Erməni prezident Qarabağa gəlmədi: QARŞIDURMA

Ermənistan prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.

Turkustan.info xəbər verir ki, bu barədə yerli KİV yazıb. 

İmtinanın səbəbinə gəlincə, mətbuat bunu dəvətin prezidentə gec çatdırılması ilə izah edib. Belə ki, 
A.Sarkisyana dəvət martın 11-də gecə saatlarında çatdırılıb. Buna görə də prezident əvvəlcədən planlaşdırılmayan bu iclasda iştirak etməyib. 

Xatırladaq ki, baş nazir Nikol Paşinyan martın 11-də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. O, Təhlükəsizlik Şurasının iclasını burada keçirir.
Ekspertlər isə prezidentin Qarabağa gəlməməsini onun Paşinyanla bəzi məsələlərdə ortaq mövqedə olmaması ilə izah edirlər.  /Cebhe.info/

334 Baxılıb