Gün: Mart 13, 2019

İlk nüvə partlayışının görüntüsü yayıldı – VİDEO

Sosial şəbəkədə “Triniti” nüvə silahının ilk sınaq görüntüsünün restavrasiya olunmuş variantı yayılıb. Videoçarx “AtomCentral” “YouTube” kanalında yayımlanıb. Kadrlarda yer alan partlayış 1945-ci ildə ABŞ-ın Nyu-Mexiko ştatının Alamoqordo poliqonunda həyata keçirilib. Partlayışın gücü təxminən 21 kiloton trotilin partlayışına bərabər olub. Partlayışdan episentr yaxınlığındakı “qüllə” yoxa çıxıb, ətrafda olan asfalt örtüyü əriyərək, […]

İki türk ölkəsi arasında hərbi əməkdaşlıq planı…

Qazaxıstan ilə Türkiyə arasında bu ilə dair hərbi əməkdaşlıq planı imzalanıb. Turkustan.info xəbər verir ki, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri Astanada Qazaxıstan Respublikasının Birinci Prezidenti adına Milli Müdafiə Universitetində bir araya gəliblər. Görüşün sonunda tərəflər bu il üçün hərbi kəşfiyyat, döyüş hazırlığı, sülh gücü fəaliyyəti, kibertəhlükəsizlik və digər məsələlərdə 17 tədbiri […]

Facebook və WhatsAppda problem yarandı

Facebook sosial şəbəkəsi və WhatsApp mobil əlavəsinin fəalliyyətində problem yaranıb. Turkustan.info xəbər verir ki, təxminən saat 20:30 radələrindən etibarən  istifadəçilər facebook sosial şəbəkəsinin və WhatsApp mobil əlavəsinin xidmətindən məhrum olub. Əsasən səsli mesajlardan istifadə mümkün olmur. İstifadəçilər facebooka daxil ola bilməyiblər. Problemin nədən qaynaqlandığı bilinmir.  Qeyd edək ki, “WhatsApp” “Facebook” şirkətinə […]

Rusiyada Qarabağla bağlı təxribatçı kitablar satılır

Moskva və Sankt-Peterburqun kitab mağazalarında erməniyönlü bələdçi kitabları aşkar edilib. Turkustan.info yerli KIV-ə istinadən bildirir ki, “Gürcüstan, Ermənistan və Azərbaycan” adlı kitabda Dağlıq Qarabağ Azərbaycandan ayrı ərazi kimi təqdim edilib. Üstəlik, kitabda Qarabağla bağlı məlumatda buranın erməni mədəniyyətinin bir parçası olduğu, Azərbaycanın buranı öz ərazisi saydığı, eləcə də Qarabağ müharibəsinin […]

İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq […]

Bakıda 7 tələbə zəhərləndi – SƏBƏB

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə  gətirilib. Turkustan.info-nun Virtualaz.org-a istinadən məlumatına görə, onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.   Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib […]

“Lazım gəlsə, şalvarımı da çıxararam” – Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Müsavat” qəzetinin “Facebook” səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib. Partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdirdiyi ilə bağlı sual verən tamaşaçıya göstərib və bu sözləri deyib: “Mən acından ölənin biriyəm, ayaqqabımın on […]

“Hansısa erməninin Bakı küçələrində nə edəcəyini…” – Politoloq

“Rusiya-Azərbaycan münasibətləri üzdə göründüyü kimi deyil. Azərbaycan ərazilərinin işğal edilməsində, Xocalı soyqırımının törədilməsində Rusiyanın bir dövlət kimi məsuliyyəti var. Bunu Rusiyada da, Azərbaycanda da hər kəs bilir”. Turkustan.info bildirir ki. Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan belə deyib. Ekspertin fikrincə, Ermənistan-Rusiya münasibətlərində “strateji müttəfiqlik” ifadələri işlədilsə də, zaman-zaman bu münasibətlərdə qalxma-enmələr […]

Bələdiyyə sədri işçisini döyüb komaya saldı – AZƏRBAYCANDA

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 9-da dava baş verib. Bu haqda Ü.Hüseynovun qohumları məlumat verib.  Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların  ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.   […]

Nikol istəyir ki, Bakı Xankəndini vursun – Professordan şok

Müharibə hüququna aid məsələlər əsasən 1949-cu il Cenevrə Konvensiyaları ilə tənzimlənir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın Təhlükəsizlik Şurasının iclasının Xankəndidə keçirilməsinə hüquqi kontekstdən yanaşan beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib. “Bu cür məsələlərə dair 1949-cu il Cenevrə Konvensiyalarında müddəalar tapmaq mümkündür. Konvensiyada işğalçı dövlətin işğal […]

Bəhram Bağırzadəni maraqlandıran “Rəsulzadə sualları”na CAVAB: Abidəyə dair Prezident sərəncamı, mərmər sifarişi və yarımçıq qalan iş…

“Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərilə görüşündə ölkə başçısından Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılmasını sadəcə xahiş etdim. Çıxışımdan sonra dərhal dəstək aldım və təklif qəbul edildi. Hazırda heykəl üçün təklif etdiyim bir neçə yerə baxış keçirilir”.  Bu sözləri yerli mediaya açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib. O […]

Nəsimi ili zəngin tarixi-mədəni irsin təbliğinə böyük töhfədir

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə […]

Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlandı

Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə start verilib. Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiri və elektron idarəetmə şöbəsinin əməkdaşları fermerlərin öz məlumatlarını EKTİS sisteminə daxil etməyə köməklik göstərəcək könüllülərə xüsusi təlim keçirilib. Təlimlərdə əməkdaşlara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub. Şəki Dövlət Aqrar İnkişaf […]

5-10 min manat pensiya alanlar varmış – RƏSMİ

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vergi Məcəlləsində edilən dəyişikliklərin Həyatın Yığım Sığortasının gəlirliyinə necə təsir etməsini şərh edib. ONA-nın xəbərinə görə, nazir bildirib ki, Həyatın Yığım Sığortasından dünyanın bir çox yerlərində müəyyən güzəştli şərtlərlə faydalanırlar: “Amma heç yerdə yüz faizlik güzəştli şərtlər yoxdur. Ona görə bizdə vacib […]

Paşinyan Qarabağın işğalını etiraf etdi – Millət vəkili

Qarabağda Ermənistanın yeni hakimiyyəti Təhlükəsizlik Şurasının iclasını keçirməklə diplomatik baxımdan kifayət qədər kobud səhvə yol verdi. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının iclasının ilk dəfə olaraq Xankəndidə keçirilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Ermənistan bu addımla Qarabağın işğalının siyasi etirafını bəyan etmiş oldu: […]

Repetitorluq necə yığışdırılacaq? – Deputat çıxış yolunu göstərdi

“Ümumi təhsil haqqında” qanun layihəsinin üçüncü – sonuncu oxunuşunda dəyişikliklər edilib. Turkustan.info xəbər verir, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 13-də keçirilən plenar iclasında adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb:  “Biz o anlayışları layihənin daha asan […]

Temperatur 8 dərəcə aşağı enəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentinən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında […]

Qarabağ Komitəsinin mitinq müraciətinə meriyadan CAVAB

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin mitinqinə icazə verməyib.  Turkustan.info xəbər verir ki, bu barədə məlumatı Komitənin mətbuat katibi Əvəz Zeynallı verib.  Qeyd edək ki, Komitə martın 16-da Bakıda “Qarabağa azadlıq!” şüari ilə mitinq keçirməyə qərar vermişdi.  Mitinqlə bağlı BŞİH-ə xəbərdarlıq məktubu da göndərilmişdi.  /Cebhe.info/ 339 Baxılıb

Səfər Əbiyev illər sonra göründü – FOTOLAR

Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin yeni fotosu yayılıb. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, sabiq nazirin də üzv olduğu “Dədə Qorqud” Milli Fondu azərbaycanlı jurnalist Fuad Abbasovu mükafatlandırıb. Jurnalist çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün göstərdiyi fəaliyyətə görə “Vətən Övladı” ordeni ilə təltif edilib.  Səfər Əbiyev də ordenin təqdimetmə […]

Gömrükdə bu cərimə ləğv edilir – İdarə rəisi

Dövlət Gömrük Komitəsində Azərbaycandan çıxarılan nəqliyyat vasitələrinin 2 il müddətində geri qaytarılmaması ilə bağlı avtomobilin dəyərinin 50-100%-i qədər tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir. Turkustan.info xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib. […]

Sarqsyan gizli Qarabağ danışıqları aparır

Sarqsyan sonrakı addımlarına dair qərar qəbul etmək üçün Ermənistan Təhlükəsizlik Şurasının iclasının keçirilməsini gözləyib Ermənistanın sabiq prezidenti Serj Sarqsyan hələ də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən geri qayıtmayıb və orada aktiv görüşlər keçirir. Bu barədə Sputnik Ermənistan “Jamanak” qəzetinə istinadən xəbər verir. Sarqsyan martın 5-də Xankəndiyə gəlib. Burada […]

Hərbyönümlü QHT-lər Prezidentə müraciət etdi

Azərbaycanda fəaliyyət göstərən hərbyönümlü QHT-lər Prezident İlham Əliyevə müraciət edib. Bu barədə Lent.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib. Müraciət müəllifləri Prezidentin son günlərdə müharibə iştirakçılarının, veteranların, şəhid ailələrinin, Çernobil əlillələrinin və məcburi köçkünlərin müavinətlərinin artırılması ilə bağlı verdiyi sərəncamları çox yüksək qiymətləndirdiklərini bildiriblər: “Sizin […]

Ağasadıq Gəraybəylinin 122 illiyinə

O, Azərbaycan kinosunun tarixində ən istedadlı komik aktyorlardan biri olub. Onun oynadığı rolların demək olar ki, hamısı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Canlandırdığı obrazların dili ilə söylədiyi bir çox məzəli frazalar bu gün də insanlar arasında işlədilir.  Haqqında söhbət açdığım Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olub. Yeniyetmə […]

“Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı ilə əlaqədar gucləndirilmiş iş rejimində çalışır. QSC-dən Turkustan.info-ya verilən məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun […]

Tahir Kərimli: “Qanuna səs verdim, nə yazıldığını başa düşmədim”

Milli Məclisdə bəlkə də qrammatika şöbəsinin yaradılmasına ehtiyac var, çünki bir sıra qanunların dilini başa düşmək olmur. Turkustan.İnfo ONA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məlisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli bildirib. T. Kərimli deyib ki, keçən dəfə parlamentdə tibblə bağlı bir qanun qəbul edilib: […]

“Allahın ilk əmri “namaz qıl, oruc tut, Həccə get” deyil” – VİDEO

Elşad Miri: “57 islam ölkəsində cəmi 500, təkcə ABŞ-da 5700 universitet var” “Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT), yaxud İslam Konfransına daxil olan 57 ölkədə cəmi 500 universitet var. Bu 500 universitetin heç biri də dünyanın ən yaxşı universitetləri siyahısına düşmür. İndi təsəvvür edin ki, müsəlmanların vəziyyəti nə həddədir? Amma […]

Cahangir Əsgərov yüzminlərlə insanın həyatını niyə təhlükəyə atır? – “Boeing” BİABIRÇILIĞI

Ötən həftə Efiopiyadan havalanan “Boeing 737 Max 8” tipli təyyarənin qəzaya uğraması və 165 nəfərin ölməsindən sonra dünyanın əksər ölkələri dərhal bu təyyarəni aviaşirkətlərində yasaqladı.  Bakupost.az xəbər verir ki, son 5 ayda iki dəfə qəzaya uğrayan “Boeing 737 Max 8” təyyarəsinin kod sistemində problem olduğuna görə havalandıqdan az sonra yerə […]

Moskvada çeçenlər iki azərbaycanlını güllələdi

Ötən gün martın 12-də axşam üç naməlum şəxs Moskvanın Krasnıy Zor küçəsində şin montajı emalatxanasının əməkdaşlarına hücum edib. Hücum edənlər iki azərbaycanlıya bıçaqla zərbələr endiriblər və qaçıb gizləniblər. Habelə silah səsləri eşidilib. Hücumun səbəbi bəlli deyil. Polis əməkdaşları Aminyevsk şossesində şübhəlilərdən birini tutublar. Onun “Mercedes” avtomobilində hərəkətdə olduğu bildirilir. İlkin […]

Sarkisyan Azəraycandan Ermənistana qayıtmaq istəmir

Ermənistanın eks-prezidenti Serj Sarkisyan Azərbaycanın işğal alıtndakı Dağlıq Qarabağ torpaqlarındadır. Turkustan.info Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, martın əvvəllərində Qarabağa gedən siyasətçi hələ də Yerevana qayıtmayıb.   “Sarkisyan dünən keçirilən Təhlükəsizlik Şurasının iclasını gözləyirdi. İclasdan sonra o öz gələcək planlarını hazırlamaq istəyir. Qarabağda olduğu müddətdə o, yerli elitanın nümayəndələri […]

Zabit Səmədov Ərdoğanla görüşdü: Allah ondan razı olsun – FOTO

“Mauqli” ləqəbi ilə tanınan, WBC Muay Thai versiyası üzrə dünya çempionu Zabit Səmədov İstanbulda olarkən tədbirlərin birində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Turkustan.info  xəbər verir ki, Səmədov Ərdoğanla fotosunu “Instagram”da paylaşıb. O, yayımladığı şəkilə “Rəcəb Tayyib Ərdoğanla tanış olmaq şərəfinə nail oldum. Allah ondan razı olsun” şərhini yazıb. /Oxu.Az/ 242 Baxılıb

Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?

Aprelin 1-dən müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların sosial müavinət və təqaüdləri artacaq.  Bu artımlar Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı əsasında həyata keçirilir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən […]

Bu adda dünyada bir şəxs var, o da azərbaycanlıdır – VİDEO

Azərbaycan vətəndaşı Sivas Quliyevin Türkiyənin Sivas şəhərinə səfəri yerli medianın, ictimaiyyətin diqqətini çəkib. Qafqaz İslam Ordusunun Sivasdan olan şəhid əsgərlərinin xatirəsini yaşatmaq üçün ona 64 il əvvəl Sivas adı qoyulub. Turkustan.info bildirir ki, Publika.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. Sivas Quliyev yerli televiziyaya açıqlamasında 1954-cü […]

Banklar problemli krediti olanlardan borclarını tələb edir

 Prezident İlham Əliyevin fiziki şəxslərin kredit borclarının həlli sahəsində əlavə tədbirlərə dair fərmanı imzalamasından iki həftəyə yaxın vaxt keçir. Artıq müvafiq dövlət qurumları fərmanın icrası istiqamətində fəaliyyətlərə başlayıblar. Fərmanda xarici valyutada olan kreditlərin məzənnə fərqindən artan hissəsi, həmçinin hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq olunacaq güzəşt mexanizminin hazırlanması barədə […]

“Gənc Aqronomlar Məktəbi” layihəsi start götürüb!

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri”nin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “Gənc Aqronomlar  Məktəbi” layihəsi başlayıb. Azərbaycan Dövlət Aqrar Universitetinin rektor köməkçisi Rufanə Əliyeva aqronomluq sahəsində peşəkarlığın artırılması və gələcəyin aqronomlarının perspektivlərindən danışıb. Layihə rəhbəri Valeh Əsədov çıxış edərək, gənclərin aqrar siyasətin uğurlu tətbiqindəki […]

İran, Rusiya və Venesuela: ABŞ 3 ölkəylə bağlı mövqeyini açıqladı

“ABŞ müttəfiqlərinin rus qazından, özünün isə Venesuela neftindən asılılığını istəmir”. Turkustan.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib. “Biz istəmirik ki, avropalı həmkarlarımız “Şimal axını-2″ layihəsi ilə Rusiya qazına bu qədər bağlı olsunlar. Həmçinin biz də Venesuela neftindən asılı olmaq istəmirik”,– deyə dövlət katibi Hyustonda konfransındakı çıxışında […]

Saakaşvili yenə qayıdır: Bileti əlində…

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkəyə qayıdacaq. Cebhe.infoxarici KİV-ə istinadən bildirir ki, Saakaşvili qayıdacağı tarix kimi aprelin 1-ni göstərib və bildirib ki, artıq təyyarəyə bilet alıb. Buna səbəb kimi, Ukraynada martın 31-də keçiriləcək prezident seçkisi göstərilir. İndiki prezident Petro Poroşenko ilə qalmaqallı siyasi ayrılıqdan sonra Saakaşvilinin ölkəyə gəlişi […]

Rusiya niyə vətəndaşlarına “Bakıya getməyin” dedi?

Rusiya hökuməti ilk dəfədir ki, yazılı bəyanatla öz vətəndaşlarına Azərbaycana getməmələri ilə bağlı xəbərdarlıqla çıxış edir. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya XİN-in Azərbaycana səfər etməyi düşünən vətəndaşlarına etdiyi xəbərdarlığa münasibət bildirən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Azərbaycan bu praktikanı uzun müddətdir tətbiq edir, bu sahədə bir yenilik […]

Niderland Krallığında yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Əbu Turxanın gözəl bir deyimi var- “Bütün üzvləri eyni cür düşünən cəmiyyət inkişaf edə bilməz”… Niderland Krallığında yaşasa da, daha çox Azərbaycan cəmiyyətinin üzvüdür. Elə ona görə də bütün planları, arzuları Azərbaycanla bağlıdır… Haqqında söhbət açdığım Elman Mustafazadə əslən Laçının İmanlar kəndindən olsa da, 1957-ci ildə Qarabağda, məşhur Hindarxı kəndində […]

Zakir Həsənov Yel çərşənbəsini hərbi qulluqçularla birgə keçirdi – VİDEO

General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib. Turkustan.info-nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən və qədim ənənələrimizdən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və […]