Akif Əli vəzifədən azad edildi – Sərəncam

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilıməsi barədə sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, bu barədə Modern.az-a Akif Əliyə yaxın mənbə bildirib.

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O, 2-ci dərəcə Dövlət müşaviridir.

361 Baxılıb