Gün: Mart 11, 2019

Rusiya Suriyada 300-dən çox yeni silah sınaqdan keçirib

Ümumilikdə Suriyada 316 növ müasir silahı aprobasiya etmişik Suriyada Rusiyanın 300 növdən çox silahı aprobasiyadan keçib. Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin geniş iclasında çıxışı zamanı bildirib. “Ümumilikdə Suriyada 316 növ müasir silahı aprobasiya etmişik” – deyə məlumatda […]

Azərbaycanda polis onları axtarır: 18 qadın, 1 kişi – Video

Azərbaycanda insan alverinə görə axtarışda olanların yeni siyahısı açıqlanıb. Turkustan.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəsmi saytında insan alveri cinayət əməllərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin 2018-ci ilin yekunlarına görə adları və fotoları dərc edilib. Daha ətraflı videodan izləyin: /Axar.az/  191 Baxılıb

Müharibə başlasa, ABŞ ağır şəkildə məğlub olacaq – RAND

Rusiya və Çin ilə nüvə silahı olmadan müharibə başlayarsa, ABŞ itirən tərəf olacaq. Turkustan.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Düşüncə Təşkilatı RAND-ın eksperti Devid Okmanek bildirib. Okmanek ABŞ-ın ağır şəkildə rəqiblərinə məğlub olacağını, Rusiya və Çinin raketlərinə qarşı müdafiəsiz qalacağını qeyd edib: “Rusiya və Çin ABŞ-ın müttəfiqlərini də həm Baltikdə, […]

Bəy toyda torta görə gəlini şillələdi – VİDEO

Orta Asiyada baş tutan toyların birində çəkilən görüntülər sosial şəbəkədə geniş reaksiyaya səbəb olub. Turkustan.info ölkə.az-a istinadən bildirir ki, tortu bəyin ağzına tərəf aparıb geri çəkən gəlin bunun cavabını ağır ödəyib. Bəy bu hərəkətə görə qonaqların gözü qarşısında gəlini şillələyib. Gəlin isə zərbələrdən yıxılaraq süfrənin üzərinə düşüb. Bəyin arxasında duran […]

Qaraciyər yağlanmasının səbəbləri və müalicəsi

Kofenin qaraciyərə hansı faydalarının olduğunu bilirdiniz? Bilmirdinizsə, elə isə bu yazını oxuyun. Turkustan.info medicina.az-a istinadən bildirir ki, qaraciyər üçün ən faydalı içkilərdən biri hesab olunur. Kofe serroz və xərçəngin qarşısını almağa kömək edir. Eyni zamanda qaraciyər yağlanmasının da qarşısını almağa kömək edən bu içki xərçəng riskini azaldır. Belə ki, qaraciyərin […]

Küveytdən Qarabağ məsələsində Azərbaycana dəstək

Xarici işlər naziri Elmar Məmmədyarov Xalid Əl-Uteybinin rəhbərlik etdiyi Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Turkustan.info bildirir ki, XİN-dən Azvision.az -a verilən məlumata görə, qonaqları salamlayan nazir Elmar Məmmədyarov ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirdi və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Hökuməti […]

Azərbaycan gerbini hazırlayan abxaz kimdir? – Cümhuriyyət dövrünə uzanan MARAQLI TARİX

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən abxaz knyazları nəslindən olan rəssam, dizayner Aleksandr Şervaşidze haqqında məqalə yaradılıb. Turkustan.info bildirir ki, bu barədə Minval.İnfo-ya MEK-dən məlumat verilib. Aleksandr Şervaşidze Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsinin müəllifidir. Məqalədə maraqlı faktlar yer alıb. Bildirilir ki, […]

NATO rəsmisi: Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”. Turkustan.info xəbər verir ki, bu fikirləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay səsləndirib: “Biz münaqişələrin həllinə cəlb olunmamışıq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır. NATO-nun rəyincə, bu münaqişə […]

Kəlbəcərlilər ölkə başçısının son qərarlarını rəğbətlə qarşılayıblar – FOTOLAR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Cavid Qurbanovun tapşırığına əsasən bir qrup kəlbəcərli seçici ilə görüş keçirilib. Millət vəkilinin adından seçiciləri salamlayan, millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, ölkə başçısının tapşırığına əsasən dövlətin ali struktur rəhbərləri, eyni zamanda Milli Məclisin […]

