Gün: Mart 14, 2019

“Qanuni oğrular”la bağlı qanun qəbul edildi

Keçən il Rusiyada 36 “qanuni oğru” tutulub Rusiya Dövlət Duması “qanuni oğrular” haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Turkustan.info Rusiya mətbuatına istinadla xəbər verir ki, qanun mütəşəkkil qrupların liderləri, cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutur. Sənədə görə, bu kimi hallarda həmin şəxsləri 8-15 ilə qədər azadlıqdan […]

OBA marketdə sabah istehsal olunacaq yumurta bu gün satılır — FOTOFAKT

Bu gün sosial şəbəkədə OBA marketlər şəbəkəsində satılan və üzərində sabahın tarixi göstərilən yumurtanın fotosu yayılıb. Turkustan.info Ölkə.Az-a istinadən xəbər verir ki, foto sosial şəbəkədə marağa səbəb olub. Fotonu İsmayıl Tağıyev adlı sosial şəbəkə istifadəçisi paylaşıb və yumurtanı bu gün aldığını deyib. Bəziləri bu tarixin yumurtanın son istifadə tarixi olduğunu […]

Ramil Usubov üç rayona yeni polis rəisi təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. Turkustan.info-nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub. Nazirin digər əmri ilə […]

Ordumuzun təlimlərindən qürurlandıran görüntülər – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub. Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib ki, təlimin niyyətinə uyğun olaraq müxtəlif qoşun növləri silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını məşq ediblər. Ümumqoşun döyüşünün müasir qaydalarına əməl […]

Kolbasa alarkən nələrə diqqət etməliyik?

Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Turkustan.info xəbər verir ki, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış) , kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya […]

Bakıda dəhşətli intihar: Gənc qız özünü binadan atdı – VİDEO

Bakıda intihar hadisəsi baş verib. Turkustan.info-nun məlumatına görə, hadisə Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsindəki 45 saylı binada qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc qız çoxmərtəbəli binanın mənzillərindən birindən özünü atıb.  Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onlar qadının özünü hansı mənzildən atdığını dəqiqləşdirməyə çalışırlar.  /bakupost.az/ 736 Baxılıb

Rusiya qonşularını nüvə silahı ilə vuracaq – ŞOK İDDİA

Rusiya silahlı qüvvələrini müasirləşdirir ki, münaqişə halında Vaşinqton müdaxilə edənə kimi sürətli hərəkət edə bilsin. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ silahlı qüvvələrinin Avropa komandanlığının başçısı, NATO-nun Avropa güclərinin komandanı Körtis Skaparotti bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələrin işləri üzrə komitədə keçirilən dinləmələrdə çıxış edən general […]

İran SİLKƏLƏNİR: Hər kəs Qarabağ deyir – VİDEO

Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” komandasının azarkeşləri bugünkü qarşılaşmadan 2 saat əvvəl stadiona gələrək, şüarlar səsləndiriblər. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, azarkeşlər “Traktor” – “Pədidə” qarşılaşmasının 15-ci dəqiqəsində ana dili probleminə, 27-ci dəqiqəsində isə Qarabağ probleminə diqqət çəkiblər. Hazırda meydanda olan soydaşlarımız bildirirlər ki, onların arasında sarı geyimli polis əməkdaşları […]

Rusiyaya 5 ay vaxt verildi: QİYAMƏT SSENARİSİ işə düşür

ABŞ bu il Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında Müqaviləylə qadağan edilmiş 30-dan çox raketin sınağını keçirməyi planlaşdırır. Turkustan.info xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “Washington Post” bildirib. Qəzetin həmsöhbətlərinin məlumatına görə, avqustda gəmilərdə və ya mobil komplekslərdə minlərlə kilometr hərəkət radiuslu qanadlı raketlərin işə salınması planlaşdırılır, […]

Bütün proqnozları çin çıxan alimdən ŞOK XƏBƏRDARLIQ: 3 gün ərzində güclü ZƏLZƏLƏ OLACAQ

Zəlzələ ilə bağlı verdiyi proqnozlarla bütün dünyada diqqəti üzərinə çəkən hollandiyalı mütəxəssis Frenk Huqerbits daha bir ehtimalı ilə gündəm olub. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 2019-cu ildə verdiyi bütün proqnozları doğru çıxan mütəxəssis Türkiyədə yaxın tarixdə dəhşətli yeraltı təkanların olacağını açıqlayıb. O bildirib ki, dağıdıcı seysmik təkanlar 6-7 bal gücündə […]

Biz nədən Paşinyanşünas olduq?

Bahəddin Həziyev Və bir daha Qarabağda, Qarabağ ətrafında baş verənlər və baş verəcəklər haqqında Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avronest, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası,Avropa İnsan Hüquqları Məhkəməsi…… Bir sözlə, Avropa. Azərbaycanda da Avropa var sanki. Və sanki Azərbaycan da Avropadadır. Avropa […]

“Oqtay Əsədov spikerdir deyə, onun ailəsi acından ölməlidir?” – Fəzail Ağamalı

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları bu mövzunun üzərindən sükutla keçsə də, sosial şəbəkələrdə, “YouTube”də bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri 100 minlərlə şəxs izləyib. Məlumatın Azərbaycanda […]

Turqut Özalın oğlu: “Atamn məzarını açanda gördüm ki…” – MÜSAHİBƏ

Türkiyənin keçmiş prezidenti mərhum Turqut Özalın oğlu Əhməd Özal  HafizTimes.com-a müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlara aydınlıq gətirib. Türkiyənin keçmiş prezidentinin oğlu müsahibə zamanı Azərbaycanla bağlı fikirlərini də ifadə edib. Turkustan.info Cebhe.info-ya istinadən müsahibəni oxucularına təqdim edir: -Türkiyənin keçmiş prezidenti, mərhum Turqut Özalın oğlu necə bir həyat  yaşayır, hansı […]

İŞSİZLƏRİN NƏZƏRİNƏ: Bu qurumlarda 72 vakant vəzifə var

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 9 dövlət orqanında dövlət qulluğu vəzifələrinin B növünə aid olan 73 vakant inzibatı vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir.  Turkustan.info xəbər verir ki, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti 14 aprel 2019-cu il tarixinə […]

Fədayə Laçının həbsxanadan İLK GÖRÜNTÜSÜ yayıldı

Həbsdə olan müğənni Fədayə Laçının fotosu yayılıb.  Turkustan.info xəbər verir ki, hazırda Bakı Apellyasiya Məhkəməsində cinayət işi araşdırılan müğənninin məhkəmə zalında çəkilmiş fotosunu ONA əldə edib.  Qeyd edək ki, F. Laçın xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Laçın 5 il müddətinə azadlıqdan məhrum […]

Azərbaycanda benzinin və qazın ucuzlaşması gözlənilirmi? – SOCAR rəsmisi cavab verdi

İbrahim Əhmədov: “SOCAR hər bir halda dövlətin verdiyi qərarlara tabe olacaq” “Daxili bazarda qazanc əldə etmək hədəfimiz yoxdur” Azərbaycanda benzinin və təbii qazın qiymətinin ucuzlaşdırılması, tətbiq olunan qaz limitinin ləğv edilməsi ilə bağlı təkliflər var. Sosial yönümlü islahatların çərçivəsində deputatlar, ekspertlər və sadə vətəndaşlar tərəfindən gündəmə gətirilən bu təkliflər sosial […]

Deputat Məlahət İbrahimqızı:«Dövlət Departamentinin hesabatı bizim üçün doqma deyil»

«Dövlət Departamentinin hesabatı bizim üçün doqma deyil», – hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət İbrahimqızı ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair hesabatınnda Azərbaycanla bağlı tənqidlərə münasibət bildirirkən deyir. Onun sözlərinə görə, ölkədə insan hüquq və azadlıqları sahəsində hər hansı ciddi problem yoxdur. Deputat sənəddə Azərbaycanda siyasi fəal və dindarlara […]

Türk Akademiyasının Prezidenti Qırğızıstan xarici işlər naziri ilə görüşdü – FOTOLAR

Beynəlxalq Türk Akademiyasnın (TWESCO) Prezidenti Darxan Kıdırali, Bışkekdə Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.  Turkustan.info xəbər verir ki, görüş zamanı Beynəlxalq Türk Akademiyanın hazırda davam edən işləri və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. Akademiya prezidenti ötən il reallaşdırılmış layihələr, 2019-ci il üçün müəyyən olunan məqsəd və […]

Gürcü prezidentdən Qarabağ separatçılarına – Etiraz

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu və beynəlxalq normalar əsasında həll olunmalıdır”. Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili İrəvanda Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə deyib. O qeyd edib ki, Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri və bu münaqişələrin eyni və simmetrik olması barədə danışmaları Gürcüstan üçün çox kədərli […]

Şamaxıdakı zəlzələ ilə bağlı AÇIQLAMA

“Şamaxı rayonunda baş verən yeraltı təkan bir müddət öncə baş verən güclü zəlzələnin afterşokudur”. Turkustan.info bildirir ki. bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli deyib. Qurum rəsmisi sözügedən ərazidə zəlzələ ocağının sönməyə doğru getdiyini bildirib: “Hər güclü zəlzələdən sonra bir müddət […]

Nazir əmr verdi – Polis gücləndirilmiş rejimə keçir

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək. Turkustan.info bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Novruz bayramı günlərində əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə asayişi mühafizə tədbirlərinin və hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədi ilə müvafiq […]

