. Hazırda həmin bölmədə Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət […]

“Məktublar ciddi nəzarətə götürüldü” – PA rəsmisi

“Hər bir dövlət qulluqçusunun qarşısında vəzifə qoyulub ki, vətəndaşlar arasında olsunlar. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərlərində, o cümlədən Şamaxı və Ağsuda zəlzələdən zərər çəkmiş insanların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir”. Turkustan.info Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə […]

Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb

Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə Mətbuat firmasının təsis etdiyi “İlin İşgüzar Xanımı” mükafatına layiq görülən millət vəkili Qənirə Paşayevanın millət vəkili kimi qanunverici orqanda, ölkəmizin Azərbaycanın hüdudlarından kənarda tanıdılmasında, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynayan insanlardan biri olaraq bi mükafata layiq görüldüyü vurğulanıb. Onu bu mükafata […]

“Arsenal” – “Qarabağ” oyunundakı insidentlə bağlı qərar verildi

UEFA-nın İntizam Komitəsinin iclası keçirilib. Turkustan.info xəbər verir ki, iclasda bir sıra məsələlərə baxan qurum Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) matçında yaşananları da müzakirə edərək müvafiq qərar çıxarıb. Dekabrın 14-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə […]

Poroşenko ölkədən qaçmağa hazırlaşır: SABİQ NAZİR

Ukrayna prezidenti Petro Poroşenko seçkidən sonra ölkədən qaçmağa hazırlaşır. Turkustan.info xəbər verir ki, bunu ölkənin sabiq iqtisadiyyat naziri Vladimir Lanavoy deyib. Sabiq nazirin sözlərinə görə, dövlət başçısı seçkini uda bilməyəcəyini anlayır. Çünki ikinci dönəmdə ordunun indiki durumu, korrupsiya, seçki hüququnun pozulması və konstitusiyaya zidd addımlara görə cavab verməli olacaq. Məlumatda […]

İcbari tibbi sığortanın qiyməti məlum oldu – Bir hissəsini dövlət ödəyəcək

Gələn ildən icbari tibbi sığorta sisteminin (İTS) bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib. Turkustan.info xəbər verir ki, qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və […]

Aleksandr Duqin: “Çoxqütblü dünyanın memarı Rusiya ilə Türkiyə olmalıdır”

OQU-da Rusiya-Türkiyə müzakirələri keçirilib Eskişehir Osman Qazi Universitetində “Rusiya-Türkiyə münasibətləri – dünəndən bu günə” adlı panel keçirilib. Paneldə rusiyalı politoloq, avrasiyaçılıq ideologiyasının yaradıcılarından Aleksandr Duqin universitetin müəllim və tələbələrinə, eləcə də Eskişəhər yönətiminə iki ölkənin münasibətləri ilə bağlı mühazirə oxuyub. Paneli açan İstanbul Universiteti tarix fakültəsinin dekanı professor İlyas Topsakal […]

Ermənistan müxalifəti: “Müharibə olsa, Azərbaycanı çox ölkə dəstəkləyəcək”

“Qarabağda müharibə başlasa, Azərbaycanı çox ölkə dəstəkləyəcək”. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Respublika partiyasının sədr müavini Armen Aşotyan açıqlama verib. “Minsk qrupunun həmsədrləri, həmçinin, Yohannes Xan və Frederika Moqerinin simasında bütün Avropa Birliyi nümayəndələri Nikol Paşinyanın təşəbbüslərini dəstəkləmirlər. Bu təşəbbüslər arasında Qarabağın danışıqlara qatılması məsələsi də var. […]

Türkiyədə əməliyyat: Öcalana dəstək aksiyası keçirən deputatlar… – Video

Türkiyə polisi Diyarbəkirdə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) mənzil qərargahında əməliyyat keçirib. Turkustan.info xəbər verir ki, partiya qərargahının qapısını qırıb içəri girən polis 7 nəfəri həbs edib. Qeyd olunur ki, PKK lideri Abdulla Öcəlan üçün aclıq aksiyası keçirən HDP-li deputat Leyla Güvənə dəstək verən 10-dan çox şəxs partiyanın ofisində aksiya keçirirmiş. […]

Eldar Əzizov: “Prezident bu barədə bizə tapşırıq verib”

“Mədəniyyət xadimlərinin heykəllərinin qoyulması üçün Prezident tərəfindən bizə tapşırıqlar verilir”. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. E.Əzizov deyib ki, mütəxəssislər təkliflər hazırlayırlar: “Azərbaycanda bu cür məsələlər kollegial qaydada həll olunur. Memarlar və heykəltəraşlar öz təkliflərini hazırlamalıdırlar. Proses başlayıb. Hacı Zeynalabdin Tağıyevin və […]

Azərbaycanı “Eurovision”da Çingiz təmsil edəcək – VİDEO

Azərbaycanı “Eurovision-2019” mahnı müsabiqəsində təmsil edəcək müğənni açıqlanıb.  Turkustan.info xəbər verir ki, ölkəmizi müsabiqədə Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edəcək. Qeyd edək ki, “Eurovision 2019” mahnı müsabiqəsi 14-18 may tarixlərində İsrailin Təl-Əviv şəhərində keçiriləcək.  /Unikal.org/ 93 Baxılıb

“Həbsxana incəsənəti” – Məhbuslar burada öz əl işlərini satırlar

Həbsxana sözü nə qədər vahiməli səslənsə də, dəmir barmaqlıqlar arxasında belə incəsənəti yaşatmaq, onunla məşğul olmaq mümkündür. Elə Azərbaycanda Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Həbsxana incəsənəti” üçün hazırlanmış onlarla məhsul kimi. Söhbət online mağazadan gedir. Saytda müxtəlif cəzaçəkmə müəssislərində məhbusların hazırladıqları əl işləri satışa qoyulub. Bununla bağlı qonşu ölkə Türkiyədə, eləcə […]

Nazirdən pensiyaçılara müjdə: Yeni konsepsiya hazırlanır

Ümumilikdə islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir. Turkustan.info bildirir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, il ərzində yeni Konsepsiya hazırlanacaq və bu Konsepsiya […]

İrəvan İranla sərhədi gücləndirir: Qorxunun səbəbi…

İrəvan İrana həm inanır, həm də ehtiyat edir. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan hakimiyyəti İranın Ermənistan üzərindən Gürcüstana qaz satmasını çox istəyir: “İrəvan yeni hiyləyə əl atıb. Ermənistanın Enerji və Təbii Sərvətlər naziri Qaregin Baqranyan deyib ki, əgər Gürcüstan İrandan qaz […]

Los Ancelesdə yaşayan həyat eşqilə dolu azərbaycanlı gənc

Söhbətimə böyük Nizaminin bir beyti ilə başlamaq istəyirəm: “İstəyə gənclikdə mümkündür çatmaq, Qocalıq gəldimi, axtar bir bucaq”… Bəli, gənclik ömrün elə bir çağlarıdır ki, həmin dövrdə əziyyətə qatlaşıb, əzmkarlıq göstərsə, insan uğurlara imza ata bilir. Teymur Əlixanov da gəncdir, 27 yaşı təzə tamam olub. Amma bu qısa müddətdə təhsil sahəsində […]