Azərbaycanda 12 sığorta agentinin lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 12 fiziki şəxsə sığorta agenti kimi fəaliyyət göstərmək üçün verilmiş lisenziyalar ləğv edilib. Turkustan.info Palataya istinadən xəbər verir ki, bunlar Abbasov Səbutay Vəkil oğlu, Ağayarlı Təbriz Adil oğlu, Ağayeva Samirə İsfəndiyar qızı, Cəfərov Cəfər Eyyub oğlu, Cəfərov Fəxrəddin Tofiq oğlu, Cəfərova […]

Lavrov Çavuşoğlu ilə görüşünü ləğv etdi – Səbəb

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlunun fevralın 12-də Antalyada keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb. Turkustan.info xəbər verir ki, Moskva bu addımı rusiyalı nazirin iş qrafikinin gərgin olması ilə izah edib. Rusiya XİN-in rəsmilərinin bildirdiyinə görə, görüş gələn həftə baş tuta bilər. Martın 18-nə planlaşdırılan […]

Kadr yetişdirilməsinin planlı şəkildə həyata keçirilməsi

Ülvi Günəşli İlk öncə qeyd edim ki, kadr yetişdirmək nə qədər vacibdirsə, yetişdirdiyiniz kadrı şirkətinizdə saxlamaqda bir o qədər vacibdir. Rəhbərlər kadra davamlı basqı edərək, sıxışdıraraq və “səni işdən qovaram” deyərək kadrı ruhdan salır. Sıxılmaqda olan kadr səssizcə başlayır özünə yeni iş yeri axtarmağa. Bu gün “səni işdən qovaram” sözünün […]

İstedadlı şagirdləri necə qoruyaq?

Müasir dövrümüzün inkişaf etmiş, güclü, qüdrətli dövlətləri hazırkı mərhələyə elm və təhsilə xüsusi diqqət yönəltmələrinin hesabına çatıblar. Elmi səviyyənin intensiv olaraq yüksəldilməsinin ağırlığı isə hər bir cəmiyyətin istedadlı insanlarının üzərinə düşüb. Odur ki, elmin inkişafında maraqlı olan dövlətlər istedadların hələ uşaqlıq illərindən üzə çıxarılması üçün mükəmməl proqramlar hazırlayaraq tətbiq ediblər. […]

2 ayda nə ucuzlaşdı, nə bahalaşdı? – STATİSTİKA

2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz bahalaşıb. Turkustan.info-nun Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin […]

Bakı səmasında növbəti həyəcan – İkinci təyyarə eniş üçün icazə istədi

Daha əvvəl “Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib  Gün ərzində ikinci təyyarə Azərbaycan paytaxtı Bakıda təcili eniş etmək üçün icazə istəyib. Bu barədə Turkustan.info “vesti.ru”-ya istinadən xəbər verir. Məlumata əsasən “Cargolux” aviaşirkətinin Honkonq-Lüksemburq aviareysini həyata keçirən “Boeing 747-4HQ” tipli təyyarəsi Bakıda eniş etmək üçün icazə istəyib. Hələlik […]

Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: Əgər kasıbsınızsa…

Hamımızın içində varlanmaq hərisi yatır, hər kəs maddi mənafe uğrunda kölə olur. Bəzilərində alınır, digərləri isə elə səfillik içində ömrünü başa vurur. Turkustan.info Publika.az-a istinadən yəhudilərin varlanmaq üsullarını təqdim edir: Heç vaxt cibinizdə çoxlu pul saxlamayın. Bu, sizi daha çox pul xərcləməyə təhrik edəcək. Pulu dəyərsiz kağız kimi sağa-sola xərcləsəniz, özü […]

Əli Mirəliyev xalq artistinin qarşısında DİZ ÇÖKDÜ – VİDEO

Müğənni Əli Mirəliyev xalq artisti Nazpəri Dostəliyevanın qarşısında diz çöküb. Turkustan.info-nun məlumatına görə, N.Dostəliyeva “Səhər-səhər” verilişində “Əlvida” mahnısını ifa edən zaman Ə.Mirəliyev ağlamağa başlayıb. Xalq artistinin ifasından sonra Əli ona yaxınlaşaraq, qarşısında diz çöküb. Həmin anı əks etdirən görüntüləri təqdim edirik: /lent.az/   703 Baxılıb

İlham Əliyevdən Avroliqanın final oyunu ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycana  gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar ölkəmizə gələn və bu sərəncamın […]

