Hafiz Hacıyev 13 manatlıq kostyumu, cırıq ayaqqabısı… – Foto

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Yeni Müsavat”ın canlı yayımında nimdaş ayaqqabısını çıxarıb izləyicilərə nümayiş etdirməsi, sökülən kostyumunu 13 manata aldığını söyləməsi ictimaiyyətdə böyük maraqla qarşılanıb.

Turkustan.info bildirir ki, bu açıqlamasından sonra Axar.az-a müsahibə verən H.Hacıyev ayaqqabısını Nərimanov rayonunda hərbçilərin qaldığı binanın sol tərəfində tikdirdiyini deyib.

Bundan sonra əməkdaşlarımız Hafiz Hacıyevin dediyi ünvanda fəaliyyət göstərən pinəçi Həmzə Kazımova baş çəkib.

Həmzə bəy Hafiz Hacıyevin onun yanına heç vaxt gəlmədiyini bildirib:

“Mən onu görməmişəm, heç vaxt bura gəlməyib. Ola bilsin ki, özü gəlməyib, ayaqqabısını kimdənsə göndərib. Amma bura gəlmədiyindən əminəm. Həm də o özü yəqin ki, düşüb pinəçiyə ayaqqabısını verməz, kimdənsə göndərər”.

Pinəçinin sözlərinə görə, bəzən kimlərsə öz müdirlərinin ayaqqabılarını bura gətirir:

“Ayaqqabıya baxanda görürsən ki, imkanlı insanın ayaqqabısıdır. Amma bura gələn kasıb camaat olur. Biz əsasən kasıblara xidmət edirik”.

H. Kazımova onu da qeyd edib ki, sözügedən ərazidə başqa pinəçi yoxdur.

162 Baxılıb