Repetitorluq necə yığışdırılacaq? – Deputat çıxış yolunu göstərdi

“Ümumi təhsil haqqında” qanun layihəsinin üçüncü – sonuncu oxunuşunda dəyişikliklər edilib.

Turkustan.info xəbər verir, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 13-də keçirilən plenar iclasında adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, əsas anlayışlarla bağlı 14 müddəa qanun layihəsindən çıxarılıb: 

“Biz o anlayışları layihənin daha asan anlaşılması üçün daxil etmişdik. Üçüncü, əsas oxunuşla əlaqədar o anlayışlar artıq layihədən çıxarılıb”.

Komitə sədri nəzərə çatdırıb ki, dövlət başçısının sərəncamları ilə müəllimlərin əməkhaqqının artırılması, orta məktəblərdə təmayül qruplarının yaradılması repetitorluq institutunun ləğvində böyük rol oynayacaq.  /Oxu.Az/

178 Baxılıb