Şamaxıdakı zəlzələ ilə bağlı AÇIQLAMA

“Şamaxı rayonunda baş verən yeraltı təkan bir müddət öncə baş verən güclü zəlzələnin afterşokudur”.

Turkustan.info bildirir ki. bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli deyib.

Şamaxıdakı zəlzələ ilə bağlı AÇIQLAMA

Qurum rəsmisi sözügedən ərazidə zəlzələ ocağının sönməyə doğru getdiyini bildirib:

“Hər güclü zəlzələdən sonra bir müddət afterşoklar davam edir. Hazırda həmin ərazidə də zəlzələ ocağının sönmə prosesi gedir. Yaxın günlərdə həmin ocaq tamamilə sönəcək. Son üçballıq afterşoklar da bəzi insanlar tərəfindən heç hiss olunmayıb”.

120 Baxılıb