Bakıda dəhşətli intihar: Gənc qız özünü binadan atdı – VİDEO

Bakıda intihar hadisəsi baş verib. Turkustan.info-nun məlumatına görə, hadisə Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsindəki 45 saylı binada qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan gənc qız çoxmərtəbəli binanın mənzillərindən birindən özünü atıb. 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onlar qadının özünü hansı mənzildən atdığını dəqiqləşdirməyə çalışırlar.

 /bakupost.az/