Taksi sürücülərinə qoyulan tələblər bunlardır – DANX

Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobili ilə sərnişin daşımalarına taksi sürücüsü qismində ən azı 2 il təcrübəsi olan şəxslər buraxılacaq. Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) məlumat yayıb. DANX bildirib ki, Bakı Taksi Xidməti MMC-nin sürücülərə qoyduğu tələblər aşağıdakılardır: “Beynəlxalq hava limanında […]

“Azərbaycan regionlarında gənclər arasında könüllülüyün təşviqi” layihəsi yekunlaşıb – VİDEO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Həmrəyliyi” ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycan regionlarında gənclər arasında könüllülüyün təşviqi” layihəsi başa çatıb. Bu barədə Turkustan.info-ya layihənin rəhbəri Zülfiyyə Nuriyeva məlumat verib. Təşkilat rəhbəri qeyd edib ki, layihə çərçivəsində Balakən və Tovuz rayonlarında “Gənclər Evi” ilə əməkdaşlıq  çərçivəsində,  hər rayonda […]

İlham Əliyevdən SƏRƏNCAM: Onların maaşı 50 faiz artırdı

Prezident İlham Əliyev teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, sərəncama əsasən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılıb: “1. Dövlət […]

Azərbaycanın 2018-ci ildə aldığı silahlar – SİYAHI+FOTO

Azərbaycanın 2018-ci ildə aldığı silahların siyahısı məlum olub.  Bununla bağlı məlumat Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) illik hesabatında verilib. Bildirilib ki, Azərbaycan 2018-ci ildə Belarusdan 10 ədəd “B-200BM Polonez” reaktiv yaylım atəşi sistemi alıb. Sistemin sifarişi 2017-ci ildə olub və ötən il layihə reallaşdırılıb.    /cbar.az/ B-200BM Polonez Ötən il […]

Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı – VİDEO

Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb. Turkustan.info bildirir ki, bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və […]

Deputatların maaşı ilə bağlı parlamentdən – Açıqlama

Bir sıra media orqanlarında yanvarın 1-dən millət vəkillərinin maaşlarının iki dəfəyə qədər qaldırılmasına dair xəbərlər yayılıb. Turkustan.info bildirir ki. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Teleqraf.com-a açıqlamasında deputatların maaşının iki dəfəyə qədər artırılması xəbərini təkzib edərək, yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Milli […]

BDU-nun yeni rektoru kimdir? – DOSYE

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Elçin Səfəralı oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilsin. Prezidentin digər sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Turkustan.info-nun […]

Qənirə Paşayeva şəhid anaları və şəhid xanımları ilə görüşdü

Millət vəkili Q.Paşayeva “Zəfər” şəhid ailələrinə dəstək İB və Milli-mənəvi dəyərlərin təbliği fondunun təşkil etdiyi tədbirdə iştirak edib və çıxış edərək şəhid analarını və şəhid xanımlarını 8 mart – Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Turkustan.info xəbər verir ki, o, şəhidlərimiz kimi, onların anaları, xanımları, […]

İlham Əliyev BDU-ya yeni rektor təyin etdi – 2 sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.  /Axar.az/ 957 […]

Mehriban Əliyeva Fransaya getdi – Rotşildlərin başçısı ilə görüşdü – FOTOLAR

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfər edib. Turkustan.info AzərTAc-a istinadən xəbər verir ki, səfər çərçivəsində Mehriban Əliyeva martın 11-də Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb. Birinci vitse-prezident “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu deyib. Mehriban Əliyeva […]

Paşinyan Qarabağa gəldi – FOTO

Ermənistan baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.  News.am-ın məlumatına görə, onu Xankəndi aeroportunda separatçıların lideri Bako Saakyan qarşılayıb. Baş nazir aparatının mətbuat xidmətindən bildirilib ki, səfər zamanı Paşinyan separatçıların rəhbərləri ilə görüşlər keçirəcək.  /oxu.az/ 271 Baxılıb

Komitə sədri uşaqpulunun bərpasına ETİRAZ ETDİ: “Dövlət milyonerin uşağına niyə pul verməlidir?!”

İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaqpulunun bərpası üçün hökumətə təklif göndərib. Turkustan.info bildirir ki, mərkəzin rəhbəri Vüqar Bayramov Modern.az-a bildirib ki, təklif edilən mexanizmə görə, uşaqpulunun məbləği üç yaş qruplarına görə müəyyənləşdirilir: “3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. Hazırda bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı […]

TƏCİLİ XƏBƏR: Rusiya təyyarəsi təcili Bakı aeroportuna endi – BOMBA TƏHLÜKƏSİ

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti “Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi məsələsinə aydınlıq gətirib.  Bildirilib ki, martın 11-də Bəhreyndən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib. Hava gəmisinin […]

Taksi sürücüləri aksiya keçirdi – VİDEO

Sumqayıt şəhərində taksi sürücüləri etiraz edirlər. Turkustan.info xəbər verir ki, “Maxim” və “Omega” taksi şirkəti ilə çalışan sürücülər bildirirlər ki, şirkət gedişhaqqı kimi təqdim etdiyi minumum qiymət çox azdır, bu da sürücülərə sərf etmir. “Bakıda eyni şirkət, eyni məsafəyə görə 2.70 AZN istəyir, amma sumqayıtda 1.30 AZN. Üstəlik bu 1.30-dan da 35 faiz […]

Erməni tarixçi erməni tarixini ifşa etdi – VİDEO

Ukraynalı tədqiqatçı, məşhur erməni əsilli bloger Filip Ekozyants paylaşdığı növbəti videoda “Bütün dünyada minlərlə “erməni” məbəd və kilsələrini kim tikib?” sualına cavab axtarıb. Turkustan.info xəbər verir ki, tarixçi məsəlinin araşdırılmasına çox sadə bir səbəblə başladığını bildirib. Belə ki, Ekozyants bu günə qədər apardığı araşdırmalarda riyaziyyat, həndəsə, fizika, kimya və nəhayət, memarlıq […]

Bacısını yad kişi ilə tutdu, hər ikisini… – Göygöldə dəhşətli cinayət

Göygöl rayonunda bacısını və onunla birlikdə olan kişini öldürməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Vüsal Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq […]

“Bəzi qadınlar üçün natamam iş günü müəyyən edilməlidir” – Nazirlik

Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. […]

Sumqayıtda “Milli Teatr Günü” qeyd olunub

“Milli Teatr Günü” münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müəllim və şagird kollektivi Sumqayıt Dövlət Dram Teatrına ekskursiya təşkil edib. Kollektiv ekskursiya zamanı qrim otağı, kostyum sexi, rəssam emalatxanası, butafor sexi ilə tanış olub. Bundan əlavə, ekskursiya iştirakçılarına Sumqayıt Dövlət Dram Teatrının fəaliyyətini əks etdrən […]

Problemli kreditlərin həcmi açıqlandı

2019-cu il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 569,4 mln. manat və ya bütün kreditlərin 12,2%-ni təşkil edir. Turkustan.info xəbər verir ki, ümumilikdə Azərbaycanda kredit portfelinin həcmi yanvar ayında 1,04% azalıb və 12 mlrd. 884,7 mln. manata düşüb. Kreditlərin 2 mlrd. 62,4 mln. manatı dövlət payına malik olan banklar […]

Hacı Məmmədovun qəbrə apardığı sirlər – “Qara kəmər” əməliyyatından 14 il keçdi

Məşhur “Qara kəmər” əməliyyatından 14 il ötüb. Turkustan.info Musavat-ın hazırladığı yazını təqdim edir: 2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu. Hacı Məmmədov törətdiyi cinayətlərə görə ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına göndərilmədi. O, 10 il qanunsuz olaraq MTN-in […]

Aşıq Qaranın Amerikada yaşayan nəvəsi

Şirvan camaatı yəqin ki, aşıq Qara haqqında çox eşidib. Seyfəddin Qəniyevin qələmə aldığı “Qobustanlı aşıq Qara” kitabında mərhum el sənətkarının həyat və yaradıcılığı barəsində xeyli məlumat var. Bu gün sizə aşıq Qaradan deyil, nəvəsi Təranə Qarayeva- Taylordan söhbət açmaq istəyirəm.  Təranə xanım Bakıda dünyaya gəlib. 1980-ci ildə 13 nömrəli məktəbin […]

Banklara borcu olan vətəndaşlara XƏBƏRDARLIQ

“Martın 15-nə qədər Azərbaycanda fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək”. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, bundan sonra 1 ay müddətində (aprelin 15-nə qədər) isə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezident fərmanının əhatə […]

Prezident Bakıda yeni rayonun yaradılması barədə göstəriş verib

Prezident İlham Əliyev Bakının tarixi mərkəzinin ayrıca rayon kimi təşkili ilə bağlı müvafiq göstərişlərini verib. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.  E.Qasımzadə qeyd edib ki, bu gün ölkədə quruculuq sahəsində, yaradıcılıq sahəsində çox böyük işlər görülür: “Həm şəhər və qəsəbələrimizin siması müsbət […]