Həyata və təhsilə dair qeydlər – Araz Aslanlı

Həyata və təhsilə dair qeydlər Araz Aslanlı Universitet təhsili həyat evinin ən vacib otaqlarından biridir. Onun divarlarını başdan sona qədər “bitsə də qurtulsaq” duyğuları içində hörmək olmaz! Əlbəttə ki, bu otağı tikən hər kəs bütün proses zamanı eyni dərəcədə yüksək motivasiya ilə qala bilməz. Bəzən yorulanlar, bəzən fasilə vermək istəyənlər […]

Ramil Usubov daha bir rəisi təqaüdə göndərdi – YENİ TƏYİNAT

Daxili İşlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib. General-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy rayon polis şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub.O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub. Xəbəri […]

İrəvanın mərkəzində toqquşma: “Hanı Paşinyan?” – Video

Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. İrəvan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 4 paytaxt sakini həbs edilib. Turkustan.info xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət […]

ADAU-da “Mobil Laboratoriya” layihəsinin təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən  “Mobil Laboratoriya” layihəsinin təqdimat mərasimi keçirilib.  ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü,professor İbrahim Cəfərov layihə iştirakçılarını salamlayaraq, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini qeyd edərək, […]

Keçmiş nazirlər Hafiz Hacıyevə 10 ayaqqabı aldı: “Satıb çörəkpulu edəcəm”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”ın canlı yayımında ADP sədri Sərdar Cəlaloğlu ilə debatı zamanı nimdaş ayaqqabısını çıxarıb izləyicilərə nümayiş etdirməsi marağa səbəb olub. Partiya sədri kasıb olduğunu, sökülən kostyumunu 13 manata aldığını, ayaqqabısını isə 10 yerdən tikdirdiyini söyləyib. Canlı yayım gedə-gedə bir sıra izləyicilər şərh bölümünə rəylər […]

Saakaşvili: “Çamadanlarınızı yığın, getmək vaxtıdır”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili onun Ukraynaya qayıtmaq qərarını tənqid edən Ali Radanın vitse-spikeri İrina Geraşenkoya cavab verib. Turkustan.info xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında yazıb. Saakaşvili Ukrayna vətəndaşı olduğunu və öz evinə qayıdacağını bildirib. O, həmçinin Ukraynadakı cinayətkar rejimdən fərqli olaraq bu ölkənin qanunlarına hörmət etdiyini söyləyib. “Mən […]

Ekspert dollara tələbin artmasının əsas səbəblərini açıqladı

Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, 287,9 milyon dollar və ya 43,4% çoxdur. Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satıb. Göründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə […]

“Problemli kreditlərin qaytarılması mexanizmi hazırdır” – RƏSMİ

“Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulmuş bütün işlər həyata keçirilir, Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bu istiqamətdə iş aparır”.  Turkustan.info “Report”a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.  “Hazırda kreditlərin məbləği, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər […]

Aİİ-də“Din və elm” mövzusunda seminartəşkil olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda(Aİİ) “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, ali təhsil müəssisəsində “Elm günü”nə həsr olunmuş “Din və elm” mövzusunda professor, ictimai-siyasi xadim […]

Sankt-Peterburq Dövlət Universitetinin azərbaycanlı müəllimi

El arasında belə bir məsəl var- “Aslanın erkəyi, dişisi olmaz.” Bir də deyirlər ki, filankəs kişi kimi qadındır. Haqqında söhbət açdığım Heyransa xanım da qadın zərifliyi ilə yanaşı, kişilərə xas olan bəzi müsbət keyfiyyətləri özündə ehtiva edə bilib. Qeyrətli, təəssübkeş, vətənpərvər, dəyanətli xanımdır. Fars, ərəb, ingilis, tacik dillərində sərbəst danışa […]

Həbsdən azad edilmiş şəxslər barədə vacib – QƏRAR

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiqlənib və işçilərinin say həddi müəyyənləşdirilib. Bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin […]

Sabir Sarvansız 2 il

Bu gün Sabir Sarvanın vəfatının ikinci ili qeyd olunur. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sabiq sədri, tanınmış şair  Sabir Sarvan sözün qədir-qiymətini uca tutan şairlərdən olub. İnsanlığı ilə yaradıcılığı tən gələn bu samballı kişi üçün bütöv Azərbaycan var idi. Vətənin hər qarışını göz bəbəyi kimi sevən şairin bütün yaradıcılığı özü […]

Ermənistan qədim Roma xəritəsinə necə düşüb? – Erməni tarixçi

Erməni sosial şəbəkələrin istifadəçilərinin qədimliklərini sübut etmək üçün mənə göndərdikləri “Roma imperiyasının xəritəsi” – XX əsrdə hansısa yezuit-rəssam tərəfindən çəkilmiş rəngli şəkildir. Turkustan.info xəbər verir ki, bu barədə Feysbuk səhifəsində ukraynalı tədqiqatçı, tarixçi, erməni əsilli məşhur bloger Filip Ekozyants yazıb. “Erməni qardaşlar, görəsən alimləriniz nə vaxt sizə izah edəcək ki, […]