Hərbyönümlü QHT-lər Prezidentə müraciət etdi

Azərbaycanda fəaliyyət göstərən hərbyönümlü QHT-lər Prezident İlham Əliyevə müraciət edib. Bu barədə Lent.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.

Müraciət müəllifləri Prezidentin son günlərdə müharibə iştirakçılarının, veteranların, şəhid ailələrinin, Çernobil əlillələrinin və məcburi köçkünlərin müavinətlərinin artırılması ilə bağlı verdiyi sərəncamları çox yüksək qiymətləndirdiklərini bildiriblər:

“Sizin rəhbərliyinizlə ölkəmiz hərtərəfli inkişaf edir və sosial siyasət günü-gündən şaxələnərək vətəndaşlarımızın sosial rifahını gücləndirir, gələcəyə inamını da ha da gücləndirir.

Siz hər zaman xalqın, o cümlədən müharibə iştirakçılarının, şəhid ailələrinin, məcburi köçkünlərinin yanında olmusunuz və problemlərini öyrənib aradan qaldırmağa çalışırsınız. Son imzaladığınız sərəncam bütün təbəqələrlə yanaşı müharibə veteranlarının indiyədək narahat edən məsələni həll etdi”.

Həmçinin QHT-lər müraciətlərində ölkə başçıçısının fəaliyyətində uğurlar arzulayıb.

Müraciəti hərbyönümlü 11 QHT rəhbəri imzalayıb.

...

...

180 Baxılıb