GÖZLƏNİLMƏZ OLAY: Prezident mitinqdən qaçdı – FOTO

Ukrayna prezidenti Petro Poroşenko seçki kampaniyası çərçivəsində getdiyi Jitomirdə etirazla qarşılanıb.

Turkustan.info yerli mətbuata istinadən bildirir ki, radikalların təpkisindən qorxan Poroşenko mitinqdən qaçıb. Prezidentin qaçışını əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Etirazçılar prezidenti müxtəlif şüarlarla qarşılayıb, onun mitinq keçirməsinə imkan verməyiblər.

Xatırladaq ki, Ukraynada seçki martın 31-də keçiriləcək.  /Cebhe.info/