C. İyl 19th, 2019

İlham Əliyevdən həmsədrlərin son bəyanatına münasibət

Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı, o cümlədən, danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.

Turkustan.info-nun məlumatına görə, bu fikirləri prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşdə deyib. 

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Prezident Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb.  /Oxu.Az/