Rusiyaya 5 ay vaxt verildi: QİYAMƏT SSENARİSİ işə düşür

ABŞ bu il Orta və kiçik mənzilli raketlərin ləğv edilməsi haqqında Müqaviləylə qadağan edilmiş 30-dan çox raketin sınağını keçirməyi planlaşdırır.

Turkustan.info xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “Washington Post” bildirib.

Qəzetin həmsöhbətlərinin məlumatına görə, avqustda gəmilərdə və ya mobil komplekslərdə minlərlə kilometr hərəkət radiuslu qanadlı raketlərin işə salınması planlaşdırılır, noyabrda isə 3-4 min kilometr hərəkət radiuslu ballistik raketlərin sınaqları gözlənilir.

Mənbələrdən biri bildirib ki, yeni qanadlı raketlər 18 ay ərzində yerləşdirilə bilər, amma onların Avropa və ya Asiyada yerləşdirilməsindən söhbət getmir. Ballistik raketlərə gəlincə, Pentaqonun yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, onlar 5 ildən tez olmayaraq döyüş növbəsini ttumayacaq.

Mənbələr qeyd edib ki, Rusiya və ABŞ avqusta qədər müqaviləni “xilas etmək” üsulunu tapsalar, sınaqlar ləğv ediləcək.

 

Qeyd edək ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Moskva adekvat cavab verəcəyini bəyan edib.

Martın 5-də isə Rusiya prezidenti Vladimir Putin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması barədə fərmanı imzalayıb.

Müqavilənin pozulmasının ABŞ və Rusiya arasında silahlanma yarışına səbəb olacağı bildirilir.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi.  /Publika.az/