Təbrizli şair Bakıda “Qaranlığın fotosu”nu göstərəcək

Martın 16-sı saat 13:00-da Milli Elmlər Akademiyasının “Akademkitab” kitab evində təbrizli şair Ümid Nəccarinin “Qaranlığın fotosu” kitabının təqdimat mərasimi keçiriləcək.

Turkustan.info xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb.

“Qaranlığın fotosu”nun ön söz müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, məsləhətçisi Səlim Babullaoğlu, redaktoru Emil Rasimoğlu, korrektoru isə İlahə Eldarqızıdır.

Tədbirə giriş sərbəstdir, hər kəs iştirak edərək, müəllifdən imzalı kitab ala bilər.

78 Baxılıb