İki türk ölkəsi arasında hərbi əməkdaşlıq planı…

Qazaxıstan ilə Türkiyə arasında bu ilə dair hərbi əməkdaşlıq planı imzalanıb.

Turkustan.info xəbər verir ki, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri Astanada Qazaxıstan Respublikasının Birinci Prezidenti adına Milli Müdafiə Universitetində bir araya gəliblər.

Görüşün sonunda tərəflər bu il üçün hərbi kəşfiyyat, döyüş hazırlığı, sülh gücü fəaliyyəti, kibertəhlükəsizlik və digər məsələlərdə 17 tədbiri əhatə edən hərbi əməkdaşlıq planına imza atıblar.  /Axar.az/

375 Baxılıb