Türk Akademiyasının Prezidenti Qırğızıstan xarici işlər naziri ilə görüşdü – FOTOLAR

Beynəlxalq Türk Akademiyasnın (TWESCO) Prezidenti Darxan Kıdırali, Bışkekdə Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb. 

Turkustan.info xəbər verir ki, görüş zamanı Beynəlxalq Türk Akademiyanın hazırda davam edən işləri və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. Akademiya prezidenti ötən il reallaşdırılmış layihələr, 2019-ci il üçün müəyyən olunan məqsəd və hədəflər haqqında geniş məlumat verib.

Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov isə TWESCO-nun qurucu dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin, eyni zamanda bütün türk xalqların tarixi və mədəniyyətinin araşdırılmasındakı əhəmiyyətli rolunu vurğulayıb, ölkəsinin dəstəyini ifadə edib.

71 Baxılıb