OBA marketdə sabah istehsal olunacaq yumurta bu gün satılır — FOTOFAKT

Bu gün sosial şəbəkədə OBA marketlər şəbəkəsində satılan və üzərində sabahın tarixi göstərilən yumurtanın fotosu yayılıb.

Turkustan.info Ölkə.Az-a istinadən xəbər verir ki, foto sosial şəbəkədə marağa səbəb olub.

Fotonu İsmayıl Tağıyev adlı sosial şəbəkə istifadəçisi paylaşıb və yumurtanı bu gün aldığını deyib. Bəziləri bu tarixin yumurtanın son istifadə tarixi olduğunu yazsa da, OBA marketlər şәbәkәsinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu, məsələnin istehsalçı şirkətlə aydınlaşdıracaqlarını deyib.

Qeyd edək ki, bu yaxınlarda da sözügedən marketdən alınan yumurta xarab çıxmışdı və bu mətbuatda öz əksini tapmışdı.

Həmin fotonu təqdim edirik: