“Gənc Aqronomlar Məktəbi” layihəsi start götürüb!

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri”nin təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə “Gənc Aqronomlar  Məktəbi” layihəsi başlayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektor köməkçisi Rufanə Əliyeva aqronomluq sahəsində peşəkarlığın artırılması və gələcəyin aqronomlarının perspektivlərindən danışıb. Layihə rəhbəri Valeh Əsədov çıxış edərək, gənclərin aqrar siyasətin uğurlu tətbiqindəki rolundan və aqronomların bu sahədəki addımlarından məlumat verərək dünyadakı innovativ metodları misal gətirib. Daha sonra təlimçi Onur Yusubov “Aqrar sahəyə göstərilən dövlət qayğı” mövzusunda interaktiv təlim keçib və iştirakçıların sualları peşəkar əsaslarla cavablandırılıb. Qeyd edək ki, müsahibə mərhələsindən keçərək “uğurlu iştirakçı” statusu qazanan 40 gənc 4 gün müddətində müxtəlif mövzulu təlimlərə cəlb ediləcək. Layihənin növbəti mərhələsi çərçivəsində layihə iştirakçıları Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində ekskursiyada olacaq.

166 Baxılıb