Saakaşvili: “Çamadanlarınızı yığın, getmək vaxtıdır”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili onun Ukraynaya qayıtmaq qərarını tənqid edən Ali Radanın vitse-spikeri İrina Geraşenkoya cavab verib.

Turkustan.info xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında yazıb.

Saakaşvili Ukrayna vətəndaşı olduğunu və öz evinə qayıdacağını bildirib. O, həmçinin Ukraynadakı cinayətkar rejimdən fərqli olaraq bu ölkənin qanunlarına hörmət etdiyini söyləyib.

“Mən başa düşürəm ki, siz oğurluq etmənizə mane olunmasını istəmirsiniz, ancaq artıq Ukraynanı Avropanın ən kasıb ölkəsi vəziyyətinə gətirmisiniz. Bəlkə insanları öz nağıllarınızla bəsləməyiniz artıq kifayətdir və çamadanlarınızı toplamaq vaxtıdır?” – Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili aprelin 1-də Ukraynaya qayıdacağını açıqlayıb.  /Axar